Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə20/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   16   17   18   19   20   21   22   23   ...   92
Bu da eşşəyin sürür ki,

mən də mamağanlıyam
Xalq arasında olan rəvayətə görə mamağan-məməqan sözüdür ki, dövrümüzdə mamağan şəklində işlənir. Keçən əsr­lərdə bu kəndin igid və qoçaq cavanları, kişiləri, karvan­çılıqla məşqul olurdular. Və bu işdə bu qədər mahirləşiblər ki, Azərbaycanın hər yerində mamağanlıların qoçaqlıqı və iş bacarıqları dildən-dilə düşüb. Və bu söz ─ bu da eşşəyin sürür ki, mən də mamağanlıyam ─ o adamların haqqında deyilir ki, bir işi bacarmaya-bacarmaya boş-boşuna iddəa edirlər.

Mərənd ölüsü
Mərənd şəhəri Azərbaycanın Mişo dağlarının ətəyində yerləşən bir abad yer adıdır. Bu şəhər qədim zamanlarda Türkiyə və Rusiya yollarının üstündə qərar tutmağa görə çox əhəmiyyətli bir yer olubdur. Bu şəhər məşrutiyyət inqilabında da bir strateji əhəmiyyət daşıyır.

Araşdırmalar göstərir ki, Azərbaycan xalqı keçən əsrlər­də oda inanıb və özünün müqəddəs ənənələrini sadəcə olaraq çox ürəklə və pak arzularla yerinə gətirirmiş. Sonralar ərəb işğalçılarının təhmül etdikləri islam dini yerli xalqın bütün adətlərini, inamını, müqəddəsatını vəhşicəsinə payimal edib, əvəzinə təzvir və riyakarlıqları yerinə yetirir. Və islam dininin şiə qolu onların hamısından çox xalqlara xəyanət edibdir. Demək olar ki, şiə və din xadimlərinin zahirdə birlik və bərabərlik şüarına baxmayaraq bütün xalqlar içində nifaq törədir. Və belə bir işi ilə osmani (türk) xalqları ki, sünni idilər, illər boyu onlarla döyüşürdülər.

Bu şiəyə inanan müsəlmanlar ölü mərasimini daha çox uzadaraq ölü ailəsini çətin vəziyyətə salırdı. Ölünün birinci günü, ikinci günü, cümə axşamı, cümə günü, yeddinci günü, qırxıncı günü və ili və s. günlərdə hamısı ailənin müflüsləş­məsində böyük bir rol oynayırdı. Və bu Mərənd ölüsü sözü belə nəzərə gəlir ki, keçən zamanlarda bu şəhərdə irticaçı din xadimlərinin zorakılıqı ilə ölü mərasimi başqa şəhərlərdən daha çox uzadılırdı.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin