§ 12.46. Bağda eyni paltarlı qızlarla birinci identifikasiya
Keşişin etirazından sonra Süleyman paşa Kərəmin haqq aşığı olub-olmamasını təkrar yoxlamaq qərarına gəlir. Lakin o bu dəfə öz bacısını çağırır: “Paşanın Hüsniyə adlı çox ağıllı bir bacısı var idi. Çağırıb əhvalatı ona söylədi. Hüsniyə dedi:
– Mən bu saat onu yoxlaram.
Hüsniyə xanım bir dəstə qızın hamısına bir cürə paltar geyindirb, yaz bağçasına gətirdi. Əslini də bu qızların içərisinə salıb, Kərəmdən soruşdu:
– De görüm, Əsli bu saat hardadı?
Kərəmə məlum (əyan – S.R.) oldu ki, Əsli bağdadı, özü də qızlardan xeyli aralı, məlul-məhzun dayanıb. Aldı, görək Hüsniyə xanıma (4 bəndlik şeirlə – S.R.) nə cavab verdi:
Xan Əslim bağça içində
Gəzər zavallı-zavallı,
Qarşımızda ala gözün
Süzər zavallı-zavallı”236
Dostları ilə paylaş: |