Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 16. “Namussındırma” ritualı və onun strukturu



Yüklə 2,29 Mb.
səhifə225/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   221   222   223   224   225   226   227   228   ...   269
§ 16.Namussındırma” ritualı və onun strukturu
Deyildiyi kimi, Şöklü Məliyin sərxoş başla “Qazana əks ola­­raq” verdiyi təklif Uruzun “bəyolma” sxem/süjetini “hə­rə­kə­tə gətirir”. Bəyolma – ritualdır. Onun oğuz eposunda epik təs­­vir koduna proyeksiyalanmış sxemini mümkün qədər dol­ğun şəkildə bərpa etmək üçün “Yağmalanma” boyunun Xaos­da­­­kı hadisələri təsvir edən süjetini diqqətlə izləmək, mənalı ele­mentləri üzə çıxarmaq lazımdır.
§ 16.1. Burla xatunun tanınma ritualı: etnokosmik identifikasiya
Diqqət edək:

– Öz bəyləri ilə qələbəni qeyd edən Şöklü Məlik Qazana “he­yif eyləmək üçün” onun arvadı Burla xatunu məclisə gə­ti­rib şərab paylatdırmaq istəyir.

– Burla xatun bunu eşitcək yanındakı 40 qıza tapşırır ki, qız­lardan hər biri kafirlərə özünün Burla Xatun olduğu ba­rə­sin­də yalan desin.

– 40 qız onun dediyi kimi edir və kafirlər bilmirlər ki, Bur­la xatun bu qızlardan hansıdır.



– Bu, kosmoloji mahiyyəti etibarilə ritualdır. Burla xa­tu­nun özünü bu yolla “gizlətməsi” və kafirlərin də onu “tanıya bil­­məməsi”, əslində, bir oyun, mərasim aktıdır. Kafirlər onu mə­­rasimdən kənar müstəvidə “min üsulla” tanıya bilərdilər. Lakin epos müstəvisində bütün personajlar süjetüstündə epik sxe­­min, süjetaltında ritual-mifoloji sxemin “ssenarisinə” uy­ğun hərəkət etməlidirlər. Bu baxımdan, kafirlərin Burlanı ax­tar­ması etnokosmik identifikasiya formuluna aid tanıma ak­tı­dır.

– Burla xatun və onun 40 qızı kosmoloji status ba­xı­mın­dan kosmik varlıqlardır. Bu halda xaosluların Burlanı tanı­ma­maları onun etnokosmik kimlik/indentifikasiya əlamət­lə­ri­ni (nişanlarını) bilməmələri deməkdir.

– 40 qızın yalan danışması Xaosa xas davranış for­mu­lu­dur. Dəfələrlə qeyd olunduğu kimi, oğuzlar Xaosu “Ya­lan­çı dünya” adlandırırlar və yalançılıq, tərsinə/əksinə hərəkətlə ya­­naşı, bir kosmoslunun Xaosdakı davranışının əsas for­mul­la­rından biridir.

– 40 qızın özünü Burla xatun kimi təqdim etməsi həm də on­ların Burlanı 40 dəfə əvəzləməsi mənasındadır. Bu, eyni za­manda o deməkdir ki, 40 qız Burla xatunun həm də 40 ek­vi­valent/əvəzedicisidir.

Əvəzləmə, ehtimal edirik ki, “can dəyişmə” kimi çox əs­ki mediativ formuldur. Elə bu eposda “Allah/Tanrı” Dəli Dom­ruldan “can əvəzində can” istəyir. Dilimizdə “40 canı da olsa, əlimdən qurtara bilməz” ifadəsi var. Bu halda Burla xa­tunun 40 qızını onun 40 canı kimi də qəbul etmək olar. Ye­nə də bu halda onun özünü kafirlərdən “gizlətməsi” pro­se­du­ru­nun öz canını 40 qızın canı ilə əvəz etməsi şəklində baş ver­di­yini ehtimal etmək olar.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin