Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə54/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   50   51   52   53   54   55   56   57   ...   92
İki yalançının söhbəti

Bir gün bir nəfər deyir: Getdik dağa, hava çox yaxşı idi. Birdən duman oldu, boran oldu. Biz boranda getdik, çatdıq bir yerə. Qabağa getmək də mümkün deyildi. Bir yerdə dayandıq. Hava birdən-birə açıldı, baxdıq, gördük ki, hamımız bir göbələyin altında durmuşuq. İstədik onu sındıraq. Gördük ki, heç cürə olmur. Bir nəfəri göndərdik mışar gətirdi. Bir gün çəkdi, ta hamının köməkliyi ilə onu kəsdik. İkinci adam bunun sözü qurtarandan sonra belə deyir:

─ Bir gün getdik Zəncana. Gördük çoxlu səs gəlir. Baxdıq o yana, bu yana. Gördük qazan düzəldirlər. On iki usta qazanın içində işləyir. Heç biri bir-birinin səsini eşitmir.

Birinci yalançı soruşdu:

─ O qazanı neylərlər?

İkinci yalançı cavab verdi:

─ Siz kəsdiyiniz göbələyi onun içində bişirərlər.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin