mediasiya/keçid mexanizmidir.
Üçüncüsü, Uruzun Dünya ağacına qarğış etməsi bir neçə konsepti ortaya qoyur:
– Uruzun Şaman/Qəhrəman kimi mistik/mediativ funksiyasını;
– Dünya Ağacının asılacaq Uruzun alqışları ilə rəhmə gəlməməsini və onun canını qəbul etmək istəməsini.
– Uruzun buna görə Ağaca qarğış edərək onu qorxutmasını.
Bu halda sual: Uruzun bu qədər alqış etdiyi, mediativ varlıq kimi bütün identifikasiya əlamətlərini bildiyi Ağac nəyə görə onun canını qəbul etmək istəyir?
Cavab: Ona görə ki, bu ağac kafir dünyasının ağacı, xaosun hakimiyyətini simvollaşdıran Dünya ağacıdır.
Bu cavab bizi Qaraca Çobanın bağlandığı müvəqqəti Dünya ağacı ilə olduğu kimi, ikinci dəfə Dünya ağacının məhv edilməsi ilə qarşılaşdırır. Uruzun ağacı öz qullarına kəsdirəcəyi ilə hədələməsi kosmoloji semantika baxımından onun həmin ağacın xaosyaradıcı element (antikosmik mediasiya vasitəsi) kimi məhv edilməsinə qərar verməsi deməkdir.
Beləliklə, Uruzun ağacdan asılması onun Qaraca Çoban kimi ağacda ölüb-dirilmə ritualından keçirilməsi deməkdir. Bu, eyni zamanda, kosmoloji mahiyyəti etibarilə “ağacda dəfn etmə” aktıdır.
Dostları ilə paylaş: |