Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə21/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   17   18   19   20   21   22   23   24   ...   92
Bir çimdiyi bilməyən,

bir anbarı da bilməz
Bir padşah var idi. Bu padşahın bir gözəl qızı vardı. Qız boya-başa çatan zaman şah şəhərdə car çəkdirir ki, hər kəs şahın anbar duzunu yeyib qurtarsa, öz qızımı ona verəcəyəm. Şəhərin camaatı üz qoyar şahın sarayına. Hər kəs başlar bu duzdan bir az yeməyə. Biri gələr bir ovuc yeyər, biri gələr bir batman yeyər, biri gələr iki batman yeyər. Xülasə, heç kəs eləyə bilməz ki, bu anbar duzunu yeyib, qurtarsın. Günlərin bir günündə bir düşüncəli oğlan şahın qızını almaqdan ötrü duz anbarına gedir. Və özünün elçiliyini qıza bildirir. Və çə­ki­lən cara görə bu oğlanı duz anbarına aparıb ondan istəyirlər ki, duzu yesin. Oğlan bir çimdik duzdan yeyəndən sonra çəkilir kənara. Kənardan baxanlar deyirlər ki, necə oldu ki, əl çəkdin. Buradan çoxları gəliblər bir batman, on batman duz yeyiblər, vəli, şah qızını onlara verməyib. Oğlan deyər ki, siz şaha deyin ki, mən onun qızını istəyirəm. Oradakılar dedilər ki, bu oğlan yəqin ki, ağlın itiribdir. Bu şaha gedib xəbər verilir. Şah oğlanı hüzuruna qəbul edir.

Şah oğlana deyir:

─ Məyər eşitməmisən ki, mənim qızımı istəyən adam gərək bir anbar duz yesin?

Oğlan cavabında deyir:

Qibleyi-aləm sağ olsun, mən sizin dəsturunuzu eşit­mişəm. Vəli, onu da bilirəm ki, bir çimdiyi bilməyən, bir anbarı da bilməz.

Şah bir qədər fikrə gedib, oğlanın sözünü düzgün qəbul edib, öz qızı ilə onun evlənməsinə razılıq verir.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin