Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu “Azərbaycan əlyazmaları dünya kitabxanalarında”



Yüklə 2.43 Mb.
səhifə8/27
tarix17.06.2018
ölçüsü2.43 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

Ədəbiyyat:


  1. Azərbaycan ədəbiyyatı. 2 cilddə. C.1,2. - Bakı, 2007.

  2. Axundova N. Müasir Azərbaycan ədəbiyyatı (1960-2010-cu iilər. -) Bakı : Elm, 2013.

  3. Azərbaycan Sovet ədəbiyyatı. – Bakı, 1988.

  4. Alışanlı Ş. Müasir Humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşunaslığı. – Bakı : Elm, 2011.

  5. Qarayev Y. Realizm, sənət və həqiqət. – Bakı : Elm, 1980.


Muzaffar Ibrahimov
LİTERARY MASTERPİECES OF THE REPUBLİCAN PERİOD

Summary

The great value played by the Azerbaijan Democratic Republic in the history of Azerbaijan has long been acknowledged by many years after the founder and architect of modern independent Azerbaijan, national leader Heydar Aliyev: "While the Azerbaijan Democratic Republic operates in tense and complicated social conditions for only 23 months, in the memory of the next generations, it will remain as one of the most brilliant pages of its history, although it can’t finish the important steps taken in the field of democratic state building, economy, culture, education, healthcare, military building, as well as the short-term measures implemented in the history of our people have played an important role in restoring national statehood traditions The most important thing is that Azerbaijan Democratic Republic has survived, but has strengthened our freedom and independence ideas in our people. "



FƏXRİYYƏ MƏMMƏDZADƏ

AMEA-nın Fəlsəfə İnstitutu,

elmi işçi

fakhriya.mamedzade@gmail.com
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTİ

Ulu Öndər Heydər Əliyevin çıxışlarında, nitqlərində və sərəncamlarında Azərbaycan Xalq Cümhuriyyətinə münasibəti öz geniş əksini tapmışdır. Bu münasibətin aşağıdakı istiqamətlərini göstərmək olar:

1. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçilik tarixində yeri;

2. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarına yüksək qiymət verilməsi;

3. Azərbaycan Xalq Cümhuriyyətinin ayrı-ayrı sahələrdə quruculuq fəailiyyəti.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ayrı-ayrı problemlərinə dair tarixi həqiqətlərin düzgün araşdırılaraq, dövlət səviyyəsinə qaldırılaraq xalqa çatdırılmasında əvəzsiz rol oynamışdır. Dahi şəxsiyyət Azərbaycan Xalq Cümhuriyyətinin adının bərpa olunmasında xüsusilə böyük rol oynamışdır. Bundan əlavə Cümhuriyyətin ildönümlərinin hər il qeyd olunmasına dair sərəncamlar və digər dövlət əhəmiyyətli sənədlər, AXC yaradıcılarının yubileylərinin keçirilməsi, əsərlərinin nəşri, AXC-nin tarixinə dair 7 cildlik sənədlər toplusunun nəşr olunmasında, AXC Parlamentinin stenoqrafiq hüsabatlarının çap olunması dediyimizə əyani sübutdur.

Ulu Öndərin hakimiyyətə gəlməsinə qədər AXC-nin tarixi və ayrı-ayrı görkəmli nümayəndələri lazımi səviyyədə tədqiq olunmamışdır. AMEA-nın müxbir üzvü, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Y.Mahmudov yazır: “eyni zamanda, etiraf etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılması vəziyyəti hələ də bu mühüm problemin öyrənilməsinə olan dövlət qayğısına cavab vermir. Dövlət müstəqilliyinə qovuşmağımızdan 12 il keçməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bolşevik-sovet təhriflərindən, saxtalaşdırmalarından təmizlənməsi işi hələ də tamamilə başa çatdırılmayıbdır. Qabarıq nəzərə çarpan və narahatlıq doğuran digər cəhət də bundan ibarətdir ki, ötən on il ərzində Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həsr olunmuş və yeni ruhda yazılmış əsərlərin də bir çoxu dərin tədqiqatlara ilk mənbələrə, arxiv sənədlərinə deyil, subyektiv mülahizələrə, emosiyalara, şəxsi duyğu və arzulara əsaslanır. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi Məhəmməd Əmin Rəsulzadə haqqında, xüsusilə onun mühacirət dövründəki fəailiyyəti barədə oxuculara, xalqa müəyyən qədər məlumat verildiyi halda Cümhuriyyət dövrünün böyük dövlət xadimləri Ə.Topçubaşov, F.Xoyski, H. Ağayev, N.Yusifbəyli, M.Hacınski, Xxasməmədov və bir çox başqalarının fəailiyyətləri, demək olar ki, kölgədə qalmışdır. Bundan əlavə Azərbaycan Xalq Cümhuriyyətinin meydana gəldiyi və fəailiyyət göstərdiyi tarixi dövr hərtərəfli və dərindən araşdırılmayıbdır”[5,54]. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 80,85-ci ildönümlərinin keçirilməsi haqqında (1998, 2003-cü illərdə) sərəncamlar vermiş, AXC-nin dövlətçilik tarixindəki yerini yüksək qiymətləndirmişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəailiyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”[1]

Hələ 1996-cı il mayın 26-da milli bayram-respublika günü münasibətilə təntənəli yığıncaqdakı şıxışında Ulu Öndər Heydər Əliyev ilk demokratik cümhuriyyətin dövlətçilik tariximizdə oynadığı rol haqqında deyirdi: “1918-ci il mayın 28-də ilk Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması dünyaya bəyan edildi. Azərbaycan xalqının tarixində böyük və əlamətdar bir hadisə baş verdi. Azərbaycan xalqı öz milli azadlığını, müstəqilliyini əldə etməyə başladı. İlk demokratik cümhuriyyətin elan edilməsi o zaman Azərbaycana qarşı xaricdən və daxili düşmənlər tərəfindən olan təcavüzlər və o dövrdəki qarmaqarışıqlar, xalqımızın həyatının gərgin bir şəraitində olmuşdur. Buna görə də ilk Azərbaycan Demokratik Cümhuriyyətinin, onun hökumətinin fəailiyyəti ağır və çətin bir şəraitdə keçmişdir. 1918-ci ilin sentyabr ayında ilk Azərbaycan Demokratik Cümhuriyyətinin hökuməti Gəncədən paytaxtımız Bakıya gəlməyə nail olmuş və öz fəailiyyətini davam etdirmişdir.

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində-XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olararaq Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”[2,81].

Heydər Əliyev dünyada o zaman gedən proseslər-Birinci dünya müharibəsində Rusiyanın məğlubiyyətinin, Avropanın və dünyada baş verən dəyişikliklərin Azərbaycanda demokratik cünhuriyyətin yaranmasına şərait yaratdığını qeyd edərək deyirdi:“Azərbaycan Demokratik Cümhuriyyətinin, onun hökumətinin ömrü qısa olmuşdur. Bu cümhuriyyət, hökumət 23 ay ömür sürmüşdür. Ancaq bu qısa zamanda çox böyük işlər görülmüşdür. Ən böyük nailiyyət, tariximizə yazılmış qızıl səhifə ondan ibarətdir ki, şoxəsirlik tariximizdə ilk dəfə Azərbaycan xalqı dövlət müstəqilliyini əldə edə bilmişdir, müstəqillik Azərbaycan Demokratik Cümhuriyyətinin əhval-ruhiyyəsini hiss edə, dərk edə bilmişdir, müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq duyğularını dərk edə bilmişdir.Qeyd etdiyimiz kimi, ilk demokratik cümhuriyyətin hökuməti çox işlər görmüşdür. Azərbaycan torpağında demokratik cümhuriyyətin yaranması dünyaya bəyan edilmiş, dünyanın bir çox dövlətləri ilə əlaqələr qurulmuş, milli müstəqillik prinsipləri əsasında Azərbaycan dövlət quruculuğu tədbirləri həyata keçirilmiş, ilk Azərbaycan unversiteti yaradılmışdır. Bu hökumət Azərbaycanıı dünyaya müstəqil dövlət kimi tanıtmışdır.Azərbaycan Demokratik Cümhuriyyətinin yaşadığı dövr çox çətin, ziddiyyətli, mürəkkəb dövr olmuşdur. Belə bir ağır şəraitdə görülən işlər və sonrakı nəsillərə, bizə çatan irs ilk Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi əhəmiyyətini çox gözəl əks etdirir. Məhz bu demokratiya, milli azadlıq, müstəqillik əhval - ruhiyyəsi sonrakı dövrlərdə xalqımızın qəlbində yaşamış və nəhayət, bu əsrin sonunda xalqımızı dövlət müstəqilliyinə gətirib çıxarmışdır”[2.81].

Ulu Öndər Heydər Əliyev Azərbaycan Demokratik Cümhuriyyəti yaradıcılarına da yüksək dəyər verirdi: “Biz bu gün 28 May günün böyük iftixar hissi ilə bayram edirik. Bu, Azərbaycan xalqının milli bayramıdır. Məhz ona görə ki, ilk dəfə müstəqil Azərbaycan dövləti, demokratik cümhuriyyəti dünyaya elan olunubdur. Azərbaycanın dövlət müstəqilliyinin, milli azadlığının gələcəyi üçün böyük, əsas təməl qoyulubdur. Biz bu gün bu bayram günü o illərdə, ağır və çətin şəraitdə Azərbaycan xalqının qabaqcıl, mütəfəkkir insanlarının xidmətlərini böyük minnətdarlıq hissi ilə qeyd edirik. İlk Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında, yaşamasında, onun böyük milli irs kimi yaranmasında iştirak edənləri biz bu gün minnətdarlıq hissi ilə qeyd edirik. Onların xidmətləri Azərbaycanın tarixinə həkk olunub, bu xidmətlər heç vaxt unudulmayacaqdır. Biz Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasında böyük işlər görmüş, xidmətlər göstərmiş Məmmədəmin Rəsulzadəni, Əlimərdan bəy Topçubaşovu, Fətəli xan Xoyskini, Nəsib bəy Yusifbəyovu və digər dövlət xadimlərini bu gün böyük minnətdarlıq hissi ilə xatırlayırıq və onların xidmətlərinə, Azərbaycan xalqının həyatında, tarixində oynadıqları böyük rola öz hörmət və ehtiramımızı bildiririk. O zaman yaranmış şərait nəticəsində ilk Azərbaycan Demokratik Cümhuriyyəti öz fəailiyyətini sona çatdırdı. Ancaq qeyd etdiyim kimi, o, gələcək nəsillər üçün böyük irs qoydu və xalqımızın bu günü üçün böyük əsas yaratdı. Ondan sonrakı dövrdə Azərbaycan xalqı böyük həyat yolu keçibdir. O yol çox mürəkkəb, ziddiyyətli olubdur. Ancaq eyni zamanda xalqımız bu illəri-1920-ci ildən 1991-ci ilə qədər olan dövrü yaşamış, o illərdə yaratmış, inkişaf etmiş, respublikamız bu günlərə gəlib çatmışdır”[2,82].

Ulu Öndər AXC-nin yaradıcılarının əksəriyyətinin adını çəkmişdir: “Bu cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir”[1].

Ulu Öndər Heydər Əliyev AXC-nin bütün dövlət atributlarının- bayrağının, himninin, gerbinin irsi olaraq müstəqil Azərbaycanda bərpa edilməsi zərurətini xüsusi qeyd edirdi: “Azərbaycan Respublikasını Prezidenti möhtərəm Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” 30 yanvar 1998-ci il tarixli Sərəncamında deyildiyi kimi,” Azərbaycan Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəailiyyət göstərmişdir. Bu dövlətin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük öz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərvhədtlərinin müəyyən edilməsi, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması və digər atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəailiyyətini əks etdirən istiqamətlərdir.”[1]

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”na görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan müasir, demokratik tipli milli dövlətçiliyimizin bərpa və inkişaf etdirilməsi əsas prinsip kimi irəli sürülürdü. Lakin belə bir tarixi həqiqəti etiraf etməliyik ki, yeni Azərbaycan dövlətçiliyinin qurucusu olan Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan, lakin axıra çatdırılması mümkün olmayan milli dövlət quruculuğuna hələ müstəqillik haqqında Konstitusiya Aktının qəbulundan xeyli əvvəl başlamış və bu sahədə milli dövlətçilik tariximizə təkrarolunmaz səhifələr yazmışdır. Bu böyük öndərimizin milli dövlətçiliyimizin bərpası, və inkişafı və ədəbiyyatı yolundakı saysız-hesabsız xidmətlərinə parlaq bir sübutdur.

Lakin, təəssüf ki, bu məsələlər Azərbaycan tarixçiliyində kifayət qədər sistemli şəkildə öyrənilməmişdir. Bu baxımdan Heydər Əliyevin siyasi-dövlətçilik fəailiyyətinin Naxçıvan mərhələsindən danışarkən görkəmli tarixçi professor Yaqub Mahmudlu haqlı olaraq yazır: ”...milli dövlətçilik ənənələrimizin dirçəldilməsi, Muxtar Respublikanın adından “sovet”, “sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, 19-20 yanvar 1990-ci il faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanması barədə referendumda iştirakdan imtina etməsi, Muxtar Respublika ərazisində Muxtar Respublikasının Kommunist Partiyası yerli orqanlarının fəailiyyətinin dayandırılması, 31 Dekabr gününün Muxtar Respublikadasının Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması, nəhayət böyük Vətəndən-Azərbaycandan ayrı düşmüş Naxçıvanda amansız hərbi-iqtisadi blokada şəraitində Vətən torpağının düşməndən qorunub saxlanması-bax bunlardır böyük şəxsiyyətimizin Naxçıvanda mühasirə şəraitində keçən ömrünün, göstərdiyi fəailiyyətin qısa yekunu!...bizim Naxçıvan xalqının, Naxçıvan deputatlarının təşəbbüsü, bu iradənin ifadəsidir və bunu heç də dünən tələsik dərc olunmuş qərarla (burada söhbət keçmiş Azərbaycan KP MK-nin qərarından gedir-F.M.) bağlamaq lazım deyil... Mən xahiş edirəm ki, srağagün qəbul etdiyimiz tarixi qərarları bu cür qəbul edəsiniz...”[5,56]

Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi və qədim diyarı olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 17 noyabr Naxçıvan 1990-cı ildə:

a) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Milli bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edir və həmin bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi tələbi ilə ölkənin Ali hakimiyyət orqanları qarşısında vəsadət qaldırır;

b) Dövlət gerbi və himnin qəbul edilməsi üçün müsabiqə elan edilməsi qərara alınır və Azərbaycanın Ali hakimiyyət orqanlarından bu məsələyə baxılması xahiş olunur.

Bu tarixi qərarlar müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu işində, milli dövlətçilik atributlarının tarixi ənənələrə uyğun olaraq bərpası və qəbulu yolunda mayak rolunda çıxış edir. Sözsüz, bu ümummilli, ümumdövlət əhəmiyyətli məsələlərin həllini dövlət səviyyəsinə qaldırılmasında, müzakirə edilərək qəbul edilməsində Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və müdrikliyi, zəngin dövlətçilik təcrübəsi də öz sözünü demiş, tarix və zaman qarşısında misilsiz rol oynamışdır”[7,24]. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı tarixi hadisələr və proseslər göstərdi ki, kommunist-sovet rejiminin hər cür təzyiq və məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan xalqını, Azərbaycan gəncliyini milli azadlıq, müstəqillik, istiqlal idealları və arzuları heç vaxt tərk etməmişdir. Azərbaycan Xalq Cümhuriyyətini “milli sərvətimiz, tariximizin parlaq səhifəsi” kimi dəyərləndirən Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin böyük müdrikliklə dediyi kimi, “ Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi”[2, s. 445].

Lakin Azərbaycan Respublikası müstəqillik əldə etməsindən xeyli əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il mayın 3-də azadlıqsevər xalqımızın qəlbinə endirilmiş müqəddəs istiqlal rəmzi-üçrəngli milli, dövlət bayrağımız 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin .böyük siyasətçisi və dövlət xadimi möhtərəm Prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı.

Ulu Öndər Heydər Əliyev AXC –nin ordu quruculuğuna da yüksək dəyər verirdi. Heydər Əliyevin öz çıxışlarında adlarını tez-tez çəkdiyi zabitlər və generallar arasında Səməd bəy Mehmandarovla Əliağa Şıxlinski xüsusi yer tuturlar. Ümummilli lider bu generalları həm I Dünya müharibəsinin iştirakçıları, həm də AXC ordusunun qurucuları kimi xatırlayırdı. Məlum olduğu kimi Cənubi Qafqazdakı hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığı 1917-ci il dekabrın 11-də milli tərkibli qoşun strukturlarının, o cümlədən Müsəlman korpusunun təşkili barədə qərar qəbul etdi. AXC elan edildikdən sonra isə Azərbaycan hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı. Azərbaycan Respublikası Prezidentinin 1998-ci ilin mayında imzaladığı fərmanla iyun ayının 26-sı “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” adlandırılmışdı. Heydər Əliyev AXC-nin ənənələrinə hörmət və sədaqət nümayiş etdirərək həmin tarixi hadisənin baş verdiyi günü Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan etmişdir.

2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edən dövlət başçısı İlham Əliyev AXC-nin 100 illiyiylə bağlı sərəncamda demişdir: ”Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı”[2].



Beləliklə, Ulu Öndər Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində milli tariximizin mühüm problemlərinin tədqiqinə xüsusi diqqət vermiş müstəmləkəçilik dövründə Azərbaycan Xalq Cümhuriyyətinin obyektiv, doğru düzgün araşdırılmasına qayğı göstərmiş, müstəqil Azərbaycan Respublikasına AXC-nin varisi kimi dəyər vermişdir.
Ədəbiyyat :


  1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyinin keçirilməsi münasibətilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı // Respublika. – 1998. - 31 yanvar.

  2. Milli bayram-Respublika günü münasibətilə təntənəli yığıncaqda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi // Dirçəliş-XXI əsr. – 2003,dekabr. - S.80-101.

  3. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. - Bakı: Azərbaycan, 1997. – C.3. - 680 s.

  4. İlham Əliyev AXC-nin 100 iliyiylə bağlı sərəncam imzaladı //http:arqument.az/az/ İlham-Əliyev AXC.

  5. Mahmudov Y. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə //Dirçəliş - XXI əsr. - 2003, iyul - №65. S.47-56.

  6. Süleymanov M. Heydər Əliyev irsində hərb tarixi məsələləri // Strateji təhlil. – 2017. -Say 1-2 (19-20). - S. 319-341.

  7. Azərbaycan Respublikasının dövlət rəmzləri. – Bakı : Çaşıoğlu, 2001. - S.272.

  8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinə : Heydər Əliyevin nitqi // Heydər Əliyevin nitqləri, çıxışları, məruzələri, mühasibləri, bəyanatları. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, 24 iyun 2003-cü il /-http//Files preslib.az/projekts/toplu/v2/f3.13 pdf

  9. Azərbaycan Milli Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində nitq ./26 iyun 1998-ci il/-http//files preslib.az/projekts/toplu /v2/f3.8pdf

Faxriyya Mammadzadeh

HEYDAR ALİYEV AND THE AZERBAİJAN DEMOCRATİC REPUBLİC

Summary
        The article outlines the attitude of the great leader Heydar Aliyev to the Azerbaijan Democratic Republic, which forms the glorious page of our national history and statehood history. The author also examined the role of the Great Leader Heydar Aliyev in the development process of the modern Azerbaijan Republic as well as the succession of the AHP and its leadership in the role he played in the history of our statehood, its creators, state symbols and the army building process.
AYPARA ABBASOVA

İnformasiya cəmiyyətinin fəlsəfi

problemləri” şöbəsinin əməkdaşı

aypara abbasova2012@gmail.com
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ

TOLERANTLIQ ƏNƏNƏLƏRİ
XIX - XX əsrin əvvəllərində Rusiya imperiyasının Şimali Azərbaycanda apardığı müstəmləkə siyasətinin tərkib hissəsi olan köçürmə siyasəti nəticəsində ölkə əhalisinin etnik nomenklaturasında demoqrafik dəyişikliklər baş verdi. Belə ki, XIX əsrin birinci otuzilliyində Türkmənçay və Ədirnə müqavilələri bağ-landıqdan sonra Rusiya imperiyası işğal etdiyi Azərbaycanın şimal torpaqlarında özünün siyasi hakimiyyətini bərqərar etmək, işğal etdiyi müsəlman ölkəsində konfessional dayaq yaratmaq məqsədi ilə əhalinin 90%-dən çox müsəlman olduğu ölkənin etnik nomenklaturasında xristian elementinin çəki yükünün artırılmasını əsas götürüb, qeyri-köklü xristian etnosları ölkəyə köçürməyə başladı. Bu siyasətin mahiyyəti, vətən torpaqlarını imperiya coğrafi çərçivəsində əridib, burada yadelli, yaddilli, yaddinli etnosları yerləşdirib, bölgədə özünə sosial dayaq yaratmaq idi.

Köçürmə siyasətini apararkən, Rusiya hakim dairələri ermənilərə böyük ümidlər bəsləmiş və hakimiyyətin bu mövqeyini P.D.Sisianov belə izah etmişdi ki, ermənilər xristian olduqları üçün öz şəxsi mənafeləri nami-nə rus hökumətinə sədaqətlidirlər və Rusiya dövlətinin yeni ərazilərdə hökmran-lığının bərqərar olmasını görmək istəyirlər. Nəticədə, 1828-1830 -cü illər ərzində İran və Osmanlı dövlətlərindən 120 minə yaxın erməni Şimali Azərbaycan tor-paqlarına köçürülür və onlar əsasən İrəvan, Naxçıvan, Ordubad, Qarabağ tor-paqlarında yerləşdirilirlər. Azərbaycan tarixinin sonrakı mərhələlərində də ermə-nilərin ölkəyə köçmələri davam etmiş və XX əsrin əvvəlləri üçün onların çəki yü-kü ölkə əhalisinin etnik nomenklaturasında 32.65%-ə çatmışdı, halbuki XIX əsrin birinci otuzilliyində ermənil-qriqoryanların çəki yükü Şimali Azərbaycan əhali-sinini 9%ni təşkil edirdi ki, onların əksəriyyəti qriqoryanlaşmış albanlardan ibarət idi. Azərbaycan tarixinin alman səhifələri Köçürmə siyasəti aparan Rusiya, ölkə əhalisinin tərkibinə yeni etnoslar da gətirdi: almanları və rusları. ХIХ əsrin birinci rübündə Azərbaycanın şimal torpaqlarını işğal edən Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin əsas istiqamət-lərindən biri işğal olunmuş əraziyə xristian etnosları köçürmək və xristian elementinin çəki yükünü ölkə əhalisinin etno-konfessional nomenklatura-sında artırmaq idi. Yadelli xristian etnoslardan ilk olaraq almanlar Azərbaycanın şimal torpaqlarına köçürülmüş və onların koloniyaları salınmış-dı. Alman-kolonistlər, ölkənin sosial-iqtisadi sahəsinə qərb elementlərini daxil edə bilmiş, kənd təsərrüfatında üzümçülük, şərabçılıq, tütünçülük kimi sa-hələr, süni mineral suların hazırlanması onların adı ilə bağlı olmuşdur. Şimali Azərbaycanda məskunlaşan almanlar Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin tələblərinə cavab verməsələr də ölkənin sosial-iqtisadi, mədəni və elm sahələrinə qoşulmuş, Azərbaycan tarixində özünəməxsus iz qoymuş, ölkədə multikultural mühitin inkişafına təsir gös-tərmişlər. 1899-cu ildə alman memarı İ.Eyxlerin layihəsi ilə alman qotika üslubunda tilikmiş Kirxa kapitalist Bakısına qərb memarlığı mədəniyyətini gətirərək, Şərq-Qərb dünyalarını yaxınlaşdırmışdır. Bu dövrdə Azərbaycanın multikultural ənənələrə yaxınlaşması özünü başqa sahələrdə də göstərmişdir.



Bakı nefti ilə milyonlara sahib olan Nobellər Nobel mükafatını təsis edərək, bəşəriyyətə Qərb-Şərq sivilizasiyalarının vəhdətini nümayiş et-dirmişdir. İmperiya çərçivəsinə daxil etdiyi bütün xalqlara velikorus mövqeyindən yanaşan Romanovlar Rusiyası ХХ əsrin əvvəllərində sosial-siyasi kollaps dövrünə qədəm qoyduqda konfessional cəhətə varmayaraq, özünün qeyri-rus təbəələrinə birtərəfli münasibət göstərmiş və bu baxımdan almanlar istisna təşkil etməmişdilər. Azərbaycan torpaqlarını özünün müstəmləkə sisteminə qatan Rusiya siyasi hakimiyyətini bölgədə bərqərar etmək məqsədi ilə işğal etdiyi ərazidə mövcud islam sistemini pozmaq və əsas vasitə kimi götürdüyü xristian elementini artırmaq üçün müstəmləkə siyasətinin tərkib hissəsi olan xristianlaşdırma siyasətini məqsədyönlü olaraq aparmışdır. Belə ki, müsəlman ölkəsində Rusiya hakimiyyətini möhkəmlətmək məqsədini əsas tutan mütlə qiyyət yad dilli, yad dinli, yad təbiətli əhalinin assimilyasiyaya uğramasında mütləq vasitə dini, xristianlığın yayılmasını götürmüşdü. Belə ki, Rusiya imperiyasının hakim dairələrinin fikrincə ölkənin köklü əhalisi yadelli işğalla barışmayacaq və bu barışmazlığın dayaq nöqtəsi də İslam dini idi. Çünki, minillik bir tarixi dövr boyunca İslam dininə etiqad edən xalq, xristian dövlətin hakimiyyətini asanlıqla qəbul etməyəcəkdi. Ancaq buna baxmayaraq Bakı XX əsrin əvvəllərində multkultural mədəniyyətə yaxınlaşmaqda davam edirdi. Rusiyanın müstəmləkə siyasətinin ağırlığını daşısa da, kapitalizmin inkişaf mərhələsinə qədəm qoymuş Şimali Azərbaycan Qərb mədəniyyətinin dəyərləri ilə tanış olur, Şərq sivilizasiyanın daşıyıcısı olan ölkə, öz mənəviyyatını zənginləşdirir, multikultural dünyaya yaxınlaşır. Məhz bu dövrdə Rusiya və Avropa mədəni-ictimai cərəyanların təsiri nəticəsində yeni dövr rəssamlıq sənəti, realist rəsmlər yaranır. Azərbaycanda ilk milli teatr binasının 1883-cü ildə tikilməsi Hacı Zeynalabdin Tağı-yevin adı ilə bağlıdır. Milli teatr ölkədə multikulturalizmin inkişafında özünəməxsus rol oynayır. Azərbaycan mədəni həyatında xüsusi yer tutan bu hadisə ölkəni multukultural dünyaya aparırdı. Azərbaycan xeyriyyəçilərinin fəaliyyəti Azərbaycan sosial-mədəni həyatında özünəməxsus bir toleyrantlıq ansamblı yaratmış, multikulturalzmin inkişafına xidmətlər göstərmişlər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan xalqının etnik tolerantlıq ənənələri daha da inkişaf etdirildi. 1918-ci il mayın 28-də Azərbaycanın “İstiqlaliyyəti haqqında Aktı”nı qəbul edən AXC, dövlətin ərazisində yaşayan bütün insanlara hüquq bərabərliyi verdi. Yarandığı zamandan etibarən ölkənin ərazi bütövlüyü uğrunda mübarizə aparan AXC, Azərbaycan xalqının tolerantlıq ənənələrindən imtina etməyərək, dövlətin qanunverici orqanı, parlamenti formalaşdırarkən, ölkənin sosial-siyasi həyatında xidməti olan azsaylı xalqlara, eyni zamanda Rusiya imperiyası dövründə əhali-nin etno-konfessional tərkibində müəyyən çəki yükü əldə edə bilmiş rus və ermənilərə də yer ayrılmışdı. Belə ki, etnik proporsiyaya görə parlamentdə nəzərdə tutulan 120 deputat yerdən 80-i müsəlmanlara, 21-i ermənilərə, 10-u- Bakı Rus Milli Şurasına 1-i – Alman Milli Təşkilatına, 1-i –Yəhudi Milli Şurasına, 1-i Gürcü Milli Şurasına, 1-i Polyak Milli Komitəsinə verilmişdi. Azsaylı xalqların nümayəndələri, parlamentə seçilərkən, onun işində də aktiv fəaliyyət göstər-mişlər. Belə ki, alman icmasını təmsil edən L.Kun parlamentin aqrar komissiyasının tərkibinə daxil edilmiş, qanunların hazırlanmasında iştirak etmişdi. Qeyri-müsəlman etnosların tarixinə və mədəniyyətinə hörmətlə yanaşan AXC, multikultural mühitin formalaşmasının demokratiyanın inkişafına müsbət təsir edə-cəyini nəzərə alaraq, ölkədə alman koloniyaların salınmasının 100 illik yubi-leyinin təntənəli şəkildə keçirilməsi üçün şərait yaratmış və bu yubiley 1919-cu ilin iyunun 9-da təntənəli şəkildə Yelenendorf koloniyasında keçirilmişdi. L.Kun bu bayram tədbirində çıxış edərək bildirmişdi ki, Azərbaycan torpaqlarında məskunlaşan kolonistlər Azərbaycan xalqının onlara bəslədiyi hörmət və ehtiramı unutmur və Azərbaycanı özlərinin ikinci vətəni kimi qəbul edirlər. Azərbaycan xalqının almanlara olan xoş münasibətini belə bir fakt təs-diqləyir. Birinci Dünya müharibəsi illərində mütləqiyyət alman-kolonistlərə qarşı məhdudlaşdırma qanunlarını elan etdikdə, Ə.Rəfibəylinin başçılığı ilə bir qrup Gəncə ağsaqqalı Yelizavetpol quberniyasının qubernatoru Kovalyevskidən Azərbaycanda məskunlaşan kolonistlərə bu qanunların tətbiq edilməməsini xahiş etmişdilər. Və bu öz kökündən, dilindən, dinindən olmayan xalqlara, Azərbaycan xalqının multikultural baxışdan yanaşdığını, bəşəri dəyərlərə əsaslandığını sübut edir.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə