Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə14/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   10   11   12   13   14   15   16   17   ...   92
E

Elə ev var ki, yağ tök, ye.

El arxası çəmən olar.

Elm ağılın çırağıdır.

Eşşəyin bığı çıxmaz, deyər mən körpəyəm.

Ə

Əlindən gələni beş qaba çək.

Əli yanan ağzına təpər.

Əl əli tanır.

Əlli əlli üstə, bir əlli də onun üstə.

Əlivi qoy ürəyivə (Yəni arxayın ol, xətircən ol).

Əlin yağlıdır, öz başına çək.

Ət dırnaqdan olmaz.



F

Fərli fərih falını içər.



G

Gəzən ayağa daş dəyər.

Gördün lotu, salam ver otur.

Gördün yemək, daha nə demək.

Görünən dağın uzaqlığı yoxdur.

Günü bacada, suyu kuzədə görübdür.



H

Harda birlik var, orada dirlik var.



X

Xam bərəkallahı ilə böyüyənin heç zadı olmaz.



İ

İki ayağın bir başmağa təpdi.

İki tülkü bir şiri yeyər.

İt əlindən sümük kəmirmək olmur.


K

Keçinin qoturu sərçeşmədən umar.

Kor atın kor nalbəndi olar.
Q

Qan-tər ilə çörək qazanır.

Qarışqanın əməli azsa, qanad-quyruq çıxardar.

Qarnında qırx tülkü var, quyruqları bir-birinə yetişməz.

Qanmazın əyilsən başmaqın cütləyəsən, adamın yanını dişlər ki, bu da bir ədəbdəndir.

Qatırdan soruşdular ki, atan kimdir?

Dedi: Dayım atdır.

Qaqa olmayan yerdə iydəyə qaqa deyərlər.

Qəlbir qəlyana deyir iki dəlikli.

Qız evlərdə tanınar, ipək dəzgahda.

Qüssədən qanım su olub, ürəyim qan.

M

Mən deyirəm, damdan – dama,

O deyir, kürkümü yama.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin