QAŞQAY ELİNİN TƏŞKİLATİ QURULUŞU Burada elin binası evlad sayılır. Evlad demək olar ki, elin başlanğıcı olur. Və sonra bu evladdan ailə və xanevanə vücudə gəlir. Bir el neçə tayfadan təşkil tapır. Bir tayfa neçə qol olur. Və bir qolda neçə dənə evlad olur. Demək olar ki, bu evladlar el içində cavan igidliyə cavanmərdliyə adlanan adamlardırlar. Evladlarda xan kimi və ya bəy kimi ünvanlar və ləqəblər yoxdur. Vəli, evlad xalqın ehtiramını və ağsaqqalı kimi hesaba alınır. Və onun sözü xalq içində sözü keçərdir.