Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə34/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   30   31   32   33   34   35   36   37   ...   269
a) İlk görüş – butavermə kimi:

Bu cəhətdən diqqəti cəlb edən Kərəmin Əsli ilə ilk gö­rü­şü­dür. Onlar göbəkkəsmə nişanlı olsalar da, bir-birlərinin üz­lə­ri­ni görməmişlər. Kərəm Əsliyə ilk görüşdə aşiq olur. La­kin bu, struktur sxemi bizə başqa məhəbbət dastanlarından yax­şı mə­lum olan butavermədir. Belə ki, Kərəmin Əsli ilə ilk görüşü ini­siasiya ritualıdır: o, bütün göstəricilər üzrə bir sta­tusdan baş­qa­sına adlayır. Bu, əski oğuz etnokosmik ənənələri baxımından ər­gənlik (ər olma, kişi olma, bəy olma) ritualıdır. Sevgili əldə et­­mə (evlənmə) bu ritual kompleksinin tərkib hissəsidir. Ər­gən­­lik ritualı təsəvvüf epoxasında ilahi butaver­mə ritualına çev­rilmişdir. Kərəmin Əsli ilə ilk görüşü gö­bək­kəsmə nişan­lı­la­rın ilk dəfə bir-birini görmələridir. Bu, əslində, butavermə­nin ən qədim formasıdır. Yada salaq ki, ov edən Beyrəyi Banı­çi­çə­yin otağına keyik gətirib çıxardığı kimi, Kə­rəmi də Əslinin ba­ğı­na onun ov quşu tərlan gətirib çıxarır. Demək, keyik, tərlan kişi başlanğıcları ilə qadın başlanğıcları arasında mediasiya et­mə yolu ilə əlaqə yaradan mediator­lar­dır. Butavermə ritualında mediator Həzrət Əi kultu (Müdrik Qoca arxetipi) ilə bağlı ağsaçlı qocadır. Funksional semantika baxımından keyik, tər­lan və butaverən qoca eyni məna sıra­sın­da durmaqla eyni funk­si­­ya­nı yerinə yetirirlər. Epik qanu­nauy­ğunluğa görə, eyni funk­si­­yalı obrazlar cərgəsində heyvan (və quş) tarixi baxımdan da­ha qədimdir. Demək, Kərəm və Əslinin ilk görüşü motivində təs­­vir olunan ərgənlik ritualı bu­tavermənin daha qədim şəkli­dir. Çünki burada butanı insan yox, heyvan verir.

Kərəm ilk görüşdən sonra tamamilə yeni insana çevri­lir: o, əvvəlki statuslarını itirərək yeni statuslar əldə edir. İndi Kərəm:

– ilahi eşq missiyası ilə yüklənmiş haqq aşiqi;

bədahətən şeir deyən şair,

– saz çalan aşıq;

qeybi bilən övliya;

– İlahinin təcəllası olan Əsliyə aşiq Kərəmdir.

Beləliklə, əvvəlki Mahmud yox olmuş, yerinə Kərəm gəl­­mişdir.




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin