Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə208/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   204   205   206   207   208   209   210   211   ...   269
Dialoqun məqsədi: Köpəkdən yağmalanmış evin xə­bə­ri­ni almaq.

Dialoqun informativ tipi: alqış:

– Qazan Köpəyi profan element kimi tərifləyir. Belə ki, Kö­pək:

Axşamın qaranlığı düşəndə hürür;

Turş ayranı ləzzətlə içir;

Oğruları qorxudur;

Onları öz hürüşü ilə hürküdür322.



Dialoqun kosmoloji tipi: mediativ-mistik kommu­ni­ka­si­ya modeli:

Qaraca Çoban kimi ona məxsus Qara Köpək də mar­gi­nal varlıqdır. “Qara” işarəsi onların hər ikisinin (Kos­­mos­la yanaşı) Xaosla bağlı olduğunu göstərir. Dünya mifo­logiyalarında itlər Xaosun qorxunc keçikçiləridir. Bu ba­xım­dan, Köpək informasiya mənbəyidir.



Dialoqun etnokosmik tipi: şaman qamlaması:

– Şaman/Qəhrəman informasiya daşıyıcısı olan Kö­pək­dən informasiya almalıdır. İnsanın Heyvanla dialoqunun Oğuz mədə­niyyətindəki tipi qamlamadır.

Dialoqun süjetüstü forması: passiv (birtərəfli) xə­bər­ləş­mə:

– Qazan xəbərləşir/soruşur, Köpək cavab vermir.



Dialoqun süjetaltı forması: aktiv (ikitərəfli) xəbər­ləş­mə:

– Kosmoloji sxemə görə, Köpək Qazanı Çobanın üstünə yol­layır. Bu, süjetüstündə olmasa da, süjetaltında olmalıdır. Kö­pəyin Çobana məxsus olduğunun mətndə öz ifadəsini tap­ması Qazanla Köpəyin süjetaltındakı aktiv dialoqunun süje­tüs­tündəki izidir. İt öz sahibinin yanında olur. Bu, o deməkdir ki, Köpək süjetüstündə Qazana hətta cavab verməməsi ilə də ona Çobanın və beləliklə, informasiyanın yerini/yolunu göstə­rir (süjetaltında: deyir). Köpəyə rast gələn Qazan Çobanın ya­xın­da olduğunu anlayır. Bu, o deməkdir ki, Köpəyin süjet­al­tın­dakı kommunikativ aktivliyi epoxal transformasiyalar zə­mi­nində onun süjetüstü passivliyi şəklində müasirləşmişdir.



Dialoqun nəticəsi: yol/iz alma:


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin