Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə57/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   53   54   55   56   57   58   59   60   ...   92
Al əlidir, nə ver əli

(O, al mollasıdır, ver mollası deyil)
Bir müftəxor molla çıxmışdı gəzməyə. Bir az yol get­dikdən sonra ayaqı büdrəyib düşdü bir dərin gölə. Molla­nın boğuldum-boğuldum havarına bir dəstə adam qaçdılar gö­lün yanına. Gördülər ki, molla boğulur. Hər kəs gəlir deyir ki:

Ay molla, əlini ver mənə, çəkim çıxardım səni. Molla isə onların sözünü eşitmir. Camaat mollanın bu işinə mat qalıb, belə fikir edirdilər ki, olmaya molla ölüm qorxusundan huşun itirib. Bu zaman ora bir düşüncəli bir adam yetişir. Görür ki, molla axır nəfəsindədir. Və heç kəsin “əlini ver mə­nə” sözünə qulaq asmır. Bu kişi macəranı anlayıb, özünü ye­tirir gölün qırağına və yavaşcadan mollaya belə dedi:

Tut əlimi, ay molla. Molla tut sözünü eşidən kimi əli­ni uzadıb yapışdı o kişinin əlindən. Oradakı olanlar təəccüb­lən­di­lər. Burada nə bir sirr var ki, biz də səhərdən elə istəyirik molla­nın boğulmaqdan nicat verək, bəs nə üçün bizə əlini vermədi.

Düşüncəli kişi xalqın ürəyində olan sirri qanıb, belə dedi:

─ Ay balam, molla tayfası həmişə onun-bunun süfrəsi­nin başında yeməklə və onun-bunun pulu ilə böyüyüb. Heç vaxt bir nəfərə bir köməklik etməyib, bir şey verməyib, siz nə üçün bundan istəyirsiz ki, əlini versin sizə. Bunlar həmişə xalqın ─ al bu sədəqəni, al bu ehsanı, al bu pulu səsini eşidib­lər. Bunlar “ver” sözünə biganədirlər. Çünki heç vaxt işi dar­da qalan adama, köməkliyə ehtiyacı olan kəsə bir şahı kö­mək­lik etməyiblər. Bunlar al əlidirlər, nə ver əli.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin