Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


Süjetin sintaqmlarını ritual-mifoloji kod səviyyəsində oxuyaq



Yüklə 2,29 Mb.
səhifə250/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   246   247   248   249   250   251   252   253   ...   269
Süjetin sintaqmlarını ritual-mifoloji kod səviyyəsində oxuyaq:

Bərpa ritualı: “Yedi gün, yedi gecə yimə-içmə oldı”;

Evin bərpa formulu: “Yenə evini dikdi”;

Hakimiyyətin bərpa formulu: “Gerü döndi altun təx­tın­də”.

Qurbanvermə formulu: Uruzun adına 40 qurban ve­ri­lir. “Qırq baş qul, qırq qırnaq oğlı Uruz başına azad elədi”. Bu, 40 can qurbanıdır. 40 qul-kənizin azad edilməsi ritual-mi­foloji baxımdan onların canının azad edilməsi deməkdir. Bu­nun altında Uruzun “40 can”, “40 gün”, “40 məkan” pa­ralel-metaforik kodları üzrə Kosmosa bərpa ritualı durur. Baş­qa sözlə, Uruzun Kosmosa ritual bərpa/dönüş/qayıdışı 40 gün çə­kir, o, bu müddətdə 40 mənzildən ibarət aralıq/keçid mər­hə­lə­sini qət edir və hər mərhələdə bir can olmaqla ümumən 40 can qurban verilir.

Statusartırma formulu. Ritualdan keçən Qaraca Ço­ba­nın statusu artırılır: “Qaracıq çobanı əmiraxur elədi”.



Statusbərpa formulu. Statusdəyişmə ritualında öz ha­kimiyyət­lərini itirmiş 24 oğuz bəyinin əvvəlki statusları bər­pa olu­nur. “Cılasun qoc yigitlərə qalaba ölkə verdi; şalvar, cübbə, çu­qa verdi”. Qazanın bəylərə verdiyi ölkə, şalvar, cüb­bə və çu­xa onların bərpa olunmuş hakimiyyətlərini simvollaşdırır.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin