Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Elə o qansa, mənim bu şükrüm min söyüşdən pisdir



Yüklə 2,22 Mb.
səhifə55/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   51   52   53   54   55   56   57   58   ...   92
Elə o qansa, mənim bu şükrüm min söyüşdən pisdir
Günlərin bir günündə bir yuxa ürəkli cavan bir yerdə durmuşdu. Görər bir dişləri tökülmüş, qəddi bükülmüş yor­ğun-arğın bir qoca oturub küçənin bir guşəsində quru çörək­ləri basır suya, qoyur ağzına.

Quru çörəklər bunun ağzını kəsik-kəsik edir. Ağzı do­lur qanla. Qoca yenə də bir zərrə daş kimi bərkimiş çörəkdən kəsib təzədən bu işini təkrar edir. Kişinin bu vəziyyətinə şahid olan insan bütün aləmə, kainata söyüş verir. Və belə bir şəraiti yaradan hökmdarları, zor-zorakılıq edən insanları öz vicda­nının yanında mühakiməyə çəkir. Belə fikirli görər ki, bu qoca çörək dəsmalını əlləri titrəyə-titrəyə bağlayıb, durdu aya­ğa. Əllərin göyə qaldırıb başladı Allaha dua etməyə:

─ Allah, sən verdiyin nemətlərə şükür olsun.

Bu ürəyi yuxa insan ki qocanın ürəyində olan nifrətdən xəbəri yox idi, qocanın bu işindən od tutub yandı. O qədər narahat oldu ki, özünün qarşısını ala bilməyib, üzünü qocaya tutub dedi:

─ Ay ata, sənin bu ağır vəziyyətin hər bir vicdanlı insanın ürəyini ağrıdır. Quru çörəkdən kəsilmiş ağzının qanı hənuz dodaqlarından axır, bu vəziyyət nədir? Bu şükür etmə­yin nədir? Axı, ay dədə, hansı xoş gününə şükür edirsən?

Qoca rüzkarın fişarından, yoxsulluqdan bükülmüş qəd­di­ni düzəldib, rüzgarın eniş-yoxuşundan yorulmuş gözlərini cavanın üzünə tikib belə dedi: ─ Oğlum, sən düz deyirsən, elə o, (Allah) qansa, mənim bu şükrüm min söyüşdən pisdir.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin