Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Başmaqçı (parəvizan) və ya uçucu



Yüklə 2,22 Mb.
səhifə4/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   2   3   4   5   6   7   8   9   ...   92
Başmaqçı (parəvizan) və ya uçucu
Bu həşərat Cənubi Azərbaycanda məxsusən əkiləcəyə məşqul olan adamların içində müqəddəs sayılır. Çünki, göy-göyərəntiyə zərər gətirən quşları və həşəratları yeyir.

Bəzi ölkələrdə bu həşəratın çoxalmasına görə bir məx­sus yerlər düzəldir və oralarda onu becərdirlər.

Cənubi Azərbaycanda uşaqlar onu bağ-bağatda tutub oynadarlar. Nənəsi (anası – red.) boylu (hamilə) olan uşaqlar onu tutub belə deyirlər:

– Uçu, uçu, uç görək, nənəmin oğlu olar, ya qızı?

Əgər uçsa, deyərlər, nənəmin oğlu olar. Əgər uçucu uç­masa deyərlər ki, nənəmin qızı olacaq.

Çömçə balıq
Bir uzun ağacın başına qırmızı, ağ, göy rəngli parça vurub onu bələməklə bəzəyirlər. Uşaqlar bu ağacı götürüb küçələrə düşürlər. Bunlar qapıları döyüb belə oxuyurlar:

Çömçə balıq nə istər?

Allahdan yağış istər.

Bu zaman ev sahibi bir kasa su gətirib tökür çömçə ba­lığın (bəzədilmiş ağacın) başına. Sonra evdə olan yemə­lilərdən, məmulən qənd, iy­də, çay şirnisi və başqa ərzaqlardan bir ovuc uşaqlara verir. Məhəlləni dolanandan sonra uşaqlar yığdığı meyvələri, şirni­ləri o evə ki, çömçə balığı orda bəzəyiblər, aparırlar. Sonra çay qoyub yaxın qonşuları ora dəvət edirlər. Çay içib qurtulandan sonra hamısı birlikdə dua edirlər ki, yağış yağsın və xalq quruluqdan nicat tapsın.



Qarı günü
Çillələr çıxandan sonra (qışın axırıncı ayının əvvəl gü­nün­dən on günə qədər) qarı günü tuturlar. Bu on günün hava­sının dəyişməsindən gələn ilin havasının dəyişməsini nəzərdə tuturlar. Əgər bu on gündə dalbadal qar yağsa və dondurma olsa, onda xalq belə deyir: Qarı kossuğun quzeyə atıb, yəni gələn ilin havası soyuq və yağınlı olacaq. Buna görə xalq ilin əvvəlində başlayır mal-davar üçün göy-göyərtinin yığılmasına. Əgər bu on günün havası üst-üstə xoş olarsa, yağış, qar, don­dur­ma az olarsa, onda elə nəzərə gəlir ki, hava xoş gələcək. Xalq belə şəraitə deyir: Qarı kossuğun güneyə atıb. Belə tə­səvvür edirlər ki, o il şaxtadan, borandan xəbər olmayacaq.

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin