Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə66/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   62   63   64   65   66   67   68   69   ...   92
Keçi nağılı
Keçinin dörd dənə balası vardır. Şəngilim, Məngilim, Küleyi, Təndiri. Keçi bir gün balalarına deyər:

– Balalarım, oturun, gedim sizə buynuzumda ot, əmcək­lərimdə süd, ağzımda su gətirim. Əgər qurd gəlsə qapını açmayın ha. Təndiri deyər:

– Əgər desə mən sizin ananızam, onda nə edək? Keçinin bir əli qırmızı idi. Buna görə balalarına deyər:

– Siz hər kəs gəlsə, ondan istəyin ki, öz əlini sizə göstər­sin. Əgər əli qırmızı olmasa, bilin ki, o, sizin ananız deyil. Keçi sözün qurtarıb çıxar gedər otlamağa. Qurd bir azdan sonra gəlib qapını döyər. Təndiri deyər:

– Kimdir qapını döyür?

Qurd deyər:

– Mən sizin ananızam. Açın.

Təndiri deyər:

– Əgər sən bizim anamızsansa, əlini göstər.

Qurd işi anlayıb deyər:

– İndicə gəlib əlimi sizə göstərərəm. Qurd tez gedər əlini basar boyaqxana küpünə. Qırmızı rəngdə boyayıb qayıdar keçinin evinə. Qapının dalısından deyər:

– Açın qapını. Təndiri deyər:

– Əgər sən anamızsansa, əlini göstər. Qurd qırmızı rən­gə boyanmış əlini qapının aşaqısından onlara göstərər. Balalar baxar görərlər, əl qırmızıdır. Qapını aldanıb açarlar. Qurd qa­pı açılan kimi cumar bunların üstünə. Şəngilimi, Məngilimi, Küleyini bir dəfədən udar. Amma Təndirini nə qədər çalışar ələ gətirə bilməz. Çünki, o qurdu görən kimi qaçar girər tən­dirin kül yerində gizlənər. Qurd işi belə görüb ordan çıxıb ge­dər. Bir az keçəndən sonra keçi daldan gələr. Nə qədər qapını döyər və uşaqlarını səsləyər, onlardan bir xəbər çıxmaz. Buna görə içəri girər. Bu yana, o yana birdən görər ki, bir yerdən bir səs gəlir. Görər Təndiri bunun səsini eşidib təndirdən çıxmaq istəyir. Anası təndirini görüb, bundan soruşar:

– Bəs o birisi qardaşların hardadır? Təndiri başlarına gələn qəza-qədəri anasına söyləyər. Keçi dözə bilməyib gedər qurdun evində çıxar dama. Görər ki, qurd oturub şam yeyir. Qurd ha istər ki, şamı qurtarıb, xəşərlənsin, keçi dırnağı ilə damı deşib torpağı tökər onun şamının içinə. Qurd görər ki, damdan torpaq tökülür, belə deyər:

– O kimdir, damım üstə.

Damım, düvarım üstə.

Hərdən torpaq tökülür,

Aşım, pilovum üstə.


Keçi deyər:

– Mənəm, mənəm mələkcə,

Buynuzlarım kələfcə.

Gözlərim piyalə camı.

Qurd çıxar eşiyə deyər:

– Gəl görüm nə deyirsən? Keçi qurdu xamsıdıb, buy­nuzu ilə vurar qurdun qarnını cırar. Şəngilim, Məngilim, Kü­leyi atılarlar eşiyə. Keçi balalarını atıb dalısına qaçırdar evinə. Yenə də balalarını yığıb öz başına şənliklə həyat sürər.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin