Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə58/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   54   55   56   57   58   59   60   61   ...   92
Adın demə, qoy belimə
Günlərin bir günündə Şah Abbas vəzirilə bir az dola­nan­dan sonra bir əqləsıqışmaz qar-küləyə rast gələrlər. O yana-bu yana ta axırda yetişərlər bir karvansaraya. Soyuq bunları bərk karıxdırmışdı. Şah Abbas vəzirə deyər ki, vəzir, get gəz gör bir şey var mən atam üstümə. Vəzir gedər o yana-bu yana ta axtarar görər bir tövlənin bucaqında bir dənə köhnə palan var. Gələr Şah Abbasın yanına, vəli qorxar ki, şaha desin belə bir şey tapmışam. Şah buna baxıb deyər:

Nə cür oldu bəs, bir şey tapdın, tapmadın?

Vəzirin dili tutar-tutmaz deyər:

Qibleyi-aləm sağ olsun, bir şey tapmışam, vəli qorxu­ram deyəm.

Şah Abbas deyər:

─ Qorxma, sözünü de.

Vəzir deyər ki, bir palan vardır.

Şah Abbas deyər:

─ Adın demə, qoy belimə.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin