Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu “Azərbaycan əlyazmaları dünya kitabxanalarında”



Yüklə 2,43 Mb.
səhifə11/27
tarix17.06.2018
ölçüsü2,43 Mb.
#53967
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

Ədəbiyyat:


  1. Qarayev Y. Azərbaycan ədəbiyyatı (XIX-XX yüzillər).- Bakı, 2002.

  2. Əhmədov H. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. - Bakı, 2001.

  3. Səmədov A. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda təhsilə və təhsil xadimərinə qayğısı. - Bakı, 2010.

  4. Məmməd Cəfər. Azərbaycan ədəbiyyatında romantizm. - Bakı, 1963.

  5. Mehdi Hüseyn. Ədəbiyyat və sənət məsələləri - Bakı, 1958.


Givami Gaziyev
PROFESSOR MİR JALAL PASHAYEV'S PATRİOTİC İDEAS

Summary
Mir Jalal Pashayev created a series of noble qualities in the stories of the war era. Mir Jalal draws attention to the two aspects of the Azerbaijani women in the spiritual world; careful and naïve. The woman described in the writer’s stories of the is also caring, trying to adapt to everyday needs and needs of the war.

In a number of stories devoted to the organic connection of the front to the front, the fair tries to convey the situation in the front, even through the consciousness of those who work in the backyard of the warriors' morale.

The love of motherland and people, life, people and nature is the sea, the improbable, the unparalleled, deep sea. Prof. Mir Jalal Pashayev's prose reflects the training and educational and artistic-aesthetic essence, the high moral qualities. Because, the writer has always been a successor in artistic and labor activities, such as strong, wise, wise, mature, competent educator.

TƏHMİNƏ AĞAKİŞİYEVA

AMEA-nın Fəlsəfə İnstitutu,

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

tahmina.aghakishiyeva@gmail.com
HEYDƏR ƏLİYEV – TÜRK DÜNYASININ DAHİ SİYASİ XADİMİ

« Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»!



Ümummilli lider Heydər Əliyev.

Azərbaycan həmişə öz tarixi şəxsiyyətləri, bəstəkarları, şairləri, yazıcıları ilə məşhur olmuşdur. Belə şəxsiyyətlərdən biri də Heydər Əliyevdir.Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyev hər dəfə xalqın müqəddaratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda onun köməyinə catmış, dayaq olmuş, xalqı zamanın ağır sınaqlarından üzüağ çıxartmışdır. “Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində mümkün olmüşdur” (1. s.29).

Ümummilli liderimiz Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür və buna xidmət edən bütün zəruri tədbirləri həyata keçirirdi. Məhz Heydər Əliyevin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədilə ən yüksək tələblərə cavab verən normativ – hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş və onun təkmilləşdirilməsi üçün zəmin yaradılmışdır.

1993-cu ildən yenidən ikinci dəfə xalqın arzusu və tələbi ilə Azərbaycanda hakimiyyətə, rəhbərliyə qayıdan Heydər Əlıyev butun quvvəsini, təcrubəsini, səy və bacarığını xalqın rifahına, ölkənin mustəqilliyinin möhkəmlənməsinə və əbədi olmasına həsr etmişdir. O, Azərbaycanın qudrətli dövlət olacağını daim qeyd etmiş, bir cox iqtisadi layihələrə imza atmışdır. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda iqtisadi, siyasi və mədəni inkişaf başlanmışdır. 1994-cü ildə "Əsrin muqaviləsi" bağlandı. Bilavasitə "Boyuk İpək yolunun bərpasını nəzərdə tutan layihənin icrasına başlandı. Bunlar və buna bənzər duşunulmuş planlar dünya iş adamlarının Azərbaycana axınına və sərmayə qoymalarına şərait yaratdı. Azərbaycanın siyasi və iqtisadi nufuzu möhkəmləndi. Heydər Əliyev eyni zamanda milli-mənəvi dəyərlərimizi, mədəni irsimizin, dilimizin saflığının qorunmasında böyük rol oynamışdır.

“Heydər Əliyev, sözün əsil mənasında, Azərbaycan iqtisadiyyatının, mənəviyyatının xilaskarı oldu. Onun Azərbaycana rəhbərlik etdiyi illərin hər biri tariximizə iqtisadiyyatın, elm və mədəniyyətin yüksəliş illəri kimi daxil olmuşdur. Ən başlıcası isə Azərbaycan və Azərbaycançılıq dünya şöhrəti qazanmışdır” (4.s.113). Elmin inkişafı sahəsində qazanılan mühüm naliyyətlər onun dünya şöhrəti qazanmasına təkan verdi.

Ulu öndər Azərbaycanda rəhbər olduğu müddətdə bütün sahələrdə olduğu kimi ekoloji problemlərin həlli məsələlərini də daim diqqət mərkəzində saxlayıb. Dahi rəhbər ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb. Onun hakimiyyəti illərində ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb və formalaşmağa başlayıb.

“1969-1982-ci illərdə respublikamızda həyata keçirilən təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı Heydər Əliyev olmuşdur. Məhz Ulu öndərin təşəbbüsü ilə həyata keçirilən yaşıllaşdırma tədbirləri nəticəsində Abşeron yarımadası yaşıl libasa bürünməyə başlamışdır. 1970-ci ilə qədər Bakı şəhərində 3 min hektara qədər yaşıllıq sahəsi mövcud idisə, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə yaşıllıqların sahəsi 17 min hektara qədər çatdırılımışdı. Bu dövrdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunmasına dair 8 qanun qəbul olunmuş, hökumət səviyyəsində 30-dan artıq qərar təsdiq edilmişdir”(3.http://files.preslib.az/azereco/az).

Ətraf mühitin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Ulu öndərimizin Sərəncamına əsasən 2001- ci ilin may ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Bir qədər sonra-2003-cü ildə isə Ulu Öndərin sərəncamları ilə “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair” və “Meşələrin bərpası və artırılmasına dair” milli proqramlar təsdiq edilərək həyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyev ideyalarını bu gün də yaşadaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək üçün başlanılmış işlər davam etdirilir, bu istiqamətdə yeni-yeni layihələr həyata keçirilir, ekoloji problemlərin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi ekoloji siyasət reallaşdırılır. Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan Milli və Dövlət Proqramı təsdiq edilərək icrasına başlanılmış, respublikamızda mövcud olan qoruq və yasaqlıqların əraziləri genişlənmiş, milli parklar yaradılmış, ətraf mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Ölkə rəhbərliyinin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması, bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir

Ümummilli lider Heydər Əliyev siyasətinin bu gün uğurla davam etdirilməsi nəticəsində ətraf mühitin mühafizəsi, təbii sərvətlərimizin qorunması məsələlərində ciddi nailiyyətlər əldə edilməkdədir.Ulu öndərin tövsiyələrini rəhbər tutaraq İlham Əliyev insanların rifah halının yaxşılaşdırılması naminə, ətraf mühitin ən müasir metodların tətbiq edilməsi ilə idarə edilməsinə nail olunması istiqamətində yeni-yeni layihələr reallaşdırılır. Əhalinin daha yaxşı yaşaması, yoxsulluğun aradan qaldırılması, sosial rifahının təmin edilməsi və ekoloji təhlükələrin azaldılması üçün iqtisadi inkişafın yeni modelinin qurulması mühüm amillərdən biridir. Azərbaycan hələ 2003-cü ildə davamlı inkişaf üzrə Milli proqram qəbul etmişdir. Azərbaycan Respublikasında iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. “Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir.



Prezident İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı”nda torpaqların eroziyaya uğramasının və şoranlaşmasının qarşısını almaq, mühafizəsini gücləndirmək, ondan istifadənin səmərəsini artırmaq və biomüxtəlifliyin qorunub saxlanılmasını təmin etmək məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. 2006-cı ildə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nı təsdiq etməsi ilə ekoloji tədbirlərin sistemli şəkildə həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.Bu kompleks tədbirlər planında ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapdı. Belə ki, tədbirlər planında Bakı buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlərin həlli mexanizmləri dəqiqliklə göstərildi”(2.http://xalqqazeti.com/az/news).

Ölkəmizdə “yaşıl iqtisadiyyata” keçid mərhələsində ekoloji və iqtisadi tələblərə cavab verməyən çoxlu sayda müəssisələr bağlanmış, digərləri yenidən qurularaq modernləşdirilmiş, yeni aztullantılı və tullantısız texnologiyalar tətbiq olunmuşdur. Təbii ehtiyatların mənimsənilmə intensivliyi, Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində daha əməli tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına, bu sahədə dönüşün yaranmasına gətirib çıxarmışdır.

“Ölkəmizdə gələcək çağırışların ciddiliyi dərindən başa düşülür və buna siyasi dəstək olaraq Azərbaycanda 2010-ci il “Ekologiya ili” elan edilmişdi. Ətraf mühit məsələlərinə böyük əhəmiyyət verilməsi, o cümlədən maliyyə vəsaitlərinin ayrılması hesabına irimiqyaslı ekoloji layihələrin həyata keçirilməsi ölkə vətəndaşlarına daha təmiz mühitdə yaşamağa imkan yaradır”(http://files.preslib.az/projects/azereco/az/eco).

Ümummilli lider Heydər Əliyevin ətraf mühitin mühafizəsi istiqamətində əsasını qoyduğu ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın mövcud sosial-iqtisadi inkişafı bu sahəyə daha çox diqqət yetirməyə, böyük vəsait ayırmağa, irimiqyaslı layihələr həyata keçirməyə imkan verir. Son illər respublikamızda sosial-iqtisadi proseslər sürətlə inkişaf etdiyinə görə ekoloji siyasətdə yeni prinsiplərin işlənməsini, strateji siyasətin yürüdülməsini zəruri edir. Artıq ekoloji siyasət dövlət proqramlarının qəbul edilib yerinə yetirilməsi şəklində həyata keçirilir. Bu proqramlarda nəzərdə tutulan işlər üçün konkret vaxtın və maliyyə vəsaitinin əks olunması ekoloji siyasətin sistemli və mükəmməl şəkildə həyata keçir 1998-ci ildə Azərbaycan Respublikası hökuməti tərəfindən “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” qəbul edildi. 1999-cu ilin əvvəllərində Xəzər dənizi üzrə beynəlxalq ekoloji proqramı həyata keçirmək üçün Bakı şəhərində Xəzər Ekoloji Mərkəzi fəaliyyətə başladı. 2003-cü ildə ulu öndər bir sərəncamla iki milli proqramı – “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair “Milli Proqram” və “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram” təsdiq etdi.

Müstəqilliyimizin o ağır illərində bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövlətinin yaşıllaşdırma, abadlaşdırma, ekologiya və ətraf mühütin qorunması sahəsində gördüyü böyük işlərlə yalnız fəxr etmək olar. Dövlətin ətraf mühitin və ekologiyanın qorunması ilə bağlı həyata keçirdiyi hər bir işdə Heydər Əliyevin Azərbaycan təbiətinə vurğunluğu, əhalinin gümrahlığına və gələcək nəsillərin sağlam mühitdə böyümələrinə qayğısı vardı.

Heydər Əliyev Azərbaycan adlı bir dunyanın baş memarı, sabaha doğru inamla irəliləyən Azərbaycan isə onun şah əsəridir. Bu əsəri qorumaq, inkişaf etdirmək, gozəlləşdirmək isə hər bir Azərbaycan vətəndaşının muqəddəs borcudur.


Ədəbiyyat:


  1. Ağamalı F. R.Harmonik inkişafın inkişaf dövrü. – Bakı : Ozan, 2008. - 280 s.

  2. Azərbaycanda ekoloji siyasət sistemli şəkildə həyata keçirilir // http://xalqqazeti.com/az/news

  3. BağırovH.S. “Heydər Əliyevin sosial-iqtisadi siyasətini uğurla davam etdirən ölkə prezidenti İlham Əliyev öz fəaliyyətində ölkəmizin ekoloji durumuna xüsusi diqqət və qayği göstərir” //http://files.preslib.az/azereco/az

  4. Sərdarov Z.H. Heydər Əliyev və milli mübarizə tariximiz. - Bakı : Çinar- Çap, 2008. - 165 s.

Tahmina Agakishiyeva
HEYDAR ALIYEV AS A GREAT POLİTİCAL FİGURE OF THE TURKİC WORLD

Summary
The article emphasizes the invaluable role of Heydar Aliyev in the formation of the independence of the Azerbaijani people. The policy of an independent state appointed by him is aimed at the future of the people and serves the strengthening of Azerbaijani statehood. In addition, the National leader paid a particular attention to the ecological issues. The article also emphasizes that Heydar Aliyev is the architect and creator of modern independent Azerbaijan.


XATİRƏ MƏHƏRRƏMOVA

Gəncə Dövlət Universiteti,

böyük laborant

gunay-ismayilova-gdu@rambler.ru


AZADLIQ MÜBARİZƏSİNİN QƏHRƏMANLARINDAN – DƏLİ ALI
Dəli Alı bir xalq qəhramanı kimi 19-cu əsrin sonu, 20-ci əsrin əvvələrində Azərbaycan xalqının milli dirəniş hərakatının önündə gedən əsas simalardan biri idi. Həmin dövrdə Dəli Alının xidmətləri, milli təşkilatımız olan Difainin fəaliyyəti Ermənilərin qarşısında bir sipər idi. Ermənilərin ikinci, 1918-ci ildə başlayan soyqırım dalğası zamanı Gəncədə onlara qarşı mübarizəni təşkil edən Gəncə Milli Komitəsinin gördüklərini ilkin dövrlərdə Xalqımızın qürur mənbəyi Dəli Alı başlatmışdı. Bunun nəticəsi idi ki, Gəncədə Ermənilər baş qaldıra bilməmişdi, çunki onların Dəli Alı kimi dayaqları var idi.

Eldarda Qəhrəman koxa,

Gəncədə Alı söylənir;

Dövləti, həşəməti,

Şəni, cəlalı söylənir.

Səddə İskəndər kimidir

Hatəm səxalı söylənir (1,31)

Hər bir xalq özünün müxtəlif dövrlərdə, müxtəlif zaman kəsiyində öz tarixi səxsiyyətləriııi yetişdirir. Bəli bu tarixi şəxsiyyətləri, qəhrəmanları məhz xalq özü yetişdirir. Keçmişə nəzər salsaq, artıq əfsanəyə dönmüş xalq qəhrəmanlarımız Koroğlu, Cavanşir, Babək kimi qəhrəmanları artıq xalq qəbul etmiş, əsrlərdən bəri onların şəninə dastanlar yazmış, mahnılar bəstələnmişdir. XIX əsrin axırı XX əsrin əvvəli Zaqafqaziyada rus imperiyasının hökmranlığı hakim dairələrinin özbaşınalığı hökm sürrdüyü bir zamanda 1857-ci ildə Şəmkir mahalının Qaranüy (Keçili) kəndində Məhərrəm kişinin Alı adında oğlu dünyaya gəlir. Alı dünyaya gələndən sonra Məhərrəm kişi Gəncəbasarın Qarasuçu kəndinə köçür, orada məskunlaşır. Bu zaman deyilənlərə görə Alının 14-15 yaşı olur. Bir dəfə Alı öz ağasının sürüsünü otararkən torpaq sahibi ilə sözü çəpləşir, onu çomaqla əzişdirir. Sürünü yoldaşlarına tapşırıb gizlənir. Nəhayət qaçaq düşür. Uzıın müddət qaçaq olur. 1917-ci ildə sui-qəst nəticəsində öldürülür və Gəncənin «İmamzadə» qəbristanlığında dəfn olunur.

Bu həmin Alıdır ki, qırx il qaçaqlıq etmiş, el arasında Dəli Alı kimi tanınmış, dövrünün hakim dairələrinin zülmkarlığına dözə bilməmiş, onlara qarşı vuruşmuşdur. Eyni zamanda erməni millətçilərinin Azərbaycanın hər hansı bölgəsində baş qaldırmasının qarşısını almışdır. Bir tərəfdən bölgədəki qarışıqlıq, hərc-mərclik, hakim dairələrin özbaşınalığı, digər tərəfdən isə erməni daşnaqları əhaliyə zülm edirdi.

1905-ci ildə Çaykənddəki erməni daşnakları Balçılı kəndinin camaatından əsir aparırlar. Əhalinin mal-qarasını kənddən çıxarıb, ot tayalarına, tövlələrə od vurub yandırırlar. Bu xəbəri Dəli Alıya Gəncədəki dostu İbrahim axşam çağı çatdırır. Atı gecəykən dəstəsi ilə Çaykəndə girir. Arvad-uşağı əsrlikdən azad edir. Kənddən nə qədər mal-qara getmişdirsə hamısını geri qaytarır. Alı həmin günü ermənilərə elə bir divan tutur ki, ermənilər bu hadisədən sonra bir də heç bir kəndə cürət edib soxulmurlar.

Azərbaycan çar Rusiyası və İran arasında bölüşdürüldükdən sonra Dəli Alı nəinki Zaqafqaziyada İranda da öz igidliyi ilə ad-san qazanmışdır. 1906-cı ildə Rusiyada nəşr olunan «Novaya Vremya» qəzetinin əlavəsində Dəli Alının şəklinin altında bu sözlər yazılmışdır: «Qaçaqlığı haqqında dastan söylənən Dəli Alı - «Qafqaziya şeytanı».

Alının şan-şöhrəti hər yana yayılır, qəzetlər onun igidliyi haqqında yazılar yazır. Yazıların birində verilmişdir ki, Çar II Nikolay əmr edir ki, ya Alının özünü, ya da başını mənə gətirin Alının tutulması üçün hökumət dairələri hər üsullara əl atırlar. Müxtəlif dəstələr yaranır, sui-qəsdlər hazırlanır. Lakin xalq öz qəhrəmanını ələ vermir.

Hakim dairələrin içərisində də Alının dostları, xətrini çox istəyən yoldaşları olmuşdur. Onlar Alıya qarşı hazırlanmış hər hansı bir döyüşü və ya sui-qəsdi qabaqcadan xəbər verirdilər.

Bir dəfə Alının dəstəsi Şəki yolunda Yevlaxdan gələn poçtu dağıtdırıb pulları ələ keçirir. Atışma vaxtı gülləsi qurtardığı üçün onu tutub Şəki qalasına salırlar. Dostu İsanın köməkliyi ilə qazamatdan qaçır. Samuxa «Qazaxqırılan» yerə gəlir. Orada yeddi kazak atlısını öldürür. Qayıdarkən «Palantökən» adlı yerdə başqa bir kazak dəstəsi ilə rastlaşır. Onlara qızıl pul verib aralanır. Elə bu vaxt pristav bələdçisi soruşur ki, o gedən dəstə kimin dəstəsidir?

Dəli Alının dəstəsidir - deyə kim isə cavab verir. Pristav əmr etsə də, heç bir kazak güllə atmır.

1908-1912-ci illərdə Çar Dumasının üzvi olmuş, Göyçəli-Qaraimanlı qlava Məşədisə 1913-cü ildə Moskvada III Aleksandrın abidəsinin açılış mərasimindəki ziyafətdə elədiyi çıxışı ilə II Nikolayın çox xoşuna gəlmişdir. Bu fürsətdən istifadə edəni Məşədisə çara Aşıq Ələsgərin «Dəli Alı» dastanından şirin-şirin danışmış. Bununla da II Nikolayın Dəli Alıya rəğbət bəsləməsinə səbəb olmuşdur. Təsadüfi deyil ki, Nikolayın ən çox etibar etdiyi Knyaz Qalitsini əfv fərmam ilə Gəncəyə göndərmişdir. Və tapşırmışdır ki, Dəli Alını Romanovlar ailəsinin 300 illiyi bayramına dəvət etsin. Hətta yazılı dəvətnamə də göndərmişdir. Təbii ki, Dəli Alı kimi bir adam bu dəvəti qorxmadan qəbul etrniş və yubiley şənliklərində iştirak etmişdir. Bu şənlik mərasimində Nikolayın bacısının təklifi ilə Dəli Alı sınağa çəkilmiş və onun arzusu ilə qardaşının yanında Dəli Alı ilə bir yerdə şəkil çəkdirmişdir. Aşığın dili ilə desək:



«Şeyx Şamil Dağıstanda,

Dəli Alı da bu yanda...

Çar aciz qaldı meyd a nda

Hökmü kəs məz bıçaq oldu

Nikolay bərk fikirə daldı

300 ilə nəzər saldı,

Axır əlac əhfvə qaldı

Gəldi belə bir çağ oldu... ( 2, 5)

Dəli Alı haqqında Dədə Ələsgər kifayət qədər deyib. Onun igidliyindən, cəsarətindən, səxavətindən söz açıb, dastan yazıb. Öz zəmanəsinin qəhrəmanını xalqına tanıdıb gələcək nəslə bir əmanət qoyub. Yuz ildən artıqdır ki, el aşıqları bu dastanı şənliklərdə söyləməkdədirlər. Bu dastandan Dəli Alının igidlik nişanələrini, xasiyyətini asanca öyrənmək mümkündür.

Aşıq Ələsgər o vaxt «Baş müxəmməs» havası ilə öz şəyirdlərinə «Dəli Alı» dastanını bütün cahana yayılmasını vəsiyyət etmişdir:

Dəli Alının vəsvini

Yazmışam dastana deyin!

Afərin şəyirdlərim,

Gedəndə həryana deyin! .

Eşidib Cöyçə mahalı,

Külli – Iravana deyin!

Addaym Şahtaxtınnan,

Təbrizə, Tehrana deyin!

Üz tutun Alosmana,

Qarsa, Qağızmana deyin!

Təmkini, hər büsatı

Bənzər Pənah xana deyin!

Qorxmayın, utanmayın,

Mərd durun, mərdanə deyin !

Kor olsun düşmannarı

Qalsın yana – yana deyin ! ( 1, 220 )

El arasında ındinin özündə də Dəli Alı haqqında müxtəlif rəvayətlər söylənilir. Təəssüflər olsun ki, orta və ali məktəb dərsliklərinin heç birində Dəli Alı haqqında məlumat verilmir.

Ömrünün 40 ilini qaçaqlıqda keçirmiş, məzlum xalqın qeydinə qalmış, xeyriyyəçiliklə məşğul olmuş, Rusiya hökmdarları ilə döş-döşə gəlmiş və erməni daşnaklarına qənim kəsilmiş xalq qəhrəmanının yubileyinin qeyd olunması onun xatirəsinə hörmət əlaməti olardı.

Ədəbiyyat :


    1. Aşıq Ələsgər. Əsərləri. I kitab. – Bakı : Elm, 1973.

    2. Aşıq rəvayətləri. - Bakı : Gənclik,1988.

    3. Əli Dastançı.Qəhrəmanlıq mücəssəməsi. - Bakı, 2001.

Xatire Meherremova
ONE OF THE HEROES OF THE STRUGGLE FOR FREEDOM - DALİ ALY

Summary
There are various studies on Dali Alie's activities, life, and struggle, and most of them are investigations carried out in Turkey. In Turkey researchers about Dali Aly were Azerbaijani political migrants. Especially with Huseyn Baykara, Mohammad Amin Rasulzade and Salim Rafig Rafioghlu, the son of Mashadi Ali Rafiyev, the author of the most comprehensive study, are Nagi bey Sheikhzamanli. Nagi bey Sheikhzamanli is one of the Dali Aly’s witnesses, and he has seen his herosm with his own eyes. Other researchers, who voiced their opinions about Dali Aly, put forward their position on the basis of their conclusions and research.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin