Övladsızlıq – həyatın davamının olmaması ilə yaranacaq birdəfəlik ölüm;
Qara günlər – Ziyad xanın qəlbi açılmır, üzü gülmür: daim qəm-kədər, bədbin əhval-ruhiyyə içərisindədir. O, ölüm psixologiyası ilə yaşayır: “Keşiş, nə sənin övladın var, nə mənim. Öləndən sonra bizim çırağımızı kim yandıracaq”25. Demək, Ziyad xanı qorxudan onun ölümü yox, “öləndən sonra çırağının yanmayacağıdır”.
İnsan “öləndən sonra onun çırağının yandırılması” müasir nitq folkloru baxımından frazeoloji metaforadır. Ancaq mifoloji dəyərlər baxımından bu ifadənin zəngin ritual-mifoloji semantikası var. Mifoloji düşüncədə insan öləndən sonra onun çırağının yandırılması həmin insanın ritual dirilməsini, xaos dünyasında ola-ola kosmosa ritmik ritual qayıdışını bildirirdi. Mifoloji düşüncədə “od-ocaq” – işıq, həyat, dirilik, bir sözlə, kosmos deməkdir. Beləliklə, Ziyad xanın “qorxusu” ritual-mifoloji düşüncə (arxetip) ilə bağlıdır: bu düşüncəyə görə, övladı olmayan adamın öləndən sonra çırağı yandırılmır və o, əbədi olaraq ölüm dünyasında – xaosda qalırdı.
Dostları ilə paylaş: |