§ 12. Kərəm Xaos məkanında
Beləliklə, Kərəmin xaosa səfəri üç mərhələdən keçir:
1. Öz evlərindən al (qırmızı) donlu qızlarla xəbərləşdiyi məkana qədərki birinci mərhələ (kosmos fazası).
Bu mərhələ:
Məkan tipinə görə – Kosmos;
Vizual işarəsinə (əlamətinə) görə – ağ dünya;
Etnokosmik statusuna görə – dirilər (canlılar) dünyasıdır.
2. Qırmızı donlu qızlarla xəbərləşdiyi məkandan Gürcüstan sərhədindəki obaya qədərki ikinci mərhələ (aralıq faza).
Bu mərhələ:
Məkan tipinə görə – Kosmosla Xaosun ortasındakı aralıq dünya;
Vizual işarəsinə (əlamətinə) görə – qırmızı dünya;
Etnokosmik statusuna görə – ikili xüsusiyyətə malik varlıqlar: eyni zamanda həm diri (canlı), həm də ölü (ruh) olan adamlar dünyasıdır.
3. Obadan başlanan və qürbətdə davam etməkdə olan üçüncü mərhələ (xaos fazası).
Dostları ilə paylaş: |