Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


Yalançı nişanlı Oğuz toy ritualının mühüm struktur ele­mentidir



Yüklə 2,29 Mb.
səhifə164/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   160   161   162   163   164   165   166   167   ...   269
Yalançı nişanlı Oğuz toy ritualının mühüm struktur ele­mentidir. “Dədə Qorqud” dastanından məlum olduğu ki­mi, həqiqi bəy (Beyrək) 40 günlüyə yalançı bəylə (Yalançı oğ­lu Yalancıqla) əvəzlənir. Həqiq bəy həmin 40 gün müd­də­tin­də Xaosda olur. O, Xaosda (Kərəmlə olduğu kimi) həqiqi nişanlı olduğunu təsdiq edir və bu (yeni) statusda Kosmosa qa­yıdır. Onun qayıdışı ilə Yalançı bəyin 40 günlük bəyliyi ba­şa çatır: Həqiqi bəy qayıdır və öz nişanlısı ilə evlənir.

Bu, kosmoloji baxımdan Kosmos-Xaos-Kosmos əvəz­lən­məsidir. Həmin əvəzlənmə Oğuz etnos materiyasının uni­ver­sal struktur qanunauyğunluğu kimi, Oğuz kosmosunun bü­tün paradiqmalarında, o cümlədən Oğuz eposunda pro­yek­si­ya­lanır (fraktal olaraq təkrarlanır). “Əsli-Kərəm” dastanı da Oğuz eposunun paradiqması kimi, bu Kosmos-Xaos-Kosmos əvəz­lənmə formulunu özündə yaşadır:


Kosmos ---------- Xaos --------------------------- Kosmos

Beyrək ----------- Yalançı oğlu Yalancıq ------ Beyrək

Kərəm ----------- Yalançı nişanlı --------------- Kərəm


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin