Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Qum güllənənəndə, dəvə buynuz çıxaranda gəl



Yüklə 2,22 Mb.
səhifə56/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   52   53   54   55   56   57   58   59   ...   92
Qum güllənənəndə, dəvə buynuz çıxaranda gəl
Bir yalançı pinəçi var idi. Bu bütün müştərilərini inci­dərdi. Fırıldaqçılıq, xalqı bugünə-sabaha ümidvar etmək buna bir peşə olmuşdu. Buna görə də onu tanıyan adamlar heç vaxt ona ayaqqabı verməzdilər.

Günlərin bir günündə bir nabələd adam ayaqqabılarını aparıb verir pinəçiyə. Soruşar nə vaxt gəlim?

Pinəçi deyər:

─ Səhər sabah.

Bu kişi sabah gedər ki, başmağını alsın, pinəçi deyər ki, sabah gəl. Pinəçi bu kişini o qədər yalandan apar-gətirə salar ki, yorular.

Günlərin bir günündə o kişi ordan keçirdi, görər ki, pinəçinin yerində oğlu oturub. Öz-özünə deyər:

─ Yaxşı oldu, indi hər nə cür olsa oğlanı dilə tutub, ayaqqabımı allam. Gedər oğlanın yanına və deyər ki, ayaq­qabımı ver. Dədən deyib sabah gəl.

Oğlan deyər:

─ Vallah, hazır deyil, dədəm bihud sənə söz veribdir. Sən get nə vaxt qum güllənəndi, dəvə buynuz çıxardı, onda gəl.

Kişi soruşar:

─ Ay oğul, qum havaxt güllənər?

Oğlan deyər:

─ Baharda özün görərsən.

Kişi çox əziyyət çəkmişdi, buna da razı olar. Oğlan axşam gedər evə, dədəsi soruşar:

─ Oğul, bir nəfər sabah gələcəkdi ayaqqabısını alsın, bu gün gəlmədi ki?

Oğlan deyər:

─ Ata, gəldi, dedim ki, get qum güllənəndə, dəvə buynuz çıxaranda gəl.

Pinəçi vurar oğlanın başına ki, bu nə sözdür sən demi­sən. Sabah heç vaxt qurtarmaz. Amma işdir, qum gülləndi, ya dəvə gəldi bir buynuz çıxardı, onda mən neyləyəcəm?




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin