e) Dastanda qarının mediativ funksiyası, həmin mediasiyanın əsas üsulu (mexanizmi) olan doğuluş axetipi ilə bağlı bir mühüm işarə-obraz qalmışdır. Bu – “qırmızı don”dur:
“Bir gün Kərəm oturmuşdu bağda, özü də çox damaqsızdı. Bir qarı eşitdi ki, Ziyad xanın oğlu xəstədi, heç kim də onun dərdini tapa bilmir, dedi:
– Hər nə olursa-olsun gərək mən Kərəmin dərdinə çarə tapım, bəlkə, Ziyad xan mənə bir qırmızı donluq verə”82.
“Qırmızı don” bir obraz kimi iki işarəni özündə qovuşduran mürəkkəb semiotik məna vahididir. Obrazın hər iki mənası keçid ritualları ilə bağlıdır. İşarələrin mənasına diqqət edək:
Dostları ilə paylaş: |