Yastıq/yorğan/döşək – yuxu mediasiya mexanizminin işarələri:
Bu işarə açıq şəkildə göstərir ki, Əslinin mərasimi ölümü yuxu vasitəsi ilə baş vermişdir. Bu halda yuxu mediasiya mexanizmidir. Yada salaq ki, “Dədə Qorqud” oğuzları yuxunu “kiçik ölüm”, yəni müvəqqəti ölüm hesab edirdilər. “Dədə Qorqud”da kafir sərhəddinə çatan oğuz qəhrəmanını adətən yuxu tutur. Bu, xaosa yuxu vasitəsi ilə adlamadır. Şamanlar o biri dünyaya adlayarkən “özlərindən (huşdan) gedirlər”. Onların bədəni bütün proses boyunca yatır, ruhları isə bədənlərindən çıxaraq o biri dünyada olur.
Beləliklə, kosmoloji sxemə görə, Qara Keşiş Əslini tilsimə salaraq yatırdır və ruhunu o biri dünyaya qaçırır.
Dostları ilə paylaş: |