Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Kərə-kərə, dayıya da kərə?



Yüklə 2,22 Mb.
səhifə29/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   25   26   27   28   29   30   31   32   ...   92
Kərə-kərə, dayıya da kərə?
Bu kişi çox borclu düşür. Hər nə qədər istəyir ki, borc­larını versin, bir təhərlə verə bilmir. Bir gün öz-özünə deyir:

─ Ağıl ağıldan üstün olar. Gedim dayımın yanına görüm o, nə çarə qılar. Gedir dayısının yanına, öz halı-əhvalını ona danışır. Dayısı deyir:

─ Hər kəs gəlib səndən borcunu istəsə, deyinən mənə fürsət verin, qoyun alım, qoyunlar balalasın, böyüsün, onları sağım, onların südündən kərə tutum, verim sizə. Hər kəs səndən borcunu tələb etsə, özünü yorma, deyinən kərə. Bu oğlan evlərinə qayıdıb, tələbkarlar buna müraciət edən zaman dayısının dediyi sözləri təkrar etdi. Kişi o qədər kərə-kərə deyir ki, tələbkarlar yorulub ondan əl çəkirlər.

Günlərin bir günündə bu kişinin yenə də pula ehtiyacı olur. Gedir dayısından bir miqdar borc edir. Dayı bir ay, iki ay gözləyir, görür ki, bacısı oğlundan bir xəbər olmadı. Naçar qalıb gedir bacısı oğlunun yanına və ondan öz pulunu istəyir. Bacıoğlu özgələrə deyən sözü dayısına da deyir. Dayı çox əsəbi olub, deyir:

─ Kərə-kərə, dayıya da kərə?


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin