§ 10.06. Evlə (Bağla) xəbərləşmə
“Kərəm sərv ağacınnan heç bir cavab ala bilmədi, dönüb keşişin evinə tərəf gəldi. Gördü ki, keşişin evi uçulub, viran olub. Kərəmin dərdi daha da artdı. Sinə sazını alıb, görək (4 bəndlik şeirlə – S.R.) nə dedi:
Keşiş bağçasına gəldim,
Gördüm, nazlı yarım getmiş.
Bağ gözümə xor göründü,
Sallanıb gəzənim getmiş...”117
Maraqlıdır ki, Kərəm keşişin evi ilə xəbərləşsə də, şeirin bütün bəndlərində bağdan söhbət gedir. Bu, epik transformasiyalar zəminində yaranan ziddiyyətdir: nəsr “ev” desə də, şeir “bağ” deyə onu inkar edir. Yuxarıda qeyd etdik ki, mətnin şeirləri öz statik strukturuna (poetik qəlibinə) görə daha mühafizəkar olub, nəsrə nisbətən daha az dəyişir. Bu cəhətdən Kərəm-Ev (Bağ) dialoqu formasına görə sərv ağacı ilə dialoqda olduğu kimi passiv (birtərəfli) xəbərləşmədir: Kərəm soruşur, Ev (Bağ) cavab vermir.
Dostları ilə paylaş: |