Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə3/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   2   3   4   5   6   7   8   9   ...   92
XALQ ADƏT VƏ ƏNƏNƏLƏRİ
Böyük çillə
Sayınqala qadınları böyük çillənin 40 gününü bir qədim inama görə günbəgün salırlar küçələrdə olan evlərə. Və belə deyirlər: ─ Sabah çillənin birinci günü filankəsin evində, o birisi günü başqasının evində və i.a. Məmulən küçənin birinci qapısından başlanır. Əgər o gün hava xoş olarsa, deyirlər ki, ev sahibi yaxşı adamdır. Və ya əksinə. Əgər küçədə yaşayan evlər az olarsa, kiçik çilləni tuturlar.

Bunu da qeyd etmək lazımdır ki, indilikdə də bu ənənə qonaqlıqla bahəm deyil, ağızdan-ağıza deyilir.


Üzərlik
Üzərlik keçən əsrlərdən türkdilli xalqların içində mü­qəd­dəs sayılır. Və ona çox ehtiramla yanaşılır. Buna məxsu­sən Cənubi Azərbaycanda bu otu çox müqəddəs sayıb və onun rabitəsində çoxlu qoşmalar qoşublar.

Demək olar ki, indilikdə də olunan tədqiqata görə bu ot yandıqdan sonra mühitdə olan virusları aradan aparır.

Körpə uşaq xəstə olan zaman onun anası və ya yaxın qohumları belə deyirlər:

“Üzərliksən, havasan,

Hər dərdə sən davasan,

Dərd qapıdan gələndə,

Sən bacadan qovarsan”.

Bu sözləri deyəndən sonra xəstələnmiş körpənin belin­dən vurub, üzərliyi oda tökürlər. Əgər belə fikir edərlər ki, uşağın xəstəliyi pis gözdən olub (gözə gələrsə), belə deyirlər:

Üzərliymin başı ilə

Börkü ilə, köküynən

Çağırdım ya Əli,

Dedi: bəndə, nə var?

Dedim: havar bədnəzərin gözündən

Dedi: tök üzərlik cırtdasın

Bəd nəzərin gözü.

* * *


Qanqal qavuş,

Qada sovuş,

Üzərlik danə-danə,

Danəsi odda yanə.

Yad ola, qohum ola,

Gözləri odda yana.

Çıxdım üzərlik dağına,

Baxdım cənnət bağına.

Dedi, biçarə, nə var,

Dedim, bəd-nəzər var.

Dedi üzərliyi tök oda,

Lal olsun bədillər,

Kor olsun, bəd gözlər.

Bunları oxuyandan sonra üzərliyi oda atırlar və onun istisinə uşağı tuturlar.

Bir xalq folklorunda belə deyilir: üzərlik yəzidin tərin­dən yerə düşüb və göyərmişdir. Ona görə onu yandıranda xəs­tə­nin halı yüngülləşib, sağalır.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin