Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə11/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   7   8   9   10   11   12   13   14   ...   92
Kişi və iki qızı
Günlərin bir günündə bir kişi qızının birini verir bir dövlətliyə, birini də verir bir yoxsul oğlana. Bir varlı-karlı oğlana gedən qız çox qıtmır və kobud adam olur. Amma o birisi yoxsula gedən qız isə çox əliaçıq və mehriban olur.

Günlərin bir günündə yoxsul bacı gedir o birisi bacı­sıgilə. Deyir gedim görüm ki, bacım neylir, nə eləmir. Gedib yetişir onların evinə. Görür ki, bacısı nazik7 bişirir.

Dövlətli bacının gözü yoxsul bacıya düşür. Təndirdən çıxmış isti-isti naziyi qoyur qıçının altına. Və başlayır bacısı ilə danışmağa. Yoxsul bacı bunu görüb dözə bilməyib belə deyir:

Baxçada güllər, bacı,

Oxur bülbüllər, bacı,

Yançağın köməş yandırar,

Keçər bu günlər, bacı.

Dövlətli bacı ta görür ki, bacısı bunu yaxşı tanıyıb, qı­zarar-bozarar. Yoxsul bacı işi belə görüb xudahafiz eləməmiş öz evlərinə qayıdar.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin