Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 4,57 Mb.
səhifə14/16
tarix24.05.2018
ölçüsü4,57 Mb.
#51319
1   ...   8   9   10   11   12   13   14   15   16

ÜÇ HEKAYƏ
Əlinin hekayə yaradıjılığından uzun müddət xəbərsiz ol­mu­şam, çap etdirmirdi. Əlyazmalarını da göstərmək xasiyyəti yox­du. Jəmi bir-iki dəfə əlyazmasından şeir oxumuş olardı. Əli əsl sə­nətkar, qüdrətli istedad sahibi idi. O bədii ədəbiyyatın bütün növ və canrlarında isteda­dının güjünü göstərmək iqtidarına ma­lik idi. İnanmaq is­təyirəm ki, Əlinin müəyyən peşə vərdişləri ol­sa, o gözəl şəkillər, xüsusilə təbiət mənzərələri çəkə, musiqi əsərləri bəstələyə bilərdi. Lakin qayıdaq kiçik epik canra. Əlinin doq­quz hekayəsi vardır. Üslubi və yazı manerası ilə bun­ların baş­qa əsərlərə oxşarı yoxdur. Lakin ümumi tərəfdən qiymət ve­ril­sə klassiklərimizdə (məsələn, Mirzə Jəlildə) müşahidə edilən və məhz klassiklərə xas olan bir jəhət Əli yaradıjılığında da gö­rünür. Klassiklərin əsərlərini bir oxuda bütövlükdə qavramaq mümkün deyil, ilk oxuda bir mətləb səni çəkib aparırsa, ikinji, üçünjü oxularda baş­qa mətləblər boy verir, təsəvvürlər geniş­lənir, bütövləşir, tamlanır. İlk oxuda Əlinin «Bərbər» hekayəsi yüngül za­ra­fat təsiri bağışlayır. Jəmiyyətin sıravi üzvünün ölkə­da­xili hadisələrə fəal müdaxiləsi ilk növbədə, bəlkə də bu zə­rər­­­siz adam haqqında xoş təəssürat da oyadır. Lakin diqqətli oxu­­da hekayənin tamam başqa hədəfə yönəldiyi aşkarlanır, tə­bəssümü ajı fikirlər əvəz etməyə başlayır. Seyfinin bərbər­xa­nası ən azı keçmiş rayon partiya komi­tə­­sinin təbliğat-təşviqat şö­bəsini və ya onun məntəqəsini yada salır. Əhalinin total şə­kil­də ideolociləşdirildiyi bir jə­miyyətdə insanların baş-üz qırxdı­rar­kən azajıq nəfəs alıb dinjəldikləri bir yer olmalı ikən, haylı-küy­lü yalanlardan heç olmasa, müvəqqəti şəkildə ayrılıb özünə dalması üçün ən münasib yer olmalı ikən, bu bərbərxana özü­nün tərtibatı ilə ideoloci mismarları müştərilərin beyninə daha möhkəm pərçimləyir, yüngül bir tənəffüs imkanlarını da aradan qaldırır. Çünki «ortadakı stolun üstündə sıra ilə dü­zülmüş «Oqo­nyok», «İnqilab və mədəniyyət» curnal­ları, «Pravda», «Kom­munist» qəzetləri görünür. Divarda rəhbərlərimizin, So­sia­list Əməyi qəhrəmanlarımızın port­retləri… Güzgüsünün üstə şüar: «Keçiji bayraq uğrun­da…» Seyfinin də öz şüarı var: «Qır­xdığım hər baş mə­nim öz başımdır». Görünür, bu da jəmiy­yə­tin «Bir nə­fər hamı üçün, hamı bir nəfər üçün» devizi əsasında for­ma­laşmışdır. Dükanın, yəni dəllək dükanının müasir, siyasi-ideoloci tələblər əsasında tərtibi ilə kifayətlənilsəydi, nə var­dı ki? Məsələ burasındadır ki, dükan sahibi yaratdığı mikromühitdə özü­nü başqa vəzifədə hiss edir. Bir yanda «Pravda», bir yanda «Kommunist», bir yanda da «Keçiji bayraq uğrunda» şüarı dəl­ləyi dəllək mövqeyindən xeyli yuxarılara qaldırıb. O, özündə az qala raykom katibi səla­hiyyəti hiss edir (ya birinji, ya ikinji – təfavütü yoxdur) müştərilərinə də katib mövqeyindən baxır, qiy­mət və tövsiyələr verir. Yeri gələndə danışığında hədə notları da olur. Əmək kitab kitabçalarında qazanjı az olanların başla­rı­nı köhnə, tükləri yolan maşınla qırxır – töhmət və ya işinə tikil­mək­lə şiddətli töhmətə əvəz olaraq «Hünərin varsa bu zaman bir söz soruş, daşdan səs çıxar, Seyfi­dən yox, yığıb-yığıb elə partlar ki, guya adam dolu bir zalda çıxış edir. Danışdığına da peşman olajaqsan. Əgər maşın tükünü çəksə də dinə bilmə­yə­jəksən. Seyfi axırda saçına ətri də könülsüz tökəjək. Ona «sağ ol» deyib ge­dəndə Seyfinin «xoş gəldin»i «rədd ol!» sö­zündən pis səslənəjəkdir». Bəzi hallarda Seyfi özünü nəinki raykom, bəlkə də MK katibi yerində hiss edir. Əgər Nizamidə Ha­run ər-Rəşidin dəlləyi ayağının altındakı dəfinədən qüv­vət alıb hökmdarın qızını istəmək jəsarəti tapırsa, Əlinin dəlləyi özü­nün yaratdığı mikromühitdən – ideoloci yönümlü dükandan güj alıb Sosialist Əməyi Qəhrəma­nına tövsiyyələr verir. Və bu­radakı dialoq qətiyyən dəllək­lə müştəri arasındakı söhbətə bən­zəmir.

- Hə, danış görək pambığın nejədir?

- Yaxşıdır a yoldaş Seyfi, ürəyin sakit olsun.

- Dünən özüm də baxmışam, yaxşıdır.

- Bəs niyə soruşursan? – deyə Qüdrətzadə güldü.

- Bilirsən nə var, Qüdrət? – deyə, soruşdu.

- Xeyir.

- Tələbimin artdığını eşitmisənmi? Qəhrəmanlardan daha bir yox, iki ulduzlu olmağı tələb edirəm. Bu ulduzun yanında (əlindəki ülgüjlə Qüdrətzadənin döşündəki ul­duz nişanını gös­tərdi) bir ulduz da parıldamalıdır.

- Parıldamasa? – deyə Qüdrətzadə yenə güldü.

- Başını köhnə maşınla qırxajam.

- Nə? Bizi kənddə biabır edəjəksən?

- Dedim qurtardı…»

Əlinin yaratdığı dəllək bəzən qarğıdan at minmiş uşaq təsiri ba­ğışlayır. Onda heç bir patoloci qüsur yoxdur, an­jaq buna bax­mayaraq boya-başa çatdığı mühit onu əjaibləşdirmişdir. Əli mövzuya zarafat ovqatı aşılayaraq hekayəni çox asanlıqla sen­zuranın diqqətindən yayındıra bilmişdir. Hekayə qəhrəmanının məsələn, dərzi yox, çək­məçi yox, məhz dəllək, yəni qırxan ol­ma­sı da məna­lıdır. Jəmiyyətdə çox şeyin öz yerində olmaması «dəvənin dəlləklik eləməsi» (burada dəllək dəvəlik edir) ijtimai qu­ru­luşun qeyri-sağlam olmasından nişan verən əlamətdir. Əli­nin hekayəsində eybəjərliklər ikinji planda – gülüş to­ranının ar­xasından görünür. Bu hekayədə ijtimai mə­sə­lələrə Əlinin özü­nəməxsus münasibəti ifadə olunmuşdur.

Əliyə güləş adam deməzdin, lakin qaşqabaqlı da de­yildi, fi­kirli olardı. Ən dərin düşünjəli anlarında belə üzün­dən zərif tül­ar­xası, çətin sezilən ilıq, işıqlı, təskinediji mə­həbbət və mər­hə­mət dolu təbəssüm əskik olmazdı – ba­xışları uzaqlara, sonsuz­luğa zillənmiş olsaydı belə ətra­fındakılardan təbəsümünü əsir­gə­məzdi; gözlərindən, baxışlarından, bütöv sifətindən yumşaq bir işıq yağardı. Hərdən mənə elə gəlirdi ki, tanımadığı bir şəxs, lap əjnə­bi olsun, onun elə ilk görüşdə şair olduğunu həmin an­da­ja kəsdirə bilərdi. Əlinin siması şeir nuruna qərq ol­muş­du, Əli­nin siması özü bir təkrarsız şeir idi. Əli içəridən gə­lən, var­lığını silkələyən qəhqəhə ilə çox nadir hallarda gülərdi, elə bil gü­lüşə qənaət edirdi ki, üzündəki təbəs­süm daimi olsun, bir­dən-birə sovrulmasın. Sabirdə də, məndə də müəyyən yumor ün­sürləri var idi və bəzən Əlini qəhqəhə ilə gülmək məqamına gətirə bilirdik, lakin Əlinin özünün təzə-tər üslübda güldürə bil­mək istedadın­dan xəbərsiz idik. Və günlərin bir günündə Əli­dən çox uzaq­larda əlimə keçən bir qəzetdəmi, ya curnaldamı onun «Şillə» adlı olduqja kiçik həjmli hekayəsinə rast gəldim. Oxudum, güldüm, bəlkə də bir neçə gün bu gü­lüşün təsiri altın­da oldum. Əli elə başdan-ayağa yumşaq təbəsümdən ibarət de­yilmiş. Söhbətlərimiz əsnasında replikalar, atmajalar çox olur­du – yaranmış vəziyyətlə bağlı yüngül sataşmalar da olur­du.

Mən səfərə çıxarkən jibimdə bir neçə iri dilli bıçaq olardı. Kon­serv və ya şüşə ağzı açmaq, meyvə doğra­maq üçün yol bı­çağı. Bir gün bıçağı nə üçünsə çıxaranda Əli dedi:

- Pasportunu yerinə qaytar!

Bunun mənası o idi ki, o dövrdə bizim tərəflərin adam­larını ən savaşan adamlar hesab edir və bu zəmin­də bizlərə atmaja tullayırdılar. Bir az mətləbdən uzaq­laş­malı olsam da Əli ilə əla­qəsi olmayan lakin böyük yazı­çımızla bağlı bir hadisəni söy­lə­məyə ehtiyaj duydum. Gərək ki, əllinji illərin ikinji yarısı idi. Ba­kıda idim. İtti­faq­da mənə dedilər ki, Süleyman Rəhimov səni axtarır. O zaman Süleyman müəllim Yazıçılar İttifaqının sədri idi. Güman etdim ki, Gənjə filialına dair göstərişlər verəjək. Getdim qəbuluna. Həmişəki kimi işgüzar sorğu-sual oldu ədəbi mühitə dair, lakin bu dəfə çox qısa. Süleyman mü­əllim filial söh­bətini bitirib məzəmmətediji tərzdə dedi:

- Niyə o javanlarınızı başa salmırsınız, indi bəyəm adam öl­dürmək, baş kəsmək əyyamıdır yenə?! Gərək elə həmişə sizin şə­hərin adı hallana. Bu saat hamı buradakı təhsillə qane olma­yıb axın edir Moskvaya, Leninqrada. Gənjə javanları da adam öldürməkdə ad çıxarır.

- Axı nə olub, Süleyman müəllim, başqa şəhərlərdə, rayon­larda adam öldürən bəyəm azdı, gödən yırtan nə qədər desə­niz var, elə bizim şəhərin adı bədnam olub.

- Elə iş tutursunuz ki, adınız da bədnam olur. Mos­kvanın gö­bəyindən gələn qızı bu günlərdə sizin javanlar öldürməyib? Bütün Sovetlər İttifaqına səs salıb bu hadisə. Tənha javan qız Gənjə seysmik stansiyasına təjrübəyə gedibmiş, elə qatardan düşüb bir az aralananda namərd­lər qətlə yetiriblər, paltar-pa­lazını da aparıblar, tələbədə nə olajaqdı ki? Neçə gündür gö­zümə yuxu getmir. Axı bizim Şamo da oradadır, həmin stansi­yada elmi iş aparır. Neçə gündür xəbərimiz yoxdur, evdə hamı nigarandır.

- Əvvəla həmin qızı kimin öldürdüyü hələ məlum de­yil. Dö­yüb-döyüb yeddi adamın boynuna qoymuşdular, SSRİ daxili iş­lər naziri gəlib qatili tələb eləyəndə həmin yeddi adamı gətir­di­lər onun hüzuruna, yarım saatlıq sor­ğu-sualdan sonra deyib ki, bunları açıb buraxırsınız və üç gün müddətinə mənə əsl qatili nişan verirsiniz. Bir neçə gün gözləyəndən sonra çıxıb getdi, amma yaman hədə­lədi getdi. İndi hələlik bilmək olmaz kim öl­dü­rüb qızı. O ki, qaldı Şamoya, Gənjədə onun başından bir tük də əskik olmaz.

- Təki sən deyən olsun. Nə vaxt qayıdırsan?

- İşlərimi qurtarmışam, elə bu gün də qayıda bilərəm, ma­dam ki, siz bu qədər nigaransınız bu gün çıxar, sabah da zəng vuraram sizə.

- Bilirsən nə yaxşı olar, evdəkilər də sənə minnətdar olarlar.

Ayağa durdum, vidalaşıb çıxmaq istədim. Burada Süley­man müəllimin xasiyyətindəki çox qəribə və köyrək bir xü­su­siy­yəti müşahidə elədim.

- Sənə arxayınam ha – dedi, sonra əlavə elədi: Şamo ama­natı, bir də təkrar etdi: Şamo amanatı. Kabinetin qa­pısına ça­tan­­da arxadan səsi gəldi: Şamo amanatı!

- Arxayın olun, Süleyman müəllim – dedim tamam arxayın.

Oradan keçdim Kubra xanımın otağına. Vestibülə çı­xan­da bu dəfə Kubra xanım çağırdı, döndüm, gördüm Süleyman mü­əl­lim onun yanına çıxıb.

Dedi:

- Şamo amanatı!



- Lap arxayın olun!

Artıq məndə həyəjan qarışıq bir nigarançılıq yaran­ma­ğa baş­ladı.

Gəldim pilləkənin başına. İttifaqın mərmər pillələri çox uzun­du. Birini enib kiçik meydançada dayandım, sola bu­rulub ikin­ji pilləkənlə enmək istəyəndə yuxarıda elə bil bir hənir duy­dum. Başımı qaldırdım, birinji pilləkənin mey­­dançasında Süley­man müəllimi gördüm, olduqja böyük və əzəmətli heykəl du­ruşu ilə. Dedi:

- Bilirsən də nə deyirəm.

- Bilirəm, lap arxayın olun zəngimi gözləyin.

Bu böyük yazıçıdakı nigarançılığı dərk və izah etmək mənim üçün çox-çox çətin idi.

Mən Gənjəyə çatan kimi soraqlaşıb seysmik stansi­yanın yerini öyrənib birbaşa ora getdim. Şamo iş başında idi. Əh­va­la­tı söylədim, bir az təəjjübləndi, Evə dəvət et­dim, çox-çox razı­lıqdan sonra xahiş etdi ki, olduqja ma­raqlı bir təjrübə qoyub, nə­tijəsi də görünməkdədir. Odur ki, stansiyanı qoyub heç yerə gedə bilməz. Başqa vaxta saxlayaq, əməlli-başlı oturaq, ətraflı söhbət edək, həm də əziyyət üçün üzr istədi.

- Üzrə ehtiyaj yoxdur – dedim – anjaq səndən birjə, yalnız birjə xahişim var, mümkünsə elə bu gün evə zəng et.

- Hökmən – dedi.

Sonra məni ümumi şəkildə stansiyanın quruluşu ilə tanış etdi. Ayrılanda daha bir neçə dəfə (lap Süleyman müəllim sa­ya­ğı) xahiş etdim ki, evlərinə zəng etsin, gül­məyi tutdu, yəqin atası yadına düşdü…

Aradan bir neçə ay, bəlkə də il keçdi. Qatili axtara-axtara çox adam tutub buraxdılar… Nəhayət günlərin bi­rində əsl qatil tapıldı – eməni imiş. Onlar öz murdar əməl­lərini də Azərbayjan tor­paqlarında həyata keçirirdilər. Bu birinji hadisə deyildi. Əl­bət­tə, mən bunu Bakıda Süley­man müəllimin yadına saldım, «müxənnətdilər» dedi.

Bu hadisə haqqında mən Əli ilə daha çox söhbət et­dim, baş­qa nümunələri də söylədim. Bundan sonra «pasportunu giz­lət» deyəndə, «daha bizdən ötübdür» javabını verərdim.



Əlinin yumor vasitələri də şeirlərində işlətdiyi bənzət­mələr kimi təzə-tər idi. Açığını deyim ki, bu yumor mexa­nizmini aça bilmədim; bəlkə bu da Əlinin «aydınlığından» idi, bəlkə bu me­xanizm lap göz önündədir.

Lirik şair eyni qüdrətlə yumoristik-satirik əsərlər yaza bi­lər­di. Bunu «Seçiji eşşəklər»in müəllifi Henrix Hayne də sübut eləmişdi, XX əsrin ən ulu şairlərindən Mirzə Ələkbər Sabir də… Və başqaları da. Məsələ burasın­da­dır ki, lirikanın da, satira və yumorun da hərəkətveriji qüvvəsi eyni idi. Hiss, həyəjan, qüd­rətli hiss, həyəjan – güjlü məhəbbətin və ya nifrətin oyatdığı hiss, həyəjan! Mənbəyin eyni olduğunu dünyanın ən qüdrətli li­ri­kinin və yenə jahanda misli-bərabəri olmayan dəhşətli bir ifa­də­nin «Salam verdim, rüşvət deyüldür deyə almadılar»ın müəl­lifi də sübut etmişdir. Lirikanın da, satiranın da eyni mənbədən qüvvət aldığını, hər ikisinin qısa ifadəsi də sü­but edir; lirik ovqat da uzun çəkə bilməz, satirik-yumoristik gülüş də: hər ikisi qəşş eləyənədək davamlıdır – artıq yox! Və deməli satira – yumor Əli yaradıjılığına yad deyil, bəlkə də onun eyni hüquqlu üzvi hissə­si idi. Lakin Əli bu ehtiyatı hələlik ehtiyyatda saxlayırdı (Əlinin hekayələrində görünməyə başlayan satira-yumor ünsürləri da­ha qüv­vət­­­li şəkildə. «Ürək güzgüsü» pyesindəki İxtiyar obrazın­da sarkazm-təriz formasında üzə çıxmışdır. «Şillə» heka­yə­sin­də ilk oxuda mövzu da, mətləbin həlli də, yazı tərzi də ədəbiy­yatı­mızda tamamilə yenidir və yalnız Əliyə məx­susdur). «Poçtal­yon» şeirini oxuyanda fikirləşirsən Əli, səndən əvvəl Sü­leyman Rüstəm «Ana və poçtal­yo­n»u yazıb, sən nə deyə­jək­sən təzə? (və elə ilk oxuda deyirsən: bu şeirdə mövzudan başqa hər şey təzə-tər­dir). «Şillə»ni oxuyursan, müəyyən müd­dət keçir, ədə­biyyata xeyli xəyali səyahət etdikdən sonra ya­vaş-yavaş xatırlamağa başlayırsan ki, deyəsən haradasa üs­lub­ja belə hekayələr olub (Məsələn, «Çinovnikin ölümü», psi­xoloci nəsrimizin böyük ustadlarından biri Y.V.Çəmən­zə­minlinin «Polis paltosu», «Nitq», «Zeynal bəy» hekayə­ləri kimi). Xəyal­dan ayrılan kimi isə yəqinləşdirirsən ki, yox, Əlinin «Şillə»si bu hekayələrə oxşamır. Bu hekayə­lər­dəki boyalar, gülüş vasitələri, xarakterlər yenidir. Və yal­nız Əliyə məxsusdur. Başlıjası isə onun qəhrəmanı bambaşqa adamdır. Adlarını çəkdiyimiz heka­yələrdəki obrazların hamısı sücet boyu güjlü qorxu – vahimə keçi­rirlər. «Şillə»nin qəhrəmanı isə qorxaq yox, arsız adam­dır. «Müdirimiz mənə yaltaq deyəndə yadıma şillə düşdü. Sağ əli­min barmaqlarının hamısı olmasa da, bir-ikisi açıldı. Nejə yəni mən, yaltaq…» Göründüyü kimi, o «yal­taq­lığı» qətiyyən yaxına qoymaq istəmir. O qədər qürur­lu­dur ki, müdirə şillə vurmaq da keçir xəyalından. Onu təhqir edən müdiri «mehri­ban­lıqla yal­taq­lığı» bir-birindən seçə bilməməkdə günahlandırır və düşü­nüb səbəb də tapır: «…Yaxşı mən niyə yaltağam? Ona gö­rə ki, müdirə də, müavinə də eyni təbəssümlə baxmışam! Onda gə­rək bütün övladlar ata-analarını yaltaqlıq üstün­də təqsirlən­di­rəydilər. Deyərəm üzümdəki təbəssümün dalından, onda ba­xar­lar (əjlaflar)». O birinji növbədə yal­­taq olmadığını özü-özü­nə sübut etmək istəyir, daha doğ­rusu, öz-özünü aldadır. Əslin­də müdirin sözü heç onun izzəti-nəfsinə toxunmayıb. Bozbaşını da üç yüz araqla çox iştahla yeyir, üstdən «iki yüz» çay da içir. Şillə sözü­nün ətrafında ekskursiya da yapır, şillənin sillə ya­zıl­ma­sı­na etiraz da edir: «Çünki şillə deyəndə şappıltı eşidilir, ləz­zət verir, sillədə isə «sss».

Beləliklə, eşitdiyi təhqirdən heç bir əzab hiss etməyən «Şil­lə» qəhrəmanı sonalaya-sonalaya durur. «Şillə beş ədəd bar­maqdan, bir ədəd ovujdan ibarətdir». Müdiri nejə şillələyəjəyi arzusu ilə yuxuya gedir. Onun həqiqə­tən yaltaq olub-olmadığı mü­dir müavininə də, onun gələ­jəkdə müdir ola biləjəyi ehti­ma­lı ilə yaltaqjasına salam verməsi də səhər işə gedərkən əl-üzü­nü yuduğu əsnada tam və şəksiz, şübhəsiz açılır. Şillə vurajağı əlini daha təmiz yuyur (axı zarafat deyil, müdirin yuyulmuş üzü­nə vurulajaq o şillə gül kimi təmiz olmalıymış). Beləliklə onun şilləsi də yaltağa çevrilir hələ bu azmış kimi şilləyə bir az «Kras­nı Moskva» tökür ki, müdir onu «qanajaqsız və natəmiz bilmə­sin və bütün günü üzündən şillənin ətri getməsin». Yaltaqlıq onun üçün sonradan qazanılmış keyfiyyət deyil, yaltaqlıq onun fitrətindədir. Şillə yol boyu oynaya-oynaya gedir, onu həm mü­əl­lif oynadır, həm də hekayə qəhrəmanı.

Evdən çıxarkən qızı konfet sifariş verir – bunun mü­qa­bilində şillənin beşdə birini, yəni bir barmağını üzündə hiss edir. Ma­na­tı alıb «sağ ol deməyən sürüjüyə istəyir şillə vursun və birdən yadına düşür ki, «başqasının əma­nətini (yəni müdirə vurulasını) niyə korlayırsan. Apar ne­jə varsa özünə çatdır». Müdirin kabi­ne­tinə girərkən sifə­tinə jiddi görkəm verir, ajıqlı görünməyə jəhd edir. Müdirsə onu qaş-qabaqlı görüb sözünün təsir gös­tər­diyi­ni güman edir. «Deyəsən bir nətijə çıxarmısan» - deyir. Və finalı olduğu kimi verməsək, hekayə qəhrəmanının xarakteri tam açılmaz.

«…Şilləni jibimdən çıxardım.

Yenə güldü.

- Nətijə çıxarmasaydım, belə jiddi olmazdım – şilləni bu hə­yasızın üzünə tərəf qolayladım. Amma şoğərib aşa­ğıdan get­di. Bir də gördüm ki, müdirlə əl-ələ tutuş­mu­şuq. Fərasətsiz şil­lə­ni qaytarıb yanıma qoydum (Şillə artıq müstəqil obraza çevril­miş­dir – M.A.). Evə apardım. Bir də gördüm ki, çarpayıda uzan­mı­şam. Şilləni də qaytarıb gə­tirmişəm. Yuyub, silib duxulayıb ha­­zırladığım şillə sağ ya­na­ğımdaydı. Şillə əlimi titrədirdi. Çünki sərf olunmalı bir sifət axtarırdı. Durub güzgünün qabağına keç­dim. Üzümə baxıb şilləni var güjümlə sifətimə çəkdim.

- Neyləyirsən, - deyə arvad hövlnak içəri girdi.

Tez bir odekalon açdım.

- Heç, üzümə ətir vururam».

Beləliklə, müstəqilləşmiş şillə yiyəsindən qeyrətli çıxır.

Əlinin diqqəti jəlb eləyən hekayələrindən biri «Kayut­da iki adam» adlanır. XX əsr realist Azərbayjan nəsri nəzərdən keçi­ri­lərkən heç bir hekayədə dərin mənalı oğlan-qız dialoquna tə­sa­düf olunmur. Həyatda onların açıq-saçıq görüşləri, söhbətləri mümkün olmadığı kimi, Bu mətləblər yazıda da öz əksini tapa bilməmişdir. Elə sovet dövründə belə intellektual tutumlu dia­loqlara çox rast gəlinmir. Rəhmətlik Əbülhəsən müəllim Yazıçı­lar İtti­faqının məsləhətçilər otağında yarızarafat, yarıgerçək de­yərdi: «Qadınlardan yazmaq üçün onlarla çoxlu ünsiy­yət­də ol­maq gərəkdir. Ağlınıza başqa şeylər gəlməsin, Bal­zak da, Mo­pas­san da, başqaları da ballarda, müxtəlif zi­ya­fətlərdə, tama­şalarda yüzlərlə qadınlarla həmsöhbət ol­muşlar. Buna görə də on­ların yaratdıqları qadın obraz­ları jazibədar və maraqlı olmuş­lar. Biz qorxumuzdan öz qadınlarımızdan savayı başqaları ilə söh­bət də edə bil­mə­mişik. Təbiidir ki, Əbülhəsən özünün sırf rea­list üslu­bun­dan çıxış edirdi. Əli də ünsiyyət məsələsində öz xə­­ləfindən irəli getməmişdi. Onu tanıyan hər bir kəs Əlinin ev­lənəndən sonra bir qadına, qıza gözünün uju ilə də bax­madı­ğı­na ən müqəddəs kitaba əl qoyub and içə bilər­di. Görünür, heç evlənənə qədər də elə bir jiddi iş olma­yıb. Əli bu məsələlərdə şəffaf idi, büllur kimi. Əbülhəsə­nin tezisindən çıxış edilsəydi, dün­yanın ən məşhur arvad­bazları klassik romançılar olardılar.

Əli lap elə müəyyən məsafədən də gördüklərini, lap əv­vəl­lərdə müşahidə etdiklərini müxtəlif bədii kombi­nasi­yalarda ye­nidən təzə-tər obraz kimi ümumiləşdirib təq­dim edə bilmək im­kanına malik idi. Dənizin dadını bilmək üçün onun bütün su­yu­nu içməyə heç də ehtiyaj yoxdur. Elə ilk əsərlərindən, deyək, «İki sevgi»dən Əlini çox dü­şündürən mətləblərdən biri oğlan-qız, kişi-qadın münasi­bətləri, bu münasibətlərin müxtəlif as­pekt­­ləri olmuşdur. Kurortdan qayıdan iki javan – bir oğlan, bir qız iki nəfərlik kayutdadırlar. Münasibətlər üçün intim şərait ha­zır­dır. Qız «İki sevgi»dəki deyil, məsləhətə, «bu mən, bu o» tək­lifinə qətiyyən ehtiyajı yoxdur. Oğlan isə «kabab üstən sərin su pis olmaz» deyən gənjin «işlənmiş», sürtük variantı­dır. O, qızı izləyib biletini məhz onun kayutuna almışdır. Müəllif qeyd etməyi unutmur ki, qız istirahətdən, digəri «işdən» qayıdır. Oğ­lanın tüfeyli bir ailədən çıxan tipik bir tüfeyli olduğu anlaşılır. O, kayutdakı qızla kurort kefinin son akkordlarını vurmaq niyyətin­də­dir. Qız isə… Qız isə elə ilk baxışdan onun məqsədini anla­mış­dır. Və özünün zəngin mənəvi arsenalı ilə oğlanın bütün is­təklərini puç eləməyə hazırdır. O az qala Əlinin arzu qızı səviy­yə­sin­dədir. Onun oğlanla dialoqunda işlətdiyi ifadələr də dis­so­nansdan qaçmaq xatirinədir. Onların hərəsinin bir ayrı jürə da­nışığı ümumi harmoniyanı pozmasın deyə Əli qı­zın dilinə bəzən qə­ribə, əjaib ifadələr verməkdən çə­kin­məmişdir (Hərjayi sual­ların mərjayi də javabları olar).

Oğlan ilk tanışlıq məqsədi ilə kitab oxuyan qıza deyir:

- Mən sizə baxıb deyə bilərəm ki, hansı institutu bitir­misiniz.

- Yaxşıdır, - deyə kitabla bərk məşğul olduğundan qız oğ­la­na javab vermək əvəzinə oxuduğu roman haqqında rəyini söy­lədi.

- Nə yaxşıdır?

- Bəli.

- Nə, nə?

Qız başını qaldırdı.

- Nə buyurursunuz?

- Məni tanımadığınız üçün üzr istəyirəm.

- Təşəkkür.

- Biz ikimiz bir yerdə oxumuşuq.

- İki yox, çox oxumuş olarıq.

- Bu kayuta onların ikisi sığışa bilər.

Qız eynəyini çıxartdı:

- Kayutdan onların biri çıxmağı bajarar».

Söz qılınjlaşmasında elə ilk başlanğıjdan qız oğlanı üstə­lə­yir, ona başa salır ki, həyat büsbütün onun təsəv­vü­ründəki kimi deyil, qızların da hamısı heç də onun əv­vəllər rast gəldiyi qızlar kimi deyillər, ümumiyyətlə isə «dünya xali deyil». Əli oğlanın düş­düyü vəziyyəti üç jüm­lə ilə çox sərrast ifadə edir. «Oğlan başa düşdü ki, onun gözəlliyini nə qızın gözləri əks edib ge­nəlir, nə də əlləri duyub titrəyir. İndi ona elə gəlir ki, yaraşıqlı de­yil. Ger­çəkliyini qız onun əlindən almışdı. Qız onu tərksilah et­mişdi».

Lakin əyyaşlığı peşə etmişlər həyasız, sırtıq və zəlil olur­lar. Bəzən üzlərinə tüpürsələr də, tüpürjəyi silib, heç bir şey olma­yıb­mış kimi şiniyə-şiniyə «söhbətlərinə» da­vam edirlər. Onda kayutu qoyub getmək qeyrəti hara­day­dı? O bu kayuta məq­səd­li gəlmişdir. Qızın bu kayutda olajağını bilərəkdən buraya bilet al­mışdır, əl çəkənə də oxşamır. O öz-özünü məzəmmət də edir: «Qadın belədir də… Gərək məjbur edəsən ki, birinji o dil­lənsin. Səhvin oldu». Bundan sonra o, kinayəli söhbət üsuluna keçir, mənası olur, ya olmasın, təki çənə tərpənsin. Deyir:

«- Duzlu olmasaydı, bir stəkan dəniz içərdik.

- Balıq olmağınız məsləhətdir.

- Sizin bədəniniz balığa oxşayır.

- Sizinki isə sizə.

- Adam da ajıdil olar?

- Mənjə yox.

- Bilirsinizmi xətrinizi nə qədər istəyirəm.

- Deyəjəyiniz qədər.

Oğlan stolun üstündəki özü kimi tərləmiş pivə şüşə­si­ni götürdü:

- Stəkan ikidir.

- Biz xeyir.

- Ürəyinizə başqa şey gəlməsin.

- Bu dəqiqə ürəyimə dövran edən qandan başqa heç nə gə­lib getmir.

- Bunu içirəm sizin sağlığınıza.

Qız kitabdan başını qaldırmadı.

- İçin qulağımın dinjliyi sağlığına.

- Hansı qulağınızın sağlığına?

- Sizin tərəfdə olanın.

- İçirəm mənim tərəfdə olan qulağınızın sağlığına.

- Qulaqsız olmayasınız».

Təbiidir ki, maraqlı müsahib yolu qısaldır. Qızın bəxti gətir­mə­mişdir. Lakin istəyi baxışlarından oxunan mərifət və mədə­niy­yətdən xali bir javanla yol yoldaşı olmaq onu qüssəyə qərq et­mişdir. «…Qıza elə gəlir ki, kayutu dol­du­ran tüstü yox, sıxın­­dır. Buradakı mebellərə dolmuş kədərdir. Dəniz üfüqdən çırpı­nan həsrətdir. Günəş tək olduğu üçün batır».

Qız sıxıntıya dözə bilməyib göyərtəyə çıxır. Oğlan da onun arxasınja. Gəmi dalğaya düşdüyündən komanda heyəti kapita­nın yanına çağrılır. Sərnişinlərə göstəriş veri­lir ki, göyərtəni tərk etsinlər. Aşkar təhlükə hiss olunur. Kayutda oğlan qızdan yenə əl çəkmir, qız ondan ötəri daha jəzbediji olmuşdur. O, söz jəb­bəxanasının ehtiyat mənbələrinə mürajiət edir, qızın səviy­yəsinə qalxmağa jəhd göstərir. Burada onların müsiqi zövqləri də aşkarla­nır. Oğlanın daxilində işığa doğru heç bir təbəddülat ya­ranmır, sadəjə olaraq o, başqa açar axtarır.

- Dinləyin, həm məni, həm musiqini. Mən başa düşü­rəm ki, siz mənim gördüyüm qızlardan deyilsiniz. Görür­sünüzmü, sə­mi­mi danışıram.

- Səmimiyyət çox azdır. Bəzən adamı səmimi də öl­dür­mək olar.

- Siz məni ağır vəziyyətdə qoymusunuz. Dost dosta ağır gün­də nə edər? Kömək.

- Yaxşı gündə adama kömək etmək isə daha çox həssaslıq tələb edir. Bəzən pis günün kökləri yaxşı gün­də yetişir. Pis gün yaxşı günə təməl olur.

- Nə deyirsiniz deyin, amma heç zaman sizdən əl çəkmə­yəjəm.

- Əl? Görünür, sizin məhəbbətiniz ürəyinizdə yox, əli­niz­də­dir.

- İnan ki, əksinədir. – Dalğa qalxır, oğlan yenə konyak şü­şə­sini götürür: - Stəkan ikidir.

- Görünür, jəsarətiniz içkidədir. Qarşınızda yarım litr jəsa­rət.

Qız janlı, hərtərəfli bir varlıqdır. Onun oğlana münasi­bəti də birtərəfli deyil, sırf insani plandadır. Əgər o, oğlanda bir işıqlı tə­rəf görərsə, sevinər. O, tanımadığı bir adama nif­rət etmir, nifrət etməyə özünü haqlı saymır, nifrət et­səydi, hekayə başlama­mış­dan bitərdi.

Qız istərdi ki, gəmi fəlakətə yaxınlaşarkən qeyri mil­lət­lər ara­sında oğlan mətanət nümayiş etdirsin, dənizçilərlə əl-ələ versin. Lakin oğlanda o təpər yoxdur. Ona görə də qız ondan tam yad adamdan aralanan kimi gəmini tərk edir.

Əli hekayələrində də obrazların daxili aləminə dərin­dən nü­fuz etməyi bajarır. Maraqlı kompozisiyalar qurur. Əhvalatı yığ­jam və jazibədar verməyi bajarır. Əli Kəri­min daha altı he­ka­yəsi vardır.



Yüklə 4,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin