Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 13.05. Bağda sonuncu identifikasiya



Yüklə 2,29 Mb.
səhifə162/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   158   159   160   161   162   163   164   165   ...   269
§ 13.05. Bağda sonuncu identifikasiya
Gəzməyə çıxan Hələb paşası darğanın bağının yanından ke­çəndə görür ki, bir oğlan (Kərəm) dərdli-dərdli oxuyur, bir qız da (Əsli) qulaq asır. Bu, paşanı qəzəbləndirir. Əsli qaçıb ge­dir. Paşa Kərəmi etnokosmik kimlik sınağından keçirir: “Pa­şa aldı Kərəmin başının üstünü, dedi:

– De görüm, kimsən? Burada nə qayırırsan?

Kərəm dinmədi. Paşa bir də soruşdu. Kərəm yenə də ca­vab vermədi. Paşa bir də qəzəblə soruşanda sazı sinəsinə min­di­rib (3 bəndlik şeirlə – S.R.) dedi:
Şikayətim vardı çərxi-fələkdən,

Zalım fələk əydi, bükdü belimi.

Əzəl bülbül kimi fəryad edərkən,

İndi lal eylədi şirin dilimi...”


Sofi Kərəmin Haqq aşığı olduğunu paşaya deyir. Paşa da­­ha sonra Əslini etnokosmik kimlik sınağından keçirir: “Pa­şa o saat bir ədalət divanı qurub, keşişi də, qızını da çağırt­dır­dı. Qıza dedi:

– Qızım, sən bu oğlanı sevirsənmi?

Əsli xan paşanın ayaqlarına yıxılıb dedi:

Sənə qurban olum, paşa, bu, mənim sevgilimdi. Atam mə­ni ona verməyib, bizi fəraq oduna yandırır”250.



Beləliklə, kosmoloji semantika baxımından:

– Paşanın Kərəmin kimliyini sorğu-suala çəkməsi et­no­­kosmik identifikasiyadır.

– Paşanın Kərəmdən kimliyini 3 dəfə soruşması iden­tifi­kasiya ritualının daxili quruluş baxımından üçpilləli oldu­ğu­nu göstərir.

– Paşanın Kərəmi bağda sorğu-suala tutması iden­tifi­ka­siya prosedurunun bütün hallarda keçid məkanlarında baş ver­di­yini və keçid mexanizminin tərkib hissəsi olduğunu bir daha təs­diqləyir.

– Paşanın Əslinin Kərəmi sevdiyini soruşması Əslinin iden­ti­fikasiya prosedurundan keçirilməsidir.

Bu, sonuncu identifikasiyadır. Bu sonuncu sı­naq/iden­tifikasiya ilə Kərəm və Əslinın süjetüstündə haqq aşiq­ləri, süjetaltında nişanlı olduqları sonuncu dəfə təsdiq olu­nur. Bunun ardınca toy mərhələsi gəlir.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin