Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə174/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   170   171   172   173   174   175   176   177   ...   269
1-ci ritm/mərhələ:

Kərəm – Dağla x257. – Bağla x. – Yurdla x. – Sərvlə x. – Evlə x. – Yalançı Əsli ilə x.

Keçid məkanı – Bağ.

Yolun bu ilk ritm/mərhələsi Kosmosda keçilir. Keçid mə­kanı bağdır. Tilsimkar/Sehrbaz/(Anti)Şaman Keşiş Əslini Xaosa buradan aparıb. Xaosa doğru hərəkət epik sxemdə daha çox üfüqi, kosmoloji sxemdə daha çox şaquli hərəkət de­məkdir. Mətnlərdə bu iki hərəkət tipi bir-birinə qarışaraq zid­diyyət yaradır. M.Eliade diqqəti Potanindən verdiyi bir nü­mu­nə əsasında bu məsələyə yönəldərək yazır ki, onun təq­dim etdiyi hekayədə bir sıra ziddiyyətlər vardır: şaman öz səyahəti zamanı (əvvəlcə – S.R.) cənuba yollanır, dağa qalxır, daha son­ra dəlikdən keçərək Yeraltına enir, oradansa atın belində yox, qazın belində qayıdır. Bu axırıncı təfərrüatda şübhəli mə­qam var. Ona görə yox ki, Cəhənnəmə aparan dəlikdən qazın belində uçuşu təsəvvürə gətirmək çətindir. Ona görə ki, qazın belində uçuş şamanın Göy aləminə qalxmasını yada salır. Çox eh­timal ki, burada məsələ yeraltına enmə mövzusu ilə göyə qalx­ma mövzusunun kontaminasiyası ilə bağlıdır258. Bu tipli kon­taminasiya Azərbaycan nağılları üçün də səciyyəvidir. Mə­likməmməd quyu vasitəsilə Yeral­tı/Qaranlıq/Zülmət dün­ya­­sına enir, oradan isə Simurq quşu­nun belində qayıdır. Lakin “Əs­li və Kərəm”də epik-tarixi dü­şün­cə mifik-kosmoloji düşüncəyə xas olan paralel (şaquli və üfüqi) hərəkət kod­la­rın­dan birini (üfüqi) qoruyaraq inkişaf et­dirmiş, o biri (şaquli) hə­rəkət sxemi mətn/düşüncənin alt qat­la­rına enmiş, süjet­üs­tündə yalnız iz/işarələr şəklində qalmışdır.

Şaman öz dünyasından başqa dünyalara şaman ağacı va­si­təsilə qalxır və enir. Bu, Dünya Ağacıdır. M.Eliadenin gə­tir­diyi nümunələrdən də göründüyü kimi, şaman üçün Dünya Ağa­cı prinsipial əhəmiyyətə malikdir. Bu ağac üç kosmik sfe­ra­nı – Yeraltı, Yerüstü və Göy dünyalarını birləşdirir259.

Kərəmin də Əslini xəbər aldığı və daha sonra dibində otu­rub ağladığı Sərv ağacı həmin şaman (dünya) ağacının mətn­də qorunub qalmış izi/işarəsidir. Kosmoloji sxemə görə, Xa­oslu (Anti)Şaman/Keşiş Əslini sərv ağacının kökləri ilə enə­rək Xaosa aparmışdır. Şaman ağacı dünyanın mərkəzi ilə bağlı simvoldur. Mərkəz sakral nöqtədir. Mifoloji dü­şün­cə­yə görə, bütün sakral kosmoqonik obrazlar mərkəzlə bağ­lı­dır və bütün sakral kosmoqonik presedentlər (yaradıcı baş­lan­ğıc­lar) mərkəzdə baş verməlidir. Bu isə həmin aktları bütün hal­larda Dünya Ağacı, yaxud onun paradiqmaları olan başqa ob­razlarla əlaqələndirir. Butavermə də sakral kosmoqonik akt­dır. Bundan dolayı onun ilkin şəkli Dünya ağacı ilə bağ­lı­dır. Bu məsələyə ilk dəfə diqqət yetirən prof. Ramazan Qa­far­lı­nın aşkarlamasına görə, eşq dastanlarının birində (1938-ci il­də Şəkidə Aşıq Əhməd Qafarovun dilindən Hüseyn İs­gən­də­ro­vun yazıya aldığı “Sayadbəy və Sayalı xanım”da) buta­al­ma­nın dəqiq yeri – məkanı göstərilir. Kim “bulaqlı, ağaclı, köl­gəli” yol ayrıcına çatıb ayaq saxlasa, oturub yuxuya dalsa, bu­ta alır və eşqə düşüb sevgilisinin dalınca yollanır260.



Kərəm daha sonra Əslinin ardınca getmək üçün Atası ilə, Anası ilə, Dostları ilə vidalaşır. Bu, Şaman/Qəhrəman dav­­ra­nışları baxımından xeyirləşmə/xəbərləşmədir. Bu həm də Ev/Yurdla xəbərləşmə/halallaşmadır. Kərəm və Sofi yola dü­şür və bir bulaq başında içərisində Əsliyə bənzər qız olan bir dəstə qıza rast gəlirlər. Bununla da Kərəmin Kosmosdakı yo­lunun ikinci ritmi başa çatır: o, Əsli/Əvəzedicini tapır və ke­çid me­xanizmi olan Bulaq vasitəsi ilə növbəti mərhələyə ad­layır:

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin