Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə13/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   9   10   11   12   13   14   15   16   ...   92
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR
A

Adam var, gözdən qırar,

Adam var, sözdən qırar.

Allah vuran ağacın (daşın) səsi çıxmaz.

Ağa gətirər navala, xanım tökər çuvala.

Ağac meyvəni dəyənə qədər böyüdər.

Atla igidin məkanı olmaz.

Atlı ilə piyadanınkı tutmaz.

Atlı ilə piyadənin nə şuxluğu var.

At var, meydan yoxdur; girdəkan (qoz) var, diş yoxdur.

At arıq, mənzil uzaq.

At almamış, noxta nədir.

At almamış, noxta davası edir.

At at olunca sahibi mat olar.

Atı at yanında bağlasan, at olar.
B

Bağırsağı tərsə düşüb.

Baxmaqla öyrənmək olsa, it qəssab olar.

Baqqal daşdan, siçan kişmişdən, Allah hər ikisindən kəsər.

Banlıyan toyuğu seyidə verərlər.

Başı bədəninə ağırlıq edir.

Başlı başın saxlasın.

Beş barmağını bal elə, sox boğazına, yenə də bilməz.

Bəxşiş tümən-tümən, hesab dinar-dinar.

Bərkdən min çıxar, boşdan bir.

Bəy berən atın ərkək-dişisinə baxmazlar.

Bilən bir gülər, bilmiyən min.

Bilirəm ki, nə yuvanın quşusan.

Bir dəvənin dərisi bir eşşəgə yükdür.

Bir gün də bir gündür.

Bir çeynəm saqqızın var, çeynə yapışdır anlıva.

Biri ölməsə, biri dirilməz.

Bir budağa çıxıb min bir budağı silkələmə.

Bir acıya da özünü saxla, bir ciciyə də.

Birgözlülər şəhri dəyilik.

Bir arxa su gəlib, güman var, genə gəlsin.

Bir başın min bir fikri var.

Bir həsir, bir də Məmməd Nəsir.

Bir əldə borc elə, öz başını saxla.

Birlik harda, dirlik orda.

Boğulan adam əlini kola-kosa atır.

Böyük başın böyük də bəlası olar.

Böyüyün böyük dərdi var, kiçiyin kiçik.

Bu dünya fanidür, fani, bu dünyaya qalan hani.

Burnuna adamlıq iyi dəyməyib.

Buyuranla siyirən yolulmaz.

Buğda olmayan yerdə darını gözə təpərlər.


Ç

Çalağan quş kimidir.

Çarəsizlikdən əlini kola-kosa atır.

Çağırılmamış qonaq süpürülməmiş yerdə oturar.

Çaqqal var, baş qopardır, qurdun adı bədnamdır.

Çaqqaldan qurd olmaz, tuladan köpək.

Çay nədir, say nədir.

Çənəsi boş adamın ağlı olmaz.

Çıraq öz dibinə işıq verməz.

Çobansız sürü olmaz.

Çörəkdə duz yoxdur, qorxma.

Çörəyə qatsan it yeməz, arpaya qatsan at yeməz.

Çörəyi bilməyən heç zadı bilməz.

Çörəkçidən, qəssabdan, kömürçüdən adama dost çıxmaz.

Çörəkçi öz evlərinə çörək yollasa, az yollar.

Çörəgi daşdan çıxardır.


D

Dağ darıxmadan doyşan darıxır.

Dar yerə min dost sığar, bir düşmən sığmaz.

Dedim eşidəsən, demədim öyrənəsən.

Deyir, halva biş, ağzıma düş.

Dəvənin ölüsü sərvana bir yükdür.

Duzu yeyib duzluğu belinə bağlama.

Düzlük xoşbəxtliyin açarıdır.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin