Özü bəs deyildi, nənəsinə də öyrədib
Günlərin bir günündə bir nənə balaca oğlunu misgər dükanına aparıb ustadan xahiş etdi ki, oğlumu şagirdliyə qəbul edin. Bu oğlan bir neçə gün gedəndən sonra işə getmədi. Misgər bir müddət dözəndən sonra bir gün dedi:
─ Gedim, görüm oğlana nə olmuşdur ki, işə gəlmir. Bunu deyib gedir oğlanın qapısına. Qapını döyür, oğlanın nənəsi qapıya gəldi. Usta arvaddan soruşdu:
─ Nə üçün bəs oğlun işə gəlmir?
Nənə cavab verdi ki, usta, vallah oğlum deyir ki, mən misgərliyi öyrəşmişəm. Usta ki ömrünü misgərlik yolunda qoymuşdu, bu sözdən təəccüb edib nənəsindən soruşur:
─ Ay balam, bu oğlan nə tez misgərliyi öyrəşdi.
Nənəsi cavabında deyər:
─ Usta, oğlum deyir ki, misi qoyasan oda, olar isti, tapdalayarsan, olar yastı. Dövrəsini bir az qatlayarsan, olar məcməyi, bir az dərin olsa olar qablama...
Misgər nənənin bu boş sözündən hirslənib belə deyər:
─ Özü bəs deyildi, nənəsinə də öyrədir.
Dostları ilə paylaş: |