Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 13.04. Bağda cilddəyişmə və identifikasiya



Yüklə 2,29 Mb.
səhifə161/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   157   158   159   160   161   162   163   164   ...   269
§ 13.04. Bağda cilddəyişmə və identifikasiya
Əsli ilə Kərəm bağda görüşürlər. Əsli əvvəlcə bağbanın be­linə söykənərək dayanmış Kərəmi tanımır: onu bağbana oxşadır: “Əsli dönüb bağın o biri tərəfinə getmək istəyəndə Kərəm (3 bəndlik şeirlə – S.R.) dedi:
Aylar, illər həsrətini çəkdiyim,

Üzü dönmüş bivəfa yar, belə bax!

Gözəllərə sərxoş gəzmək ar deyil,

Asılıbdı gümüş kəmər belə, bax!...


...Əsli dönüb Kərəmi gördü. Sevindiyinnən donub ye­rin­də­cə qaldı. Kərəm baxdı ki, Əsli başdan-ayağa qara ge­yi­nib. Sazı döşünə basıb (3 bəndlik şeirlə – S.R.) dedi:
Əvvəl bahar, yaz ayları gələndə

Alaydım, gedəydim bağlara səni.

Cümlə quşlar muradını alanda

Qaldıraydım yaşıl dağlara səni...”249


Kosmoloji sxemə görə:

Əslinin Kərəmi tanımaması cilddəyişməni ifadə edir. Kərəm bağa bağban cildində daxil olur. Bu, onun Şa­man/Qəhrəman statusuna uyğundur. Hələ də Xaosda yerləşən Kə­rəm tanınmamaq üçün cildini dəyişir. Bağ keçid mə­ka­nı­dır. Keçid isə hökmən sınaq/yoxlama/identi­fika­siyalarla mü­şa­yi­ət olunur. O, oxuduğu nəğmədə Əslinin identifikativ əla­mət­lərini sadalayaraq, özünü qıza tanıdır.



Əslinin qara geyinməsi də cilddəyişmədir. Qara di­gər tərəfdən ölümü işarələyir. Don/Geyim keçid (ölüb-do­ğul­ma) mexanizmidir. Bu halda keçid məkanı olan bağda keçid me­xanizmindən və ölüm işarəsindən istifadə olunması kos­mo­­loji süjetdəki ölüb-dirilmə formulunun süjetüstündəki qa­lı­ğı­dır.

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin