§ 10.05. Ağacla (sərvlə) xəbərləşmə – qarğış
Kərəm daha sonra daha bir dialoq-xəbərləşmə ritualı keçirərək, Əslini sərv ağacından xəbər alır:
“Kərəm sözünü tamam çatdırıb, özünü yetirdi həmişə Əsli kölgəsində oturan sərv ağacına. Ürəyinnən qara qan axa-axa sərv ağacını qucaqlayıb, görək Əslini onnan (4 bəndlik şeirlə – S.R.) necə xəbər aldı:
Dur, sərv, dur, sənnən xəbər sorayım,
Sərv ağacı, sənin maralın hanı?
Gözümnən axıtma qanlı yaşları,
Sərv ağacı, sənin maralın hanı?”115
Lakin Kərəm şeirin üçüncü bəndində ağaca qarğış edir:
Doğru söyləməsən, qəddin əyilsin,
Qarğaram Mövladan, belin bükülsün,
Bir ah çəkim, yarpaqların tökülsün,
Sərv ağacı, sənin maralın hanı?116
Kərəm ağaca ona görə qarğış edir ki, ağac ona cavab vermir. Əslinin sevimli ağacı öz sahibinin sevimlisi olan Kərəmə ona görə cavab vermir ki, Qara Keşiş bütün bağı tilsimləyib. Bu baxımdan, Kərəmin-Sərv ağacı dialoqu formasına görə passiv (birtərəfli) xəbərləşmədir.
Dostları ilə paylaş: |