Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Zəminin daşlısını, arvadın saçlısını al



Yüklə 2,22 Mb.
səhifə26/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   22   23   24   25   26   27   28   29   ...   92
Zəminin daşlısını, arvadın saçlısını al
Seyidava Təbrizin yaxınlıqında olan bir böyük kəndin adıdır. Bu kənd Səhənd dağının ətəyində və Təbriz, Tehran yolunun kənarında olan bir abadanlıqdır.

Bu kənd görünür ki, keçən zamanlarda çox abad və çaylı-çinarlı bir yer olmuşdur. İndi də Azərbaycanda ağızlarda olan bu söz nişan verir ki, burada olan çəmənliklər ucsuz-bucaqsız imişlər. Bu kəndin kövşərində buğda, qarpız, yeral­ması, paxla, lobyə və başqa bu kimi taxıllar əkilir və kəndin yeri, torpağı elə bərəkətlidir ki, bir ədəd toxum əkilən arpadan yüz ədəd ələ gəlir.

Bildiyiniz kimi, keçən zamanlarda çay olan yerlərin qumlu və xırda daşlı torpaqında lobya, paxla və yeralması (kartof) çox yaxşı göyərir və bərəkətli olur. Üstəki qeyd olunan atalar sözü bir tərəfdən də xalqın coğrafiyayi baxışda yaşadığı yerin mövqeyiyyətini (daşlı və qumlu olan yer) gələn nəsilləri andırır. Və bir tərəfdən də türkdilli xalqların estetik əxlaqı da və ənənələri də bəyan olunur.

Belə bir atalar sözünün aydınlaşdırılması göstərir ki, bizim xalqın ağsaqqalları və dahiləri nə yersiz söz deyib və nə də atalar sözündə təkcə quru nəsihət verməyə qane olubdur. Bəlkə bir atalar sözündə xalqın ənənəsi, coğrafiyayi mövqeyiyyəti, iqtisadi yaşayışı və dünyabaxışı və sənətkarlığı aydınlaşdırılmışdır.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin