Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Pıs-pıslı Püstəxanım, dabanı üstə xanım



Yüklə 2,22 Mb.
səhifə65/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   61   62   63   64   65   66   67   68   ...   92
Pıs-pıslı Püstəxanım, dabanı üstə xanım
Günlərin bir günündə pıs-pıslı Püstəxanım bəzənər, dü­zə­nər, püstə qabığından başmaq geyib, fındıx qabığından arakçın qoyub, soğan yarpağından çadra örtər, gedər ər axtar­mağa. Gedər, gedər, yolda bir çobana rast gələr. Çoban diyər:

– Pıs-pıslı Püstəxanım, dabanı üstə xanım, hara ge­dirsən?

Pıs-pıslı Püstəxanım diyər:

– Gedirəm ər axtaram.

Çoban soruşar:

– Mənə gələrsən?

Diyər:

– Niyə gəlmərəm? Hirslənəndə məni nə mənə ilə döyər­sən?

Çoban diyər:

Bax bu döyənəynən vurram, əzilərsən.

Pıs-pıslı Püstəxanım diyər:

– Get, get, mən sənə gəlmənəm.

Pıs-pıslı Püstəxanım çobandan ayrılıb bir müddət ge­dən­dən sora bir baltaçıya rast gələr. Baltaçı diyər:

– Pıs-pıslı Püstəxanım, dabanı üstə xanım, hara ge­dirsən?

Cavab verər:

– Gedirəm ər axtaram.

Baltaçı soruşar:

– Mənə gələrsən?

Pıs-pıslı Püstəxanım soruşar:

– Hislənəndə məni nəmənə ilə döyərsən?

Diyər:

– Heş zadınnan, baltıynan vurram, iki bölünərsən.

Pıs-pıslı Püstəxanım diyər:

– Get, get mən sənə gəlmərəm.

Sizə kimnən diyim, siçan bəydən. Pıs-pıslı Püstəxanım gəlirdi, yolda bir siçana rast gələr. Siçan soruşar:

Pıs-pıslı Püstəxanım,

Dabanı üstə xanım

Hara gedirsən?

Pıs-pıslı Püstəxanım cavab verər:

– Gedirəm, ər axtaram.

Siçan onnan soruşar:

– Mənə gələsən?

Diyər:

– Hislənəndə məni nəmənə ilə döyərsən?

Siçan diyər:

– Heç zadınan. Quyruğumu batırram xan qızının sürmə­danına, çəkərəm gözlərinə.

Pıs-pıslı Püstəxanım bunu eşidənnən sora qəbul edib diyər:

– Gələrəm

Olar yeddi gün-yeddi gecə toy tutallar. Bir gün pıs-pıslı Püstəxanım siçan bəyin paltarrarını aparar yusun, suva çəkən­də əyağı büdrər, tüşər dəvə rəddi dərin gölə. Az qalar boğul­sun. Qulax yatırdar, görər uzaxdan at səsi gəlir. Pıs-pıslı Püs­təxanım dəvə rəddi dərin gölün içinnən diyər:

Atdı-butdi qərdəşlər,

Xan evinə gedərsiz

Pənir-çörəy yiyərsiz,

Siçan bəyə diyərsiz:

- Pıs-pıslı Püstəxanım,

Dabanı üstə xanım,

Düşüb dəvə rəddi dərin gölə, boğulur.

Atdılar səsi eşidib bir az səsi axtarıb səsi tapbazdar. Yo­la düşüb gedəllər Xan evinə. Xan evində yiyəllər, içəllər. Bəy diyər:

– Yediğız, işdiğız, sizin gördüğuz, eşitdiğuzdan bizə də diyin. Atdılar diyər biz heç nə görməduğ. Amma bir səs eşit­dığ ki diyirdi:

Atdı-butdi qərdəşlər,

Xan evinə gedərsiz

Pənir-çörəy yiyərsiz,

Siçan bəyə diyərsiz:

Pıs-pıslı Püstəxanım
Dabanı üstə xanım

Düşüb dəvə rəddi dərin gölə, boğulur.

Siçan bəy xan evində buların sözün eşidib özün yetirər dəvə rəddi dərin gölün başına. Görər Pıs-pıslı Püstəxanım az qalır boğulsun. Diyər:

– Əlin ver mənə çıxari.

Pıs-pıslı Püstəxanım diyər:

– Get-get, mən sənnən küsari.

Ginə də Siçan bəy diyər:

– Əlin ver çixari.

Pıs-pıslı Püstəxanım cavab verər:

– Get, get, mən sənnən küsari.

Siçan dördüncü dəfə hislənər. Bir yumuri palçıx götürüb şappıltıynən vırar dəvə rəddi dərin gölün üstünə. Diyər:

– Qal, köpəyin qızı, sənin yerin elə oradı.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin