Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 16.5. Qazanın namusu onun “canı” kimi



Yüklə 2,29 Mb.
səhifə229/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   225   226   227   228   229   230   231   232   ...   269
§ 16.5. Qazanın namusu onun “canı” kimi
Diqqət verməli olduğumuz məqamlardan biri epik dü­şün­cədə “namus” semantemi ilə işarələnmiş konseptin oğuz kos­moloji düşüncəsindəki mənasıdır. Kosmoloji düşüncəyə görə:

– Ölərək xaotik hal/psixolojiyə transfer olunmuş Qa­za­nın yenidən dirilməsi onun “namusunun” sındırılıb-sın­dırıl­ma­yacağından asılıdır. Əgər namus sındırılmazsa, bu halda Qa­zan yenidən diriləcək.

Göründüyü kimi, ölərək Xaosa daxil olmuş Qazanın di­rilməsi üçün onun yenidən can qazanması lazımdır.

– Bu “can” onun namusudur.

– Qazanın canı həm də onun alplıq gücüdür. O, qəh­rə­man­lıq atributlarından (at və silahlar) məhrum olmaqla bu can/gücü itirmişdir.

– Qazanın canı Burla xatundadır. Burlanın 40 bəy qızını özü olaraq təqdim etməsi Qazanın Şaman/Qəhrəman kimi 40 ca­nının olduğunu göstərir.

– “40” inisiasiya ritualının zaman-məkan vahididir. Bu, mə­kan kimi – 40 pillə/qat/mənzil, zaman kimi – 40 gün, kos­mo­loji formul kimi – 40 dəfə ölüb-dirilmə deməkdir.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin