Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə30/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   26   27   28   29   30   31   32   33   ...   92
Bir şəhərə girdin gördün

hamı kordur, sən də kor ol
Şəbüstərli Mirzə Əli Möcüz Azərbaycanın döyünən qəl­bi, açıq alnı və güclü qoludur. O, Sabir məktəbinin ən gör­kəmli xidmətkarı, mütəhəid bir şairdir. O, ömrü boyu ir­tica qüvvələrin əleyhinə yorulmaq bilmədən mübarizə aparıb və öz xalqının kəskin qılıncı kimi həmişə düşmənlərə zərbə en­dirirdi.

Günlərin bir günündə Möcüz gedir qonaq. Məclisdə hazır olan molla münasibətsiz olaraq toy-düyün əvəzinə xalqı ağlatmağa dəvət edir. Möcüz bu mollanın axmaqlıqından bərk narahat olur. Məclisdə Möcüzdən başqa hamı başlayırlar ağ­lamağa. Məclisdə olan mollaların biri ki Möcüzü yaxşı ta­nıyırdı və onu həmişə müftəxorlar əleyhinə kəskin mübarizə aparan bilirdi, çox narahat halda deyir:

─ Ay Mirzə Əli, sənin də gözündən bir yaş çıxsın.

Möcüz deyir:

Mən mətələm ki, bu müftəxor din xadimləri bu yazıq xalqın canından nə istəyir? Günü qara keçən xalqın ağlamağa yox, hər şeydən çox şənliyə və şadlığa ehtiyacı var. Bizim halımıza dünya xalqları ağlayır, siz də bir tərəfdən təkcə öz ciblərinizi doldurmaqdan ötrü xalqı həm yasda, həm toyda ağladırsız. Vəli, özünüzün gününüz nalayiq işlərlə və şadlıqla keçir. Ayə, bu qonaqlıq yasdırmı, ya şadlıqdır? Molla başlar sarsaq-sarsaq danışmağa və axırda ki görür mollanın haqq sözlərinin müqabilində bir sözü yoxdur, belə deyir:

─ Bir şəhərə getdin gördün hamı kordur, sən də kor ol.

Qonaqlıq qurtarır, əz-qəza molla ilə Möcüzün yolu bir olur. Bir az gələndən sonra qışın çilləsində bir arvad-uşaqa rast gəlirlər ki bunların əynində heç bir şey yoxdur. Şaxtadan, sazaqdan bunların bədənləri gömgöy olub. Lakin bu ümidə görə ki, yoldan keçənlərdən bir köməklik alsınlar, orda dayanırmışlar.

Möcüz bunları bu halda görüb çox pis hala düşür. Buna görə mollaların yalançılıqını və riyakarlıqını daha da xalqa göstərməkdən ötrü üzünü mollaya tutub deyir:

─ Bir şəhərdə ki, gördün hamı kordur, sən də kor ol. Əgər dediyin sözə inanırsansa, əbanı çıxart at bu yazıq insanların üstünə.

Molla utanmaz-utanmaz Möcüzün sözünü eşitməzliyə qoyub başını aşağı salıb o yerdən uzaqlaşır. Möcüz orada olan şərəfli və vicdanlı azərbaycanlıların köməkliyilə çılpaq arvadı və onun günahsız körpəsini qışın soyuqundan bir təhərlə qurtarır. Və əlindən gələn köməkliyi onlara əsirgəmir.



TAPMACALAR


Nar da var, nar da var,

Nardan şirin harda var.

Əl tutmaz, bıçaq kəsməz,

Ondan şirin harda var.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin