Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə27/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   23   24   25   26   27   28   29   30   ...   92
Haram var, hara gedim?
Təbriz şəhərində bir cavan oğlan vardı. Onun adı Mir­həbib idi. O, bekar vaxtlarını məhəllədə quşbazlıqla keçirərdi. Və o, əza məclislərində novxanlıq etmək bəhanəsilə öz pis işlərinə idamə verərdi. Demək olar ki, o, cavan ikən riyakar­lığın yolunu yaxşı tapmışdı.

Mirhəbib məhəllədə olan bağların birində hər vaxt bekar olan zaman quş uçurmaq üçün uzun ağaclar qırırdı. Onları ya özü işlədir və ya da bir pula satırdı. Bağbanlar hər dəfə bağa gedəndə görürlər ki, cavan-cavan ağaclar kəsilibdir. Bunlar təəccüb edirlər ki, bu düşmənçilik kimin tərəfindən bunlara olunur. Və bu sirri tapmaq üçün naçar olurlar, bağda keşikçi qoysunlar. Bir gün görürlər bu Mirhəbib novxan bağın divarından içəriyə aşıb başlayır əlindəki mışarla cavan-cavan ağacları kəsməyə. Bağban heç nə deməyib dözür. Bu neçə cavan ağacı kəsəndən sonra divardan atır küçəyə və götürüb aparır. Bağban bundan çox narahat olur. Və hər nə cür olursa-olsun çalışır xalqın arasında onu rüsvay etsin.

Bir gün əza məclisində oturmuşdu. Mirhəbib novxan növhəni oxuyur, xalqı ağlatmaqdan ötrü Zeynəbin nisgillə­rindən danışır. Və başlayır ki, Zeynəbəm, hara gedim, haram var, hara gedim?

Bu bağban məclisin ki aşağı hissəsində oturmuşdu, für­səti əldən verməyib uca səslə deyir:

─ Əyər çox bekarsan genə mışarı götür, get bizim bağa. Orada bu sirrin üstü açılır və bu yalançı novxançını xalq arasında elə rüsvay edir ki, o, məcbur olur Tehrana gedir ki, orada yenə öz riyakarlığını və xalqı aldatmağa idamə versin.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin