diri adam;
ritualda şərti olaraq ölən adam;
ritualda dirilən adam.
Bu, Qəhrəman/Nişanlının kosmoloji süjetdə Yer Ananın yanında keçdiyi ritualın funksional struktur sxemidir: diri-ölü-diri.
– Qəhrəman/Nişanlının “ölüb-dirilməsi” sxeminin “ölüb-doğulma” olduğunu süjetüstündə Kərəmin Haqq aşığı olmasını son olaraq Hüsniyə xanımın elan etməsi təsdiq edir. Hüsniyə xanım hamıya elan edir ki, Kərəm Haqq aşığıdır. Bu, Kərəmin təsəvvüfi kodla Haqq aşığı adlandırılması, kosmoloji kodla Nişanlı/Qəhrəman adlandırılmasıdır.
– Adlandırma kosmoloji düşüncədə birbaşa doğuluş/yaradılışla bağlıdır. Mifologiyada bir element doğulmasa, adlana bilməz. Bir elementə ad verilirsə, demək, o doğulmuşdur.
– Beləliklə, Kərəmin Hüsniyə xanım tərəfindən Haqq aşığı adlandırılması kosmoloji kodla doğulmadır: inisiasiya ritualında yeraltına enən Qəhrəman öz köhnə statusunda ölür və Yer Ana onu Nişanlı/Qəhrəman statusunda doğur.
– Toy elan olunması hər iki kod (təsəvvüfi və kosmoloji) üzrə sınağın başa çatması, tamamlanması deməkdir.
– Göründüyü kimi, Kərəm Xaosun mərkəz-nüvəsində üç mərhələli sınaq/imtahandan keçir: Paşanın yanında birpilləli birinci mərhələ, Hüsniyə xanımın qızlarla icra etdiyi üçpilləli ikinci mərhələ və qəbristandakı birpilləli üçüncü mərhələ.
– İndi Qəhrəman/Nişanlı öz nişanlısı ilə birlikdə Kosmosa dönməlidir.
Dostları ilə paylaş: |