Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Bəhlulun hazırcavablılığı



Yüklə 2,22 Mb.
səhifə59/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   55   56   57   58   59   60   61   62   ...   92
Bəhlulun hazırcavablılığı
Bir gün Bəhlul Harun ər-Rəşidin yanına gedirmiş. Yol­da onunla rastlaşan vəzirlərdən biri onu ələ salmaq üçün deyir:

─ Ey Bəhlul, muştuluğumu ver. Əmirəl-möminin səni öküzlərə, eşşəklərə baş sərkərdə təyin eləyib.

Bəhlul halını pozmadan deyir:

─ İndi ki elədi, onda mənə qulaq as, əmrimi yerinə yetir, çünki sən də mənim əskərlərimdənsən.



EL DEYİMLƏRİ
Acıdın çobana, yoruldun sarvana.

Almaçı eşşəyi kimi qaş-qabaqını sallayıb.

Ayazxan keçisidir.

Arpası artıq düşübdür.

Baş barmaqımda oynadaram.

Dırnaqsız.

Eynalı qızılıdır. Bir tümən qoyan doqquz qram götürər.

Əmir bazarından qara papaq axtarır. (Əmir bazarı qızıl satan qiymətli parça satılan yerdir)

Kişi ağzında qızıl kimi danışır.

Kürkümə bit düşdü.

Küpəgirən qarı.

Mərənd ölüsü.

Murdar əski.

Nə qaz kimi boynunu uzadırsan.

Oğru yadına daş saldı.

Paçadan hürmək.

Paşım19 yerdə yeriyə bilmir, şuxumda şıllaq atır.

Pay verib dərdindən öləndir.

Pişik qırı verir (pişik nazı eləyir)

Qatıqında qıl var.

Qurdla qiyamətə qalasan.

Süd gölündə yaşayır. (Türkdilli xalqların inamına görə göyçəklik ilahəsi göydəki süd gölünnən bir damcı süd və ya su gətirib uşağın ağzına tökərmiş. Bu ilahənin tök­düyü damcı uşahın ruhu və canı olarmış).

Tiltə satan. (bitinin suyuna doğranmış çörək)

Təndirə girən qarı.

Tülkülər ürəyində quyruq-quyruqa verib.

Tərəzi gərək salam versin.

(yüngül satmaq yox, satıcı bir az da ağır versin)

Ürəyi tülkülü.

Yansın çırağın, gəlsin işığın.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin