§ 12.15. Quşlarla xəbərləşmə
Bir dağın ətəyi ilə yola davam edən Kərəm burada çoxlu quşa rast gəlir: “Birdən-birə Kərəmin halı pərişan oldu. Sazı sinəsinə basıb, halına münasib görək (5 bəndlik şeirlə – S.R.) nə dedi:
Aman fələk, kömək eylə bu gündə.
Nagah yerdə gəldi aldı dərd məni.
Gecə-gündüz oda yandım, alışdım,
Tutdu, yolum-yolum yoldu dərd məni...”167
Şeirin məzmunu quşlarla bağlı deyildir. Yəni burada zahiri planda dialoq-xəbərləşmə yoxdur. Lakin Kərəmin “halının dəyişməsi”, “halına münasib” çalıb- oxuması kəramət əhli olan Kərəmin hansısa hala düşməsindən (ona hal gəlməsindən) və həmin hala uyğun sazlı-sözlü magik-mistik mərasim keşirməsindən soraq verir. Digər tərəfdən, quşların mifik dünya modelində Göy/Yuxarı dünya ilə bağlılığı Kərəmin bu çalıb-oxumasını kosmoloji müstəvidə mediasiya xarakterli dialoq-xəbərləşmə kimi qəbul etməyə imkan verir.
Dostları ilə paylaş: |