Sfera --------------- Status ------------ Davranış kodu
Antropoloji qat --- İnsan Duman ---- İnsanların dili
Zooloji qat ------- Heyyan Duman -- Heyvanların dili
Astral qat -- Qaranlıq Duman ------- Göy cisimlərinin dili”155
M.Eliade yazır ki, gələcək şaman şamanlığa keçid dövründə öz seanslarında ruhlar və ruh-heyvanlarla ünsiyyət zamanı istifadə edəcəyi gizli dili öyrənməlidir... Bu cür xüsusi gizli dilin varlığı laplandlarda, ostyaklarda, çukçalarda, yakutlarda, tunquslarda qeydə alınıb. Belə hesab edilir ki, tunqus şamanı seans zamanı bütün təbiətin dilini başa düşür… Bu hadisə ilə biz təkcə Şimali Asiya və Arktikada deyil, demək olar ki, hər yerdə üzləşirik… Bu sirli dil daha çox “heyvanların dilidir” və heyvanların qışqırtılarını təqlid edir156.
Göründüyü kimi, Kərəm də bir mediator olaraq insaneların, heyvanların, təbiət cisimlərinin dilini bilir. Bu, təsəvvüfi kodla – övliyalıq (kərəmət sahibi olmaq), kosmoloji kodla – qam/şamanlıqdır.
Dostları ilə paylaş: |