Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Əli kəsigin əli kəsikdən xəbəri olar



Yüklə 2,22 Mb.
səhifə17/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   13   14   15   16   17   18   19   20   ...   92
Əli kəsigin əli kəsikdən xəbəri olar
Bir gün var idi, bir gün yox idi. Bir şah var idi ki, onun zülmü ərşə qalxmışdı. Onun darğaları quduz qurd təki xəlqin qanına daraşmışdı. Demək olar ki, o şahın dövründə varlıların və dövlət məmurlarının zor-zorakılığı, qan tökməsi, xəlqin namusuna təcavüz eləməsi və xəlqin atadan-babadan qalan ənənələrinə xor baxmaları riyakar din xadimlərimizin fitvası ilə şəri-xələt ki xalqın qanını şüşəyə tutmuşdular. Minlərlə in­san günahsız ola-ola, ölümə və ağır zindanlara məhkum olun­muşdular. Belə bir vəziyyətdə bir qərəbəxt insan şahın qan­soranlarının əlinə düşüb şahın yanına aparılır. Şah bunun sö­zünə qulaq asmaq əvəzinə hökm edir, hazır olan cəlladlar bal­ta ilə onun əlini kəssinlər. Bu zəhmətkeş və günahsız insan be­lə bir şəraiti görüb anlar ki, belə bir cinayətkar şahın qaba­ğında yalvarmağın heç nəticəsi olmayacaq və qansoranlar öz bildiklərini eləyəcəxlər. Buna görə, məcbur ola-ola, özünün müqəddəs, şərəflə çörək qazanan əlini cəlladların qabağına uzadır. Cəlladlardan biri onun əlini bir balta zərbəsilə elə vurur ki, kəsilmiş əl üç-dörd qədəm o yana atılır. Əli kəsilən adam şahın və qolun dövrəsini alan cinayətkarların gözünün qabağında huşdan getməmiş qaçıb kəsik əlini qan şoruldaya-şoruldaya bağrına basır. Onun bu işi oradakıların hamısını heyrətə salır. Şah təəccüb edib tapşırır, məmurlar (sirri işlə­rinə yetişən adamlara o zaman şahın göz-qulaği deyərdilər) bu işin sirrini tapmaqdan ötəri o adamı hara getsə təqib eləsinlər. Bu əli kəsilən adam kəsik əli götürəndən sonra huşdan gedib, bir müddət keçir, ta ayılıb yola düşür. Əli kəsilən hara gedir, bu gizli məmurlar da müxtəlif libaslarda onu təqib edirlər. Bir neçə gündən sonra bu kişi bir yerə yetişib görür küçənin o biri tərəfindən bir əli kəsik keçir. Kişi o yan-bu yana baxıb kəsik əli qoltuğundan çıxardıb ona tərəf atır. Bu vəxtdə onların ikisi də huşdan gedirlər. Şahın məmurları əli kəsiyi qısdı-qıvraq tutub şahın yanına aparırlar. Zülmkar şah ondan istəyir ki, onu o sirrdən agah etsin. Əli kəsilmiş insan bir şəraitdə ki nif­rətli ürəgi od tutub yanırdı, belə deyir: “Əli kəsigin əli kəsik­dən xəbəri olar”. Zülmkarların təxtini xəlqin nəhəq yerə tökü­lən qanlarından yaranmış sel aparmayınca onlar həmişə yuxu­da, xiyalda yaşayırlar.

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin