Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 14. Şaman/Qəhrəman/Kərəmin yolu



Yüklə 2,29 Mb.
səhifə171/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   167   168   169   170   171   172   173   174   ...   269
§ 14. Şaman/Qəhrəman/Kərəmin yolu:

xaosoloji ritmlər, ritmqurucu elementlər və alqoritmlər
Şaman/Qəhrəman/Kərəmin yolu dünya modelinin struk­tu­ru baxımından Kosmos-Xaos-Kosmos şəklində qurulur. Bu yol bü­tün hallarda inisiasiya ritualının strukturunu özündə ini­kas edir:

Qəhrəman/Kərəm öz oğurlanmış nişanlısının ardınca Xaosa enir, orada yeni statusda qurulur və nişanlısı ilə Kos­mo­sa dönür.

Gələcək şaman Xaosa enir və orada yeni statusda qu­ru­lur və Kosmosa artıq bir şaman kimi dönür.

Şaman oğurlanmış xəstə ruhunun ardınca Xaosa enir, ora­da ya ruhu taparaq, ya da tapmayaraq Kosmosa dönür.



Şaman/Kərəm oğurlanmış xəstə ruhunun ardınca Xaosa enir, orada ruhu taparaq Kosmosa dönür.

Şaman/Qəhrəmanın Xaosdakı yolu psixomifoloji plan­da subyektin liminal/aralıq/keçid mərhələsindəki du­rum/ha­lı­dır. Bu psixoloji durum/halın tədqiqi məsələyə analitik-psi­xo­lo­ji (arxetipik) müstəvidə yanaşma tələb edir. Azərbay­canda epik qəhrəmanın liminial psixologiyası məsələləri konsept ola­raq S.Qarayevin fəlsəfə doktoru dissertasiyasında qo­yul­muş255, eləcə də bu konseptin konkret bir paradiqması H.Qu­li­ye­vin fəlsəfə doktoru dissertasiyasında işlənmişdir256. Bu təd­qi­qatlar birbaşa liminal psixologiya probleminə həsr olun­ma­sa da, hər halda, belə hesab etmək olar ki, Azərbaycan folk­lor­şünaslığında epik qəhrəmanın psixomifoloji kontekstdə öy­rə­nilməsi bu tədqiqatlarla başlanır.

Biz burada Kərəmin liminal psixolojisi kimi fun­da­men­tal problemin yalnız adını çəkir, problemin perspektiv ak­tual­lığını vurğulayır və onu bir qırağa qoyaraq, diqqətimizi şa­man/qəhrəman arxetipinin struktur modelinin öyrənilməsinə ver­məkdə davam edirik. Bu cəhətdən indi bizim qarşımızda du­ran məsələ Şaman/Qəhrəmanın Xaosdakı yolunun struk­tu­ru­nun öyrənilməsidir.

Şaman/Qəhrəmanın diaxron strukturuna görə üç­mər­hə­lə­li (kosmos-xaos-kosmos) yolu iki yol tipindən (ma­terialın­dan) təşkil olunur:

– Kosmosda yol (kosmoloji materiya);

– Xaosda yol (xaosoloji materiya).

Liminal psixologiya/durum/hal xaosoloji materialla bağ­lı­­dır, daha doğrusu, bu materiyada olmaq, ondan təşkil olun­maq li­­minal halı/durumu yaradır. Qəhrəman yenidən qu­rul­maq/yaranmaq/doğulmaq üçün Xaosa enir. O, burada xaotik ma­­teriyadan istifadə olunmaqla yenidən qurulur/təşkil olunur. Bu, yaradılışın mifik dünya modelinə məxsus sinerge­tik özü­nü­təşkil modelidir. Lakin həmin model universaldır. İnsan ya­ra­nı­şın­­dan bəri materiyanın mahiyyətinə daha dərin­dən nüfuz et­­dik­cə sxemin universallığı təsdiq olunur. Bu ba­xımdan, Kos­mos-Xaos-Kosmos sxemi yaradılışı modelləş­dirir və onun uni­­ver­sal­lığını materiyanın dərk olunmuş müxtəlif səviyyələri üzrə aşa­ğı­da­kı kimi təsəvvür etmək olar:

Mifdə – dünyanın və insanın ritmik yaradılışı: 1 Oğuz ka­ğandan 6 Oğuz (oğul), onlardan 24 Oğuz (nəvə/tayfa), on­lar­dan 2 Oğuz (12 İç Oğuz tayfası və 12 Daş Oğuz tayfası), on­lardan 1 Oğuz eli yaranır (1 – 6 – 24 – 2 – 1).


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin