§ 12.09. Meh/Badi-səba/Küləklə xəbərləşmə
Yoluna davam edən Kərəm yolda Küləklə xəbərləşir: “Bir az getmişdilər, sərin bir meh başladı. Meh qabaq tərəfdən əsirdi. Lap onların üzünə vururdu. Kərəm dedi:
– Sifi, dayan, mən xan Əslimi bu badi-səbadan xəbər alacağam.
Sazı köynəyindən çıxarıb, basdı bağrına (5 bəndlik şeir – S.R.) dedi:
Əylənmir ki, yardan xəbər sorayım,
Əsib-əsib gedən, badi-səba, hey!...
Qırılsın baisin qolu, qanadı,
Heç kimsə düşməsin yardan cida hey!...”160
Bu dialoq süjetüstü formasına görə passiv (birtərəfli) xəbərləşmədir: Kərəm soruşur, Meh cavab vermir.
Dostları ilə paylaş: |