§ 13. Xaosa keçid:
statusdəyişmə ritualı şaman çevrilməsi kimi
Kosmoloji sxemə görə, Qazanla Çobanın arasındakı Kosmosla Xaosun sərhədində baş verən bu dialoq/xəbərləşmə həm də Xaosa keçid ritualının tərkib hissəsidir. Diqqət edək.
“Çoban aydır:
Qonur atın vergil mana!
Altmış tutam göndərüni vergil mana.
At alaca qalqanını vergil mana!
Qara polat uz qılıcın vergil mana!
Sadağında səksən oqın vergil mana!
Ağ tozluca qatı yayın vergil mana!
Kafərə mən varayın, yenidən toğayın
öldirəyin.
Yenümlə alnum qanın bən siləyin.
Ölürsəm, sənin uğruna bən öləyim.
Allah-təala qorsa, evini bən qurtarayın, –
dedi.
Çoban böylə digəc Qazana qəhər gəldi. Aldı yürüyü verdi”328.
Dostları ilə paylaş: |