Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə62/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   58   59   60   61   62   63   64   65   ...   92
Mustafa çiçəyi

(Çəmən gülü)

Dərman üçün işlənən ot-ələflərdən biri də Mustafa çiçəyidir. Bu Azərbaycanın müxtəlif yerlərində məxsusən köç-qon (köçəri) edən ellərin içində başağrısına və ürək bulanmasına, qarın ağrısına işlənilir.


Kasni gülü

Bu bitkinin bir metrə yaxın ucalığı olub, məmulən yollar qırağında da bitir. Xırda-xırda yarpaqları var. Bu gülün araqın çəkəndən sonra ondan dəri xəstəliyinə və sümük ağrısına və bədənin yelini çıxarmaqdan ötrü istifadə olunur.



Boymədərən

Bu bitkidən araq çəkirlər. Onu xəstəxanalarda və ya evlərdə şüşə qablarda saxlayırlar. Bu dərmandan qarın ağrı­sına mədə-turşamasına, ürək bulanmasına, soyuqluq etməyə və ya ağızdan qara su açılmada və bağırsaq yarasına istifadə olunur.


Şüvərən

Şüvərən xırda-xırda olan toxumdur. Bu bitkinin ucalığı bəzən bir və iki metrə qədər olur. Şüvərən toxumunu yuyan­dan sonra bir miqdar şəkər və su ilə qatıb şərbət edirlər. Mə­mulən yayın istisində (cızlamasında) atəşliyi (susuzluğu) sön­dürməkdən ötrü və ya qızdırmanı aşağı salmaq üçün işlədilir.


Gozəban

Gozəban bitki dərmanlarının şahıdır. Gozəbanı çaya töküb dəmlədikdən sonra ona bir miqdar şəkər artırırlar. Bu bitkinin bulanlıq rəngində olmasına görə ona lumu qatırlar. Lumunun ya suyunu və ya da özünü salırlar. Ta onun rəngi durulsun. Soyuqdəymədə, öskürəkdə və ya qəm-qüssədən gələn ürək ağrısına ondan istifadə edirlər.


Mərzə

Mərzə küftəyə və ya başqa yeməklərə qatılır. Və yaxud süfrəyə yemək yanında da qoyulur. Bu bitkinin adına Tiflisdə yaşayan azərbaycanlılar kündar deyirlər. Və müxtəlif qəzalar­da işlədirlər. Mərzə soyuqluq edən xəstələrə verilir.


Kac toxumu

Kac toxumunu dəmləyib boğaz ağrısında ondan istifadə edirlər. Boğaz ağrısını yaxşılatmaq üçün bu kacın meyvəsinə Azərbaycanda qaytaran deyilir.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin