Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 4,57 Mb.
səhifə4/16
tarix24.05.2018
ölçüsü4,57 Mb.
#51319
1   2   3   4   5   6   7   8   9   ...   16

Bu yerdə mən sonralar Əlinin ölümü münasibəti ilə Mirzə İbrahimovun teleqramında «qeyri-adi istedad» ifa­dəsinə rast gə­lərkən keçirdiyim hisslərə oxşayan hisslər keçirdim. Yəni Mər­kəzi Komitənin sənaye üzrə katibi Əli Əmirov birdən uja səs­lə dilləndi:

- Ola bilməz ki, Əli Kərim kimi bir şairin mənzili ol­ma­sın.

- Yoxdur – dedim.

O birilər də asta səslə «yoxdur» dedilər. Əli Əmirov ji­bin­dən bloknot çıxarıb nə isə yazdı, yəqin yaddaş üçün. Bir qədər də deyindi «Nejə olub ki, Əli kimi şairə indiyə­jən ev veril­mə­yib?» Mənə xüsusi ləzzət verən MK-nın sənaye üzrə katibinin Əlini tanıması, onun görkəmli şair olduğunu bilməsi idi. Mənim sözüm hələ qurtarmamışdı. Bu dəfəki təklifim Vəzirovu az qala haldan çıxarası oldu. Dedim:

- Hər hansı bir şəxsi Mərkəzi Komitəyə işə götürəndə əv­vəl­jə dilindən kağız alın ki, «şeir yazmayajaq, şairlik etməyə­jək».

- O niyə, o nə üçün?

- Ona görə ki, bəzi adamlar MK aparatına işə girən­dən beş-altı ay sonra şair olur, özü də tənqidolunmaz şair, təbii ki, vəzifənin hesabına.

- Bəlkə biri işə girənə qədər şair olub, ona yazmağı qa­da­ğan­mı edək?

- Bu başqa məsələdir, mən o şəxsləri nəzərdə tutu­ram ki, bura işə qəbul edilənə qədər bir sətir yazısı da dərj olunmayıb, işə başlayandan altı ay sonra kitabı çıxır.

Daha təklifimə etiraz olmadı. Bu məsələni havayı demir­dim. Orta jüssəli bir qələm əhli MK yox, bir qəzetə və ya cur­nala redaktor və ya bir nəşriyyata direktor təyin olu­nandan bir müddət sonra dönüb olurdu müasir klassik. Onun vəzifəsindən asılı olan, məqalə, kitab, bədii əsər çap etdirmək istəyənlərin müəyyən qismi redak­to­run (ya direktorun) nimdaş yazıları barə­də elə tərifli mə­qa­lələr yazırdılar ki, hamının ağzı açıla qalırdı. İstər-istə­məz adlı-sanlı yazıçılar da yeri gələndə bir-iki tərifli sözlər deyirdilər onların barəsində… neyləsinlər zəmanə elə zə­­manə idi. Elə ki, həmin şəxslər vəzifələri ilə xudahafiz­lə­şir­di­lər, onların «klassiklikləri» sabun köpüyü kimi sovru­lub gedirdi. Anjaq nə edəsən, bundan nətijə çıxaran ya yox idi, ya da çox az idi. O dövrdə klassik olmağın ən asan yolu vəzifə tutmaq idi, ona görə hətta yazıçılar ara­sında vəzifə tutmaq üstə az qala ölüm-dirim mübarizəsi gedirdi.

MK-da söhbət qurtardı, müəyyən həyəjan keçirsəm də özümü xoşbəxt sayırdım. Mənə elə gəlirdi ki, yeni və gözəl bir mənzilin orderi Əlinin jibindədir.

Axşam Yazıçılar İttifaqında bir tədbir vardı, hansı mü­na­si­bətlə olduğu yadımda qalmayıb. Onu bilirəm ki, çalğı-filan da var­dı. Əli ilə görüşmək ümidi ilə getdim. Əlini mən­dən tez-tez xə­bər alan və həmin anda gözləri buz­la­şıb üşşələnən ədib də (Əlinin köhnə yaxını) orada idi. Onun yanındakı boş yerdə əy­ləş­dim. Jəmi yarım dəqi­qə­dən sonra yoxa çıxdı. Ümumi də ol­sa, ünvanlarına sərt sözlər dediyim sənətkarlar mənimlə, heç bir şey olmamış kimi xoş görüşdülər, onların qulbeçələrindən biri isə mə­nimlə yanaşı oturmaqdan qorxdu…

Ertəsi gün Əli mənə hədsiz təşəkkürlər izhar elədi mənzil məsələsinə görə. O yazıq da mənim kimi mənzil alajağına elə bil tam arxayın olmuşdu.

Çox gözlədik, Əliyə mənzil vermədilər. Mən Əli Əmi­rovu sözü bütöv bir şəxs hesab edirdim. Hamının da fikri belə idi ki, maadam o deyib, Əli hökmən mənzil alajaq. Onun Əliyə bir mən­zil verdirməyə hökmən güjü çatardı. Bir dedilər «Əliyə mən­zil ayrılıb», bir də dedilər «Hələ ki, verəsi olmayıblar, nə­yi­sə gözləyirlər» və sairə və ila­xirə… Qərəz vermədilər… Mən söz-söhbətlər üzrə Əliyə ev verilməməsinin səbəbini beynimdə modelləşdirdim.

Bu modeldə iki tərəf iştirak edir: MK – Mərkəzi Ko­mitə – Yİ – Yazıçılar İttifaqı. Aralarındakı dialoq bu jür jərəyan edə bi­lər­di:

MK – Sizi təbrik edirik, gözəl şair Əli Kərim üçün bir mənzil ayırmağı qərarlaşdırmışıq.

Yİ – Çox sağ olun, bizim bütün şairlər gözəldir və on­lara mənzil ayırajağınızı səbrsizliklə gözləyirik.

MK – Əli Kərim Yazıçılar İttifaqında növbədədir, mən­zili si­zin vasitənizlə almalıdır.

Yİ – Nə danışırsınız? Burada bir qalmaqal düşər ki, sonra heç siz də qabağını ala bilməzsiniz.

MK – Nə üçün?

Yİ – Bizdə düz on nəfər adlı-sanlı yazıçı əlavə mənzil növ­bə­sindədir. Biri Səbrixanovdur ki, siz də yaxşı tanı­yır­sınız.

MK – Onun ki, yaxşı evi var?

Yİ – Baldızı boşanıb gəlib onlara, yerləri sıxlaşıb. Əlavə mənzilə əşhəd ehtiyaj var.

MK – Bir az dözsünlər.

Yİ – Mümkün deyil, Səbrixanov bərk xoruldayır, bal­dız döz­mür.

MK – Ayrı kimlər var növbədə?

Yİ – Böyük sənətkarımız Sarı Sarıyev, oğlunu evlən­dirmə­lidir, mənzildən məəttəldir. Özü də İdarə Heyətinin üzvüdür, əmək­dardır. Xankişinin də arvadı gəlinlə yola getmir, təjili mənzil lazımdır, qan düşə bilər. Özü də təf­tişin üzvüdür.

MK – Əli Kərimi də heyətlərin birinə seçəydiniz.

Yİ – (hırıldayır) Siz özünüz yaxşı bilirsiniz ki, bu ümu­mi səs­vermə yolu ilə olur, biz seçmirik, qurultay seçir… Burada növbədə dayananların adlı-sanlılarını demirəm, Əli Kərimlə ya­şıd olanların hərəsinin 6-7 kitabı çap olu­nub, onunsa jəmi 2-3 ki­tabı çıxıb.

MK – Məsələ saydadır bəyəm?

Yİ – Özünüz yaxşı bilirsiniz ki, kəmiyyətin keyfiyyətə keç­məsi qanunu var.

MK – İndi biz nejə edək ki, Əli Kərim mənzil ala bil­sin?

Yİ – Əgər İttifaqa on iki mənzil ayırsanız, sizin xətri­niz üçün birini Əliyə verə bilərik.

MK – Axı buna imkan yoxdur.

Yİ – Mən imkanlarınıza görə dedim, əgər o mənzili Əliyə verə bilməsəniz, batmağa qoymayın, ayırın bizə, verək Xan­ki­şiyə, evinə qan düşməsin, yoxsa Azərbayjan ədəbiyyatına bö­yük bədbəxtlik üz verər, fəlakət qopar!

Beləliklə, Azərbayjan KP MK-nın sənaye üzrə katibi öz xe­yirxah arzusunu yerinə yetirə bilmədi.

Əlini heç bir mükafata təqdim etməmişdilər, bu öz yerində, ondan çox sonra ədəbiyyata gələnlər müxtəlif orqanlara se­çil­dikləri halda Əlini bir dəfə də olsun nə ida­rə heyətinə, nə də təf­tiş komissiyasına üzv seçmədilər. 1958-ji ildə məni ilk dəfə ida­rə heyətinə seçəndə qərib­sədim, nə Əli yox idi yanımda, nə də Sabir. Məni təbii ki, yaradıjılıq nailiyyətlərimə görə yox, əya­lətdə yaşadığıma görə seçmişdilər. O dövrdə bu da meyar he­sab olunurdu. Plenumun ilk təşkilat ijlasında iştirak edəndə dü­şündüm ki, Əli yaxşı ki, burada yoxdur (Bunu Sabir haqqında fi­kir­ləşmədim). Bu ijlas Əlinin çiçəklərinin yeri deyildi. Onlar bir an­daja solar və ləçəklərini tökərdi. Bir neçə dəqiqə­dən sonra buradan jəngəllik səsləri eşidiləjəkdi. Mehdi Hüseyn rəyasət heyətinin siyahısını oxudu və təsdiq üçün səsə qoydu. Əli Və­li­yev elə bir pəhləvan nərəsi çəkdi ki, pənjərə şüşələri jingildədi (İjlas Akademiyanın baş binasının ijlas salonunda keçirilirdi). Əli Vəliyev ona görə hayqırdı ki, adı siyahıda yox idi. Rəyasət heyəti bir növ MK-nın bürosu kimi bir şey idi. Mən əvvəllər elə gü­man edirdim ki, yazıçılar nüfuz baxımından onun üzvü olmaq istəyirlər. Lakin tək nüfuz məsələsi deyilmiş. Əli Vəliyevin sə­si­nə başqa gurultulu hayqırtı səs verdi, şair Məmməd Rahimin səsi. İlahi, onlar Mehdi Hüseynə və MK nümayəndəsinə bir hü­jum çəkirdilər, səslərindən adamın əti çimçəşirdi. Təxminən on beş-iyirmi dəqiqəlik fasiləsiz hüjumdan sonra Mehdi Hüseyn də, MK nüma­yəndəsi də geri çəkilməli oldular. Əvvəlki siya­hı­dan Mir Jəlal müəllimin, bir də adını unutduğum bir yazıçının ad­­la­rını çıxartdılar. Mən Mir Jəlal müəllimi çox istəyirdim, heç arzu etməzdim ki, adı onlarla bir siyahıda olsun. Onun adının siyahıdan çıxarılmasına səs verən Süley­man Rüstəm dedi ki, «Mir Jəlal abırlı adamdır, bir söz deməz siyahıdan çıxarıl­ma­ğı­na» (Mir Jəlal müəllim özü orada yox idi). Səməd Vurğun ona de­yərmiş: «Tı slişkom poryadoçnıy çelovek».

Belə bir davaya təxminən on, ya on beş il sonra (ilin, ayın nə fərqi varmış) bir də təsadüf etdim. Bu dəfə adı siyahıya düş­məyən Bəxtiyar Vahabzadə Mirzə İbrahimo­va hüjum edirdi. Heç bunu istəməzdim, o dövrdə hər iki­sinə münasibətim eyni idi, ikisini də bir yolun yolçusu he­sab edirdim. Bəxtiyarı qızış­dı­ran­ların üzlərində iblis sevin­ji vardı, onlar özləri jəsarət edib Mir­zəyə hüjum çəkə bilməzdilər. Mirzənin rəngi dümağ idi… Əli­nin əsəblərinin kövrək telləri belə hallara çətin tab gətirər­di… Ürəyimdə deyirdim: «Allah kəssin belə çörəyi…» Bəli, Rə­ya­sət heyətinə üzv olmaq tək rəyasət, tək şöhrət, tək hörmət xatirinə deyildi. Buranın üzvləri özlərinə və istəklilərinə fəxri ad­ları müqavimətsiz ala bilirdilər. Onların jildləri də nəşriyyat planlarına asan salınırdı, əsasən, öz əllərində idi. Nüma­yəndə­lik­lər daxilində xarijə getmək də onlar üçün problem deyildi. Allah bilir daha hansı imtiyazları vardı onların. Süleyman Rüs­təm, Mirzə İbrahimov və on­la­rın nəslindən sonra ədəbiyyata gə­lənlərin birinji dəstə­si Ənvər Əlibəyli, Ələkbər Ziyatay, Əh­məd Jəmil və baş­qaları nisbətən fağır adamlar idilər. Bunların içərisində təkjə Tələt Əyyubov istisnadır, onun əli böyüklər ətə­­yin­də idi. Onların dalınja gələn nəsil isə öz haqqını tələb et­məyə başlamışdı. Uzun müddət müqavimətə rast gəlmə­yən əv­vəlki nəsil üçün bu bir az gözlənilməz idi. İttifaq­da hamı ierar­xiyanın olduğunu bilirdi. İerarxiya üzvlərinə bəzən bezoçered ya­zıçılar da deyirdilər, yəni onların əsər­ləri curnal və qəzetdə növ­­bəsiz çap olunmalı idi. 30-ju illərin dərsliklərində bir sıra ya­zıçıların adları «Qolço­maq ədəbiyyatı» başlığı altında gedirdi. Onlardan ikisinin adları yadımda qalıb: Mikayıl Rəfili və Sanılı. Sonralar dərs­liklərdən bu başlıqları götürdülər. Anjaq Yazıçılar İtti­faqında «qolçomaq yazıçılar» ifadəsi gəzməkdə idi. Bu ifa­də­nin altında ierarxiya üzvləri nəzərdə tutulurdu. Qol­ço­maq yazı­çılarla yanaşı «qosu yazıçılar» da peyda ol­maqda idi.

Belə bir mühitdə Əli nejə mənzil ala bilərdi?!

1937-1938-ji illərdə repressiyaya məruz qalmış yazı­çıların həbsxanalara düşməsində səbəbkar olanların aşkar edilməsinə mütəmadi maneçilik törədilirdi. Elita bunda qəti maraqlı deyildi və maraqlı da ola bilməzdi. Deyirdilər ki, tutulanların mənzilləri elə həmin gün və ya həmin ge­jə əsasən javan olan yeni zi­ya­lı­lara verilirdi. Bu bəzən o qədər sürətlə həyata keçirilirdi ki, təzə köçənlər bəzən kül qablarında hələ sönməmiş papiros kötük­lə­ri­nə rast gəlirdilər. Müəyyən qismləri isə mürəbbə dolu ban­ka­lar görürdülər. Beləliklə, bu təzə elitanın nümayəndələri görül­müş günah və jinayətlərə şərik edilirdilər. Günahlar aşkarlan­ma­dığına, etiraf olunmadığına görə köhnə nəslin hamısına şüb­hə gözləri ilə baxılırdı. Mənim nəslimə bu sənətkarların siması orta məktəb dərsliklərindən tanış idi. Açığını deyim ki, ədəbiy­ya­ta olan sonsuz marağımın he­sa­bına mən o nəslin nümayən­də­lərinin əksərini ürəkdən çox istəyirdim. Əgər onların da əksə­ri öz yoldaşlarına xə­ya­nətdə ittihamlandırılsaydı, 37-ji il repres­siyasına bən­zər bir vəziyyət yarana bilərdi. Bu qayda ilə əl­bət­tə, jə­miy­yəti heç də sahmana salmaq mümkün olmazdı. Ayrı-ayrılıqda götürüldükdə onların çoxu yaxşı adamlar idilər, iste­dad­lı, savadlı, qabiliyyətli, iş bajaran. Lakin jəmiyyət oyunlar üzərində qurulmuşdu, onlar bu oyunlara qoşul­ma­yanda sudan çıxarılmış balıq vəziyyətinə düşür, oyun­dan kənarda qalır, qo­şu­landa isə həmin oyunlara xas olan bütün çirkinliklərə bələnir­di­lər istər-istəməz. Siyasi oyunlar bir sıra ziyalıları özlərinin göz­lə­mədikləri, ağılları kəsməyən dalanlara aparıb çıxarırdı. 30-ju illərin qəzet və curnallarını vərəqləyərkən adam heyrət və vəh­şət­dən donub qalır. Bəzi qələm sahiblərinin öz yoldaşları ba­rə­də yazdıqları danos-məqalələr kifayət edərdi ki, haqqında yazı­lan şair (və ya nasir və yaxud filosof alim) barədə ölüm hökmü verilsin. Görünür, erməni müstəntiqlər Müş­fiq­lərə fiziki jəza ver­mək həzzindən tezliklə məhrum ol­maq istəmir, istintaqı uza­dır və əlavə danos yığırdılar…

Burası da təbii görünür ki, Azərbayjan ədəbiyyatında şəx­siyyətə pərəstiş əleyhinə bir dənə də olsun gözəgəlim əsər mey­dana çıxmadı, yazılanların da nəşrinə və ya səh­nə üzü gör­məsinə jiddi müqavimət göstərildi. Mənim atam 38-ji ildə həbs olunmuşdu. Əvvəllər üzə duranlara qarşı məndə hədsiz qəzəb vardı, sonra bu get-gedə so­yu­mağa başladı. Bunun bir səbəbi də o idi ki, təkjə həbs­lər kütləvi deyildi, üzə durmalar da kütləvi olmuşdu, kütləvi proseslərə isə bir qədər ehtiyatla yanaşmaq la­zım gəlirdi. Mənim ağsaqqal yazıçılar barədə çox pis məna verən epitetlər işlətməyə dilim gəlmirdi. Odur ki, yadıma düşən­də onlar haqqında bu məşhur bayatını zümzümə edir­dim:

Əzizinəm qanlı gül,

Qanlı seviş, qanlı gül,

Yemiş bülbül bağrını

Çıxmış ağzı qanlı gül!

Hələ mənəvi jəhətdən durulmamış, tövbə eləməmiş bir mühitdə Əli Kərim kimi pak, saf və müqəddəs bir sə­nətkar gül eləyə bilməzdi.

Bir ara Əlinin qaynatası mənə dedi ki, son vaxtlar Əli evə gej gəlir, oturub durduğu adamlar da heç xoşə gə­lən adamlar deyil. Bakıda olduğum bu müddət ərzində mən Əli ilə müxtəlif formalar tapıb yarı jiddi, yarı zarafat söhbətlər etdim. Əli özünü o yerdə qoymaq istəmirdi. Qay­natası həm də mənə demişdi ki, Əlinin elə bir xəs­tə­liyi var ki, ona qətiyyən içmək olmaz. Mən xəstəliyin nə olduğunu bilmirdim. Anjaq onu bilirdim ki, sağlam ada­ma da içkinin zərəri var. Mən Əliyə birbaşa söz deyə bil­məzdim, «balbanda anlatmağa» jəhd edirdim. Onu bir-iki dəfə ədəbiyyatdan uzaq, tanımadığım adamlarla da gördüm. Nara­zı­lıq izhar etdim. Sözlərimin təsirsizliyini hiss etdikdə ondan «küsməyi» qərarlaşdırdım. Münasi­bət­lərimiz o dərəjədə sə­mi­mi, doğma idi ki, bu üsulun ona hökmən təsir edəjəyinə güma­nım çoxdu. Salam-kalamımız yerində idi, intəhası əməlli-başlı əh­vallaşmır, dərdləşmirdik. Bir yerdə oturub söhbətləşmirdik. Hə­mişə tanışlar Əlini məndən xəbər alırdı, indi isə mən xəlvət-xəl­vət, bəzən də utana-utana onlardan soruşurdum. «Hələ görə bilməmişəm» deyirdim. İnanan da olurdu, inanma­yan da. Son vaxtlarda dərj etdirdiyi şeirlərdə mənə elə gəlirdi ki, nəsr ün­­sürləri görünməyə başlamışdı. Bu da məni çox narahat edir­di, ədəbiyyatçı kimi yox, Əlinin daimi oxujusu kimi. O, poezi­ya­da son illərdə baş verən yenilikləri mütəmadi izləyirdi, ən yeni­lik­çi şairimiz idi Əli. Lakin onun poeziyasında məni jəlb eləyən tək­jə yeni və təravətli məjazları deyil, həm də ondan heç də əksik olmayan şeirlərindəki ritm idi. Gümanımja ritm yoxdursa, şeir də yoxdur. Əli şeirlərinin ritmi də təzə olurdu. Ritmsiz şeir nəsr­di, vəssalam. Mən belə düşünürdüm. Əli ilə dü­bə-düb da­ya­nıb söhbət eləmək mənim «eksperimentimi» poza bilərdi. İt­ti­faqın bilyard qoyulmuş xolunda qabaq-qabağa gəldik. Salam­laşdıq, söh­bət qaçınılmaz oldu. Nədən başlamalı? Hazır deyil­dim. Ba­laja vaxtı küçə­miz­də köhnə adlı uşaqları jırnadardıq. Jəfər Jab­barlının təzə adları hər tərəfi bürüməkdə idi. Ən çox jır­na­dılan iki qardaş vardı qonşumuzda. Əli, Vəli. Jırnatmağı­mız da belə idi: «Əli, Vəli, Pirvəli…» Vəssalam. Məndə köhnə­lik sim­vo­lu kimi formalaşmış Əli adı Əli Kərimlə dostluğa baş­la­yandan elə bil tamam təzələnmişdi. Elə bil min il san­dıqda qalıb parıltı­sını, işığını, kəsərini hifz etmiş Əli qı­lınjı yenidən günəşə çıx­mış­dı. Dedim:

- Şeir şeirdir, nəsr də nəsr! Sənin öz yolun var Əli! O yolun adı Əli yoludur!

- Başa düşmədim – dedi.

- Başa salaram – dedim. Və bu parçanı qəsdən uzada-uzada bir az da avazla dedim:

O dağın alnındakı

məkrin


və məhəbbətin

qalasıdır,

qalası.

Ordan özünü hər gün



Əfsanə dumanında

Atır eşqin balası.

Mən oxuduqja elə bil Əli xoşhallanırdı. Gözlərinin də­rin­liyində bir təəssüf sezildi.

- Hər saat belə şeir yazılmır – dedi.

- Onda yazılmasın!

- Amansızsan! – dedi.

Sonralar Əlinin nəsrvari zənn etdiyim şeirlərini yeni­dən oxu­yanda başa düşdüm. Ümumiyyətlə, əsl şairin şeir dünya­sı­na müdaxilə etmək qətiyyən gərək deyil. Əlinin bütün şeirləri­nin ritmi var, anjaq ürək heç də həmişə ey­ni ahənglə döyün­mür. Mən hiss edirdim ki, Əli ilə söhbə­timiz uzansa «eksperi­men­tim» pozula bilər, ona görə tez aralandım (Sonralar həmin «eks­perimentə» lənətlər yağ­dırajağımı bilirdim).

Elə bil Əlinin fəaliyyəti, hərəkətləri bir müddət mənim nə­zərlərimdən kənarda qaldı. Nə üzərində işlədiyindən xə­bərim yoxdu.

Bakıya növbəti gəlişimdə İttifaqa getmək, heç ol­ma­sa, do­layı yolla Əli barədə bir şey öyrənmək istəyirdim. İttifaqda ilk qar­şıma çıxan asılqanda dayanan qırmızısaçlı qadın oldu. Məni görən kimi dedi:

- Bilirsinizmi, Əli Kərim daha burada işləmir – kövrək və injik səslə əlavə elədi – onu azad elədilər – barmağı ilə tavana işarə elədi – orada, yuxarıdakılar.

Yuxarıdakıların bu qadın qədər də qeyrətləri yox imiş. İt­ti­fa­qın sıraviləri onun şeirlərini oxumasalar da, fəhmləri ilə onun insanlığını, ləyaqətini qiymətləndirə bilir­dilər.

Yuxarı çıxası olmadım. Bir müddət küçədə dayan­dım, işə gə­lənlərdən öyrəndim ki, kiminsə bir şeiri itibsə və ya hansı bəhanə iləsə Əlini işdən azad eləyiblər (və ya təklif ediblər ki, ərizəsini versin. Nə fərqi var ki?!). Bir şeyi yaxşı bilirdim ki, Əli ömründə yaxşı şeiri itirməz. İtən nə isə başqa şey imiş. Adam­da belə təsəvvür oyanırdı ki, buradakılar ən istedadlı sənətkar­ların düşmənləridir. Əgər onlar həqiqətən istedadlı sənətkar­la­rın qədrini bilən idilərsə, lap elə bir «Əli Kərim ştatı» da aça bi­lər­dilər. İt­ti­faqda və onun həndəvərində o qədər müftəxor sax­la­yır­dılar ki!.. Məsələ burasında idi ki, Əlinin qan qrupu ilə ora­dakıların çoxunun qan qrupları güz gəlmirdi. Əli xə­bər­çilik bajarmırdı, dəstəyə qoşulmurdu, müstəqil və da­xi­lən azad bir şəxsiyyət idi. Onun iç dünyasında zərrə qə­dər ləkə, pas yox idi, bilirdi ki, iç dünyası ləkələnərsə o, bir daha şeir (Əli Kərim şei­ri) yaza bilməz. Güman edir­dim ki, Əli heç bir müqavimət gös­tər­mədən ərizəsini çır­pıb onların üzlərinə və gedib əyləşib zir­zəmisində. Əsas qorxduğum o idi ki, Əli özünü ədəbi ijtimaiy­yət­dən ta­mam təjrid eləyə bilər. Əli hədsiz dərəjədə kövrək in­sandı, Əli qayğıya möhtaj idi. Bu da onların qayğısı! Bir aya ya­xın olardı Əlinin işdən azad edildiyi. Üz tutdum ev­lə­rinə. Üç-dörd ay olardı ki, yəni o «eksperiment» başla­yandan bəri get­mir­dim onlara. Hələ o eksperimentin əv­və­lində mənə elə gəlirdi ki, Əlinin xətrinə də dəymişdim. Onun da peşmançılığını çəkir­dim. Ona demişdim ki, sən­də görünür, nə isə daxili bir xəstəlik var, onu müalijə etdirməyinjə qətiyyən içmək olmaz.

Əli dedi:

- Mən özüm də bu qərara gəlmişəm, nəyin bahasına olur­sa-olsun atmaq istəyirəm, amma görünür xəstəxana­ya getmək lazım gələjək.

- Lap xəstəxanaya da getmək lazımdır, bu həyat mə­sələ­sidir.

- Utanıram – dedi Əli.

- Nədir, içməyə utanmırsan, tərgitməyə utanırsan?

- Amansızsan – dedi.

Dedim və həmin andaja peşman oldum. Neçə illik ya­xınlı­ğımız ərzində mən Əlini professional içən kimi tə­səv­vürümə gə­tirməmişdim. Mən burada içənlərə aid qə­bul edilmiş sözdən qəti imtina edir, bunun əvəzində pro­fessional sözünü işlətməyi üstün və ya münasib hesab edirəm. Anjaq mən Əliyə heç pro­fes­sional sözünü də aid etmirəm. Mən professional adlandır­dıq­­larımı çox mü­şa­hidə eləmişdim, Bakıda da, Gənjədə də, lap qohum-qardaşların arasında da. Professional içənlər iyirminji əsrin ikinji yarısında Azərbayjanda tutiyə deyildi. Profes­sional içənlərin ən xarakterik jizgilərini uzun müddətli mü­­şahidələr əsasında müəyyənləşdirə bilmişdim. Bu pro­­­fessionalların bö­yük əksəriyyəti içkiyə olan hədsiz eh­tiras nətijəsində həyasız­laşırlar. Və içki əldə etmək üçün hər jür alçaldıjı hərəkətləri öz­lərinə rəva görürlər. Pro­fessional içkiçilər iş qabiliyyətlərini, işə həvəsi itirirlər, ailəyə, evə, məişətə hədsiz laqeyd olurlar. Öv­lad­ları on­la­rın gözlərinə sanki alatoran, bulanıq bir şüşənin ar­xa­­sından görünür. Açığını deyim ki, mən qələm yoldaşlarım ara­sında Əli kimi utanjaq, ismətli, pak, yüksək əxlaqi key­fiy­yət­lərə malik ikinji bir sənətkar təsəvvürümə gətirə bil­mirdim. On beş illik yaxınlığımız dövründə Əli jəmi iki­jə dəfə içki anışdır­mışdı (Bir dəfə Ə.Vahidin dəfnindən son­ra).

Əli mənim nəzərimdə həddən artıq toxgöz bir şəx­siy­yət idi. Əli evinə, ailəsinə hədsiz dərəjədə bağlı bir adam­dı. İmkanları daxilində böyük sənətə xəyanət etmə­dən ədəbiyyatın bütün canrlarında əmək çəkir, roman, povest, pyes və hekayələr də ya­zırdı. Həyat yoldaşına güjlü məhəbbətlə yanaşır, böyük hör­mət və ehtiram bəs­ləyirdi. O bunu bir silsilə şeirlərində də par­laq şəkildə ifa­də etmişdir. Əlinin oğullarına olan məhəbbəti, istəyi isə bir nağıl, bir dastan idi. Qələmdaşlarımın arasında öz öv­ladlarına Əli qədər həssas, qayğılı bir nəfər də görmə­mi­şəm. Onun öz övladlarına münasibəti köhnə müsəlman təsəvvür­lə­rin­dən çox yüksəkdə dayanırdı. Uşaqlarının əlindən tutub gəz­məyə aparmaq bəlkə də onun həyatda ən çox zövq aldığı bir həzz mənbəyi idi. Uşaqların saysız-hesabsız suallarına javab vermək də onun ən xoş mə­qam­ları idi. Bizim üçün bəzən bez­diriji olan bu suallar Əli üçün bədii ifadələr, yeni kəşflər idi bəl­kə. Mən qələm yoldaşlarım arasında övladlarına Əli qədər məx­susi şeir­lər həsr edən ikinji birini də tanımıram. Şeirləri xatırla­yı­ram. «Xətlər variasiyaları» (oğlum Paşaya), «Paşanın ilk uçu­şu», «Gəl, Azərim», «Nəğmələrin yuvası». Başqa şeir­lərdə də Pa­şa­nın, Azərin, Orxanın adları çəkilir. Əlinin, mənə belə gəlir ki, uşaq əsərləri yazmaq heç vaxt planın­da olmayıb. Anjaq Əli görəndə ki, uşaqlara oxumaq üçün əsl bədii əsər qıtdır, əyləşib onlara iki gözəl poema yaradıb və əsərlər Azərbayjan uşaq ədə­biy­yatının fəal fonduna daxil olub.

Əli sapsağlam, möhkəm bədənli, «top kimi» bir ja­van­dı, onda qətiyyən xəstəlik əlaməti də sezilmirdi. Pro­fessionalların üzlərinin qaraqarışıq, bulanıq rənglərindən fərqli olaraq Əlinin sifəti dumduru idi, bir qədər də çəh­ra­yıya çalırdı. Mən qətiyyən Əlini professionallara tay tuta bilməzdim. İndi mən işdən çı­xa­rılmış Əligilə üz tutmuş­dum, nə deyəjəkdim ona, nejə təskinlik verəjəkdim?

Həyətdən koridora, oradan da Əlinin yaşadığı mən­zilə keç­dim. Pənjərəsi həyətə baxan birinji otaqda olur­du. Əvvəljə açıq qapıdan boylandım. Kitab şkafının ya­nın­da qoyulmuş yazı ma­sasının arxasında oturmuşdu, anjaq heç nə yazmırdı, göz­lərini açıq qapıya zilləmişdi. İlahi, nə yaman arıqlamışdı Əli, rən­gi də tamam dəyiş­miş­di, sarılıq gətirmişdi elə bil. Məni gör­dü, elə bil tanı­ma­dı əvvəljə, sonra rəngi dəyişib sanki işıqlan­ma­ğa baş­ladı. Görünür, sevinirdi. İçəri keçdim. O da dürüb mənə tərəf gəldi, qujaqldaşdıq. Mən qəhərlənmişdim. Özümü zorla saxladım. Nə olmuşdu Əliyə? Məlum oldu ki, heç peşman deyil işdən çıxmağına. «Yaxşı işləyirəm, vaxtım çoxdur» dedi. Heç kəsdən gileylənmədi. Birdən üzündə zəif bir təbəssüm zü­hur elədi. «Daha tərgitməkdən utan­mıram» dedi. Tutuldum, üzrxahlıq eləmək istədim. Başa düşdü: «Həqiqi deyirəm, yaxşı olardı Gənjədə müalijə olunam».

Sevindim. Bunu yaxşı əlamət kimi qəbul etdim. Hər şey sənin istədiyindən əla olajaq – dedim. Bir neçə gün dalbadal, yəni Gənjəyə qayıdanadək hər gün eyni vaxt­da Əligilə gəldim. Həmin günlərdən nələr qalmışdı xati­rim­də?

Kitab şkafının şüşələrinin arasından Kafkanın arıq və xəstə sifəti görünürdü. Bu məni əsəbiləşdirirdi. Əli xəstə idi və mənə elə gəlirdi ki, o tənha olanda xəstəsifət Kafka ilə söhbət edir, arxa planda, yəni kitabların dalında isə Heminqueyin iri əksi vardı. Mənə elə gəlirdi ki, onun üzün­də dənizdən təzəjə sıçra­mış damjılar var və otağa da duzlu dəniz havası gəlir… Əvvəl­lər Remark və He­min­queydən söhbət edəndə Əli üstünlüyü həmişə He­min­queyə verirdi. Və indi Heminqueyin arxa plan­da ol­ması məni hətta həyəjanlandırır, elə bil nə isə xoşa gəl­mə­yən hadisədən nişan verirdi. Ona görə yox ki, burada bir üs­tünlük məsələsi ola bilərdi, ona görə ki, xəstə Əlinin xəstə Kaf­ka ilə ünsiyyətdə olmasını istəmirdim, elə bil Əli Kafkanın şəkli vasitəsi ilə özünün xəstəliyini ön plana çəkmişdi, buradan da xəstəlik qarşısında təslimçilik kimi qorxunj halın təzahürləri göz önündə idi. Əliyə hansı təs­kinediji sözlər dediyim yadımda de­yil. Bir ara Əli dəhlizə çıxan kimi şəkillərin yerlərini dəyişdim, Heminquey keçdi önə, və elə bil otağın havası və bütünlükdə ovqatı dəyişdi, içəridən təmiz və sərin dəniz yeli əsdi, qüdrətli Hemin­queyin yaşamağa çağıran baxışları altında ümid dolu an­lar keçirdim. Əli qayıdıb Heminqueyin şəklini öndə gö­rən­də kədərlə üzümə baxdı və birdən də gülümsədi, se­vin­dirdi məni. Ertəsi gün gələndə Kafkanın xəstə şəkli yenə önə keçmişdi. Mən də inadkardım, yenə şəkillərin yerini dəyişdim. Əlinin üzündə eyni kədər və eyni təbəs­süm… Bu bir neçə dəfə təkrar olundu.

Əlinin sifəti hələ də ürəkaçan deyildi və uzun müddət ayrı düşdüyümüz üçün söhbətə də ehtiyaj böyük idi, iş yerimə zəng edib ijazəmin müddətini uzatdım, hər gün Əli ilə gö­rüş­mək imkanı əldə etdim. Faktiki olaraq hər gün təxminən eyni vaxtda, eyni yerdə kitab şkafının ya­nın­da yazı masasının arxa­sında oturub çay içir, söhbət edirdik, həmin görüşlərdəki söh­bət­lərdən elə bil yadımda daha çox şey qalıb, elə bil Əlinin daha çox məziyyətlərini müşahidə edə bilmişəm. Hər gün saat iki­nin yarısında Əli radionun düyməsini basırdı. O vaxtlar həmin saat­da rəng­lərdən, təsniflərdən, el havalarından, yaxud xalq ha­vaları ruhunda yazılmış bəstəkar mahnılarından ibarət kon­sert olurdu (Bunu gah istirahət konserti, gah günorta konserti, ya da kənd əməkçiləri üçün konsert adlandırırdılar). Nə isə, mə­nim də xoşladığım bu konserti əvvəldən axıra kimi Əli udum-udum içirdi. Əvvəllər mən Əlidə xalq musiqi­si­nə bu jür mə­həb­bət müşahidə eləməmişdim. Əlinin mu­siqi zövqü universal idi. «İlk simfoniya» müəllifinin musiqi duyumu hərtərəfli zəngin idi. Görünür o, Moskvadakı təh­sil illərində musiqi mədəniyyətinin yüksəlişi qayğısına da qalıb. Bir də Əlinin istedadı ilə bağlı çox qüdrətli fəhmi də vardı, təhsilsiz də o, Qərbi Avropa musiqisini dinləyə və qavraya, ondan hədsiz həzz ala bilirdi. Xalq musiqisi isə onun ruhuna ana südü ilə daxil olmuşdu. Əlinin fitri mu­siqi duyumu onu çox çətin mövzulara jəsarətlə giriş­mə­yə sövq edirdi. Belə olmasaydı, o, dahi müasiri Habilin janlı portretini gə­ləjək nəsillərə yadigar qoyub gedə bil­məzdi. Onun yaratdığı Habili nə mahir rəssam, nə də kinoapparat yarada bilərdi. Onlar Habilin ürəyinin bar­maq­larında çırpındığını, nəbzinin sim­lə­rə töküldüyünü göstərə bilməzdilər. Əli Habil çalğısının o qə­dər dərinlik­lə­rinə dalır ki, sanki özü də bu dünyadan ayrılır, ha­rasa əfsunlu bir aləmə gedir, onu olduqja jazibədar, gözlə­nil­məz bənzətmələr tapmağa Habilin sehrli çalğısı kömək edir. Əli Habilin möjüzəli kamanını onun bədəninin bir üzvü, ürəyi və ya başqa əzası hesab edir. Burada Əlinin müşahidələri çox də­qiq­dir.

Elə bil köksündən çəkib çıxarır

Titrək kəmanəni bir xənjər kimi,

Ondakı ağrını,

qanı,

kəlamı


Töküb,

titrədirdi bir gümüş simi.

Sözlü ürəyinə əyib başını,

hər bir adiliyə yumub gözünü

Çalır,

yırğalanır səs dəryasında.



O çalmır elə bil…

Unutmuş bizi,

Dərin bir yuxuya yuvarlanıbdır.

Hansı əsrdəsə ilişib qalıb,

Neçə əsrdir ki, xumarlanıbdır.

Əlidə sənətə, sənətkarın qüdrətinə inam o qədər güj­lüdür ki, qətiyyən ehtiyat etmədən Habildə ilahi bir qüvvə olduğuna etiqad edir. Sağ adamlar haqqında belə qüvvətli bənzətmələr işlətmək bizdə o qədər normal sa­yıl­mayan bir dövrdə təşbeh qəribə səslənirdi:

Əli kəmanədir,

kəmanə – əli.

Çalır kamançanı

kəmanə özü.

Gözümdə ilk məna dəyişir,

dönür.


Dünya düşəjəkmi sahmana özü?

Bu bizə ilahi qüvvəyə malik olan məşhur bir Əli mis­ra­sını da baş deyimdə yada salır. Bir də göz önünə ilanı belə istədiyi is­tiqamətə yönəldə bilən, ilanı belə oynada bilən ovsunçu tü­tə­yinin sədaları gəlir. Əlinin musiqi du­yu­mu fövqəladə idi. Bir də hər bir əsl şair heç olmasa, ya­rım bəstəkardır. Amma Əli haq­qında «yarım» sözünü iş­lətməyi qəbahət hesab edirəm. Yeni ahəngli şeirlər yaz­mağa da bəstəkar qüdrəti lazım idi. İçindəki joşqun mu­siqi Əlinin diqqətini böyük müğənni Bülbülün ölü­münə, daha doğrusu, ölümsüzlüyünə çəkir, özünü dəfn etmək iqtidarında olan sənət divinə ölüm yaraşdırmaq olmur. «Bül­bü­lün xatirəsinə» həjmjə kiçik şeirdir. Lakin müasir həyatın yeni­likləri «kiçik»də böyük və yeni fikir deməyə imkan verir, «ölüm» və «həyat»ı yenidən mənalandır­ma­ğa kömək edir.

Nə səni dindirdi ölüm,

nə bizi,

Söndürdü nəğməylə

yaşayan nəbzi.

İnsan dəryasında bir qayıq kimi

axdı tabutun.

Bu zaman jəhjəhlə ujaldı səsin,

Ujaldı,


Söylədi: - Qəmi unudun.

Hamı fikrə getdi,

səni dinlədi.

Hamıtək ölümə məruz Bülbülü

Oxuyub dəfn edir ölümsüz Bülbül.

Əlidə musiqinin ejazkar güjünə, qüdrətinə inam o qə­dər böyük idi ki, son nəfəsinə qədər onu çağırıb, onu haraylayıb:


(Tabutum başında) Dostlar

bir şer desinlər,

İşdi

imkan olsa



bir dənə də mahnı

çaldırsınlar.

Şerlə mahnının möjüzəsilə

Ayılmağa (dirilməyə)

çox dəli bir ümidim var.

Əli Yazıçılar İttifaqına bitişik Bəstəkarlar İttifaqında baş ve­rən əhvalatlardan da xəbər tuturmuş. Orada vaqe olanlar heç də bizimkilərdən ürəkaçan deyildi. Həmin ərə­fədə bir neçə ja­van bəstəkar arasında dava düş­müş­dü, əlbəttə, orada ikitirəlik çoxdan mövjud idi. Olsun biri digərinin pərəstiş obyektinin ün­vanına ajı və ya kəskin söz demişdi. Özünü təhqir olunmuş he­sab edən tərəf söz deyəni məhkəməyə vermişdi. Qəribə burası idi ki, məh­kə­mə prosesi Bəstəkarlar İttifaqının binasında keçi­ri­lirdi. Bu xəstə Əlini yandırıb yaxırdı. Hər gün məndən məhkə­mə­nin gedişini xəbər alırdı. Mən də həmin hadisə ilə az ma­raq­lan­dığımdan əməlli-başlı bir şey danışa bilmirdim. 1937-ji ildə Yazıçılar İttifaqındakı plenumlar barədə mü­əy­yən təsəvvürüm olduğu üçün bu hadisə mənə çox jılız görünürdü. Əli isə de­yirdi:

- Axı burda nə məsələ var ki, iş məhkəməlik olub? Özü də şər kəsmək üçün hakim Bəstəkarlar İttifaqına gə­lib. Görən indi bizim məmləkətdə bu sənət ojağına gir­mə­yə mənəvi haqqı, səlahiyyəti olan bir hakim tapı­larmı? Günah əlbəttə, hakimlərdə deyil, bəstəkarların özündə­dir. Yəqin həmin hakim məhkə­mə­nin gedişindən öz iş yoldaşlarına lağ-lağı ilə hesabat verir. Val­lah duel bun­dan daha yaxşı olardı, hakimsiz, məhkəməsiz! Əli sənət­karların bir-biri ilə savaşmasını, heç yuxarı tonda danış­ma­­sını da məqbul saymırdı. O, bəstəkarlar arasındakı ix­ti­lafı adi mübahisə mövzusu hesab edirdi və bunu öz aralarında asan­lıqla həll etməyin mümkünlüyünə inanırdı. Əli eşidəndə ki, pə­rəs­tiş olunan bəstəkarın ünvanına ajı söz deyən bəstəkara üç il iş kəsiblər, kürsüyə çökdü, elə bil nəfəsi dayandı. Bir müd­dət­dən sonra özünə gəldi və asta səslə xəbər aldı: «Biz hara ge­dirik?» Əli Kərimin şeirlərindən də görünür ki, onun yersiz di­diş­mə və çə­kiş­mə meydanına çevrilən, sənətkarların ömrünü mi­şar­la­yan ijlaslardan xoşu gəlmirdi. Belə ijlaslar 50-60-jı il­lə­r­ə xas idi və bunlarda əsl sənət yüksəldilmir, bəlkə də alçal­dı­lır­dı. Əli belə ijlaslara münasibətini «Çiçəklər ijlasda» şeirində ol­duja zərif bir şəkildə əks etdirmişdir.

Çiçəklər ijlasa birinji gəldi

Onların ətirdən sözləri vardı.

Onlar çıxışını hamıdan əvvəl

Başlayıb,

hamıdan sonra qurtardı

Onların sözünü dinləməyərək,

Əlini döşünə döyənlər vardı.

Onlarsa zəriflik əzəmətiylə

İjlası sonadək gözəl apardı.

Onların saf qəlbi,

ruhu, qüdrəti

Mənim ürəyimdə qaldı əbədi.

Əlidə bədii ifadə vasitələrinin deyim tərzini qəribə şə­kildə də­yişdirmək, yeniləşdirmək ustalığı vardı. Çiçəkləri tamam in­sani­ləşdirən, onlara janlı hərəkət verən Əli, bu­nunla kifayət­lən­mir, onların «ətrirdən sözləri» olduğunu da qeyd eməyi vajib bilir.

Əli ömründə bir dəfə də olsun rəsmi, ittifaqın keçirdiyi ij­las­larda çıxış etməmişdi. Bir dəfə eşitdim ki, hansısa bir yığın­jaq­da kəskin bir çıxış edib. Bakıya gələndə xəbər almışdım ki, çı­xış nə ilə əlaqədar olub? Demişdi ki, «biri Rəsul Rzaya qarşı nadanjasına çıxış etdi, onun javabını verməli oldum». Üzüm­dən hansı ifadəni oxudusa, əlavə eləyib dedi: «Mirzə İbra­himo­vun, Mir Jəlalın haqqında da­nışsaydı, yenə çıxış edəjəkdim». Əli mənim hər iki ya­zı­çıya xüsusi münasibətim olduğunu bilirdi. Mənsə yerli­çi­lik üzərində qurulmuş bütün münasibətlərə nifrət edir­dim, istisnasız. Bir dəfə Əli mənə dedi ki, çinar ağajı bir Gənjədə bitir, bir də Göyçayda.

- Bu sözlərin mənası nədir, Əli – deyə xəbər almış­dım.

- Heç elə-belə dedim.

- Əli – dedim ona, sən buzlu okeanın yaxınlığında, mən Af­rikada doğulsaydım belə biz bir-birimizi tapmalı idik, çinarın bura qəti dəxli yoxdur. Çinar ya Gənjədə, ya da Göyçayda bit­mə­yə də bilərdi. Bütün bunların bizim dostluğumuza dəxli yox­dur.

- Çox amansızsan – dedi.

İndi də mənim üzümdə hansı ifadəni oxumuşdusa çıxışına, yəni Rəsul Rzanı müdafiə etməsinə haqq qa­zan­dırırdı, halbuki Əli­nin çıxışı məni çox sevindirmişdi, həm də ona görə ki, mən onu mübariz bir formada gör­məyi çoxdan arzulayırdım. Təəs­süf ki, həmin çıxış Əlinin ilk və son çıxışı olmuşdu.

Əli estetik baxışlarından, yazı manerasından, yenilik­çi və ya ənənəçi olmasından asılı olmayaraq bütün qə­ləm yoldaş­la­rına eyni gözlə baxırdı, hamısını bir sexin əməkdaşları hesab edir­di, heç kəsin ləyaqətinə toxunul­masını istəmirdi. Yaxşı ya­dım­dadır, İttifaqın üçünjü mər­tə­bə­sinin balkonunda «Ədəbiyyat və injəsənət» qəzeti redaksiyasının qabağında təlaşlı bir və­ziy­yətdə dayan­mış­dı. Səbəbini soruşdum. Danışdı. Məsələ belə idi. Nəbi Xəzrinin «Kiçik təpə» adlı poeması haqqında şair Zey­nal Xəlil sərt tənqidi çıxış eləmişdi. Bu o dövr üçün «olan şey­di». O, haqlı idi, ya haqsız, bu başqa məsələ idi. Ona mətbuat orqanlarının birində layiqli javab vermək müm­kün idi. Əli dün­yagörüşü, təjrübəsi, təhsili jəhətdən Nə­biyə daha yaxın olardı. Yazı manerası, müasir şeirə mü­na­sibət jəhətdən isə Zeynal Xəlildən çox uzaq idi. Buna baxmayaraq, əks tərəfin «Kirpi» curnalında Zeynal Xəlil haqqında felyeton və karikatura ilə çıxış edəjəyini eşidib hədsiz əsəbiləşmişdi. Hətta karikaturanın möv­zusunu da, məzmununu da bilirdi: «Zeynal Xəlil yapınjıda, pa­paq­da at belində «Kiçik təpə»yə hüjum çəkir». Curnalın hə­min nömrəsi hələ çapdan çıxmamışdı. Əli onun qarşısını al­ma­ğın yollarını axtarırdı.

- Azərbayjanın harasına göz gəzdirirsən, «Kirpi»lik mate­ria­lla doludur. Vaxtilə görkəmli ədəbiyyatşünas Mi­ka­­yıl Rəfilinin qoltuğuna xoruz da vermişdilər həmin cur­nalda. Zeynal Xəlilə javab verməyin yüz yolu var, gərək elə satira curnalı ola?! – Əli danışır, danışdıqja da odla­nır­dı. Bu hadisədən çox illər keçib, indi yadıma sala bilmi­rəm, Əli həmin karikaturanın qabağını ala bildi, ya yox.

İndi kitab şkafının yanındakı yazı masasının arxasın­da əy­ləşən Əli qardaşım başqa bir şairin dərdini çəkmək­də idi. Tez-tez məndən xəbər alırdı görən Süleyman mü­əl­limin vəziyyəti ne­jədir? Deyirlər çox ağırdır, düzdümü görəsən?

Müasir poeziyaya münasibətdə Süleyman Rüstəmlə Əli Kə­rimin baxışları diametral ziddiyyət təşkil edirdi. Əs­lin­də Əli qo­jaların gözləri qabağında artıq köhnəlməkdə olan poeziya mək­təbinin sütunlarını asta-asta sökməkdə idi. Mən onun di­lin­dən Süleyman Rüstəmin poeziyası haqqında bir kəlmə də söz eşitməmişdim. Onun Səməd Vurğun haqqında olduqja mənalı bir şeiri də var.

Ölüm, şöhrətinmi azalardı de,

Tanışdı onsuz da jahana adın;

Sənə nə olardı, nə olardı de,

Belə bir insana əl vurmasaydın?

Gedir, şair gedir, sənətkar gedir,

Bu gedən hər gedib-gələndən deyil.

Ölüm, sevinmə çox, bu sevinj nədir?!

Bu ölən, sənə hər öləndən deyil.

O yazı, yaratdı həyat naminə,

Onun hər bir şeri ölümdür sənə!

Əli Rəsul Rzaya da şeir həsr edib, Mikayıl Müşfiqə də. Əh­məd Jəmil haqqında isə məxsusi bir məqalə ya­zıb. Anjaq Sü­leyman Rüstəmin haqqında danışdığı da yadıma gəlmir. İndi nə idi belə. Həmin dövrdə Bakıda ol­duğum müddətdə demək olar ki, hər gün Süleyman Rüs­təmi xəbər alırdı məndən. Mən də eşit­diyimi, bildiyimi de­yirdim. Nəhayət sərtləşdim.

- Əli – dedim – sən gündəlik dietanın qeydinə qal. Dərman­larını vaxtında qəbul elə, hiss eləyirəm ki, gün­dən-günə irəli gə­lirsən, lazım bilsən adlı-sanlı həkimlərin də yanına get, Allaha şükr səni tanıyanlar daha çoxdur, intellektual səviyyəsi yüksək olan mütəxəssislər də artıb. Özünlə jiddi məşğul ol. O ki, qaldı Süleyman Rüstəmə, qətiyyən onun fikrini eləmə. O, hökumət, dövlət adamıdır, Leçkomissiyada həkimlər onun başına fırlanır, səni min faiz əmin edirəm ki, Süleyman müəllim on-on beş günə xəstəxanadan çıxıb kurortların birinə gedəjək (bir az tez, bir az gej, dediyim kimi də oldu). Əli hədsiz yanımjıl adamdı, tanıdığı, salam verib salam aldığı adamlara onun qəlbində güj­lü məhəbbət vardı. Görünür, İttifaqın üçünjü mərtəbəsində cur­nal və qəzet redaksiyaları qonşu olanda Əli Süleyman Rüs­tə­min məzəli söhbətlərini və lətifələrini çox dinləmişdi.

Ya 1968-ji ilin payızı, ya da 1969-ju ilin ilk baharı idi. Meh­manxanada yer eləyib səhər yeməyindən sonra üz tutdum Əligi­lə. Bilirdim ki, daha işləmir. Əli yox idi evdə, anjaq çox bir xoş xəbər eşitdim. Dedilər ki, Əli içkinin daşını tamam atıb, özü­nü də tam sağlam hiss edir. Nə­hayət ki, əsl xoşbəxtlik döymüş­dü bu qapını. Mənsə Gən­jədə həkim Müzəffər Həsənovla Əli­nin müalijəsi barədə artıq danışıb razılığa gəlmişdim. Həkim de­mişdi onu baş­qa adla xəstəxanaya qəbul edərəm, ayrıja gül kimi təmiz bir otaq verərəm, oturub şeirini yazsın, istər sizdə ge­jə­lə­sin, istər xəstəxanada. Müalijə üçün istəsən lap Tbilisi­dən də mütəxəssislər dəvət eləyərəm. Amma güman edi­rəm ki, onu mən özüm sağaldajam. Mən Əlinin yanı­na bu xəbərlə gəl­mişdim, indi görünür, buna daha ehti­yaj olmayajaqdı. Məlum oldu ki, Əli «Azərnəşr»in qarşı­sındakı örtülü bazara gedib. Hər ehtimala qarşı Əlinin evə hansı yolla gəldiyini soruşdum, bil­mə­dilər. İnjiyən kimi oldum. Əligilə dörd tərəfdən yol vardı: Bün­yad Sər­da­rovdan, Vaqifdən, bir də adlarını bilmədiyim küçələr­dən. Qərəz Bünyad Sərdarovu aldım əlimə, bəlkə qaba­ğıma çı­xa. Köhnə Kommunist küçəsindən, endim Sabir bağına. Rastı­ma çıxmadı Əli. Yorulmuşdum, oturdum çay­­xanada. Təxminən iyir­mi dəqiqədən sonra gördüm Əli məndən bir masa aralı əy­ləşib çay içir, stolun üstündə içi dolu kağız torba. Yəqin bazar­lıq eləyib gəlmişdi. Ça­ğır­dım. Səsləndim, məni görüb mat-mə­əttəl qaldı. Gəldi, təzədən çay sifariş elədik.

- İçki məsələsini eşitmişəm – dedim.

- Dəxli yoxdur, gələjəyəm müalijəyə – dedi.

- Bütün şərait yaradılajaq – dedim.

Çay içib endik aşağı, Sabir bağından Monolitə tərəf keç­mək istəyirdik. Tanış səs eşitdik, Bəxtiyar Vahabzadə küçənin o tayından bizə tərəf gəlirdi. Əl elədi ki, «daya­nın». Salamdan əvvəl üzünü Əliyə tutub həyəjanla dedi:

- O jür təşbehləri nejə tapırsan, ay zalım, atan haq­qında yazdığın o şeirdəkini deyirəm: Soyuq, qar…

Görünür, Bəxtiyar bu şeiri yaxınlarda oxumuşdu, 50-ji il­lə­rin şeirlərindən idi, 1961-ji ildə yazdığım məqalədə onun şər­hi­ni vermişdim. Bəxtiyarın vurğulamaq istədiyi fikri əks etdirən bən­di bütöv dedim:

Sevgisi də soyuq idi – təzə əkini

Hər bəladan hifz eləyən qalın qar kimi.

Moskvada oxuyurdum,

Tərk etdi məni.

Gələn zaman bir əbədi ayrılıq dəmi

Gah istəyib məni görə. Gah deyib ki, mən

Qoy bilməyim.

O utanıb öz ölümündən.

Ah, o niyə belə etdi, bu nə qubardı?

Nə zamansa bu nişanda bir atam vardı.

Bəxtiyar vəjdlə bir də soruşdu:

- Nejə tapırsan bu bənzətmələri?

Əli gülümsündü – axtarmıram – dedi – özü gəlir. Bir də nə var ki, o bənzətmədə? – Çoxdan yazılmış şeirdir.

Bəxtiyar həmin bənzətmə, sonra şeir, daha sonra Əli­nin bütöv poeziyası haqqında ağızdolusu danışdı, çox gözəl sözlər, çox gözəl təriflər dedi. Onun Əlinin yaradıjı­lığına xüsusi müna­si­bəti vardı və Əlini də səmimi qəlb­dən çox istəyirdi. Mənimlə gö­rüşəndə, ya telefonlaşanda hökmən Əlidən söz salardı, onun yaradıjılığını izləyir, uğurları ilə fərəhlənirdi (Əlinin vəfatın­dan sonra da onun əsərlərinin taleyi ilə maraqlanırdı. Vaxtilə rəhmətlik Xudu Məmmədovla birgə Əlinin poeziyası haqqında mə­qalə də yazmışdı, Əlini «gələjəyin şairi» adlandırmışdı və bun­­dan istilənən də az olmamışdı).

Bəxtiyarın mənimlə söhbətlərində Əlini tez-tez anma­sının da bir başlanğıjı vardı.

1958-ji ildə Gənjə teatrı Bəxtiyar Vahabzadənin «Vijdan» pyesinin tamaşasını hazırlayırdı. Bu münasi­bət­lə şəhərə gələn müəllifi teatrın direktoru evinə ziyafətə dəvət eləmişdi. O za­man teatrda ədəbi hissə müdiri vəzi­fəsində işləyirdim. Qonaq­lıqda mən də vardım. Burada özü­mün bir səhvimi etiraf etmə­li­yəm. Ev sahibi qədəhi qaldırıb sağlıq dedi (məzmunu təxminən belə idi):

- Bu badələri içək Azərbayjan poeziyasının yeni nəslinin ən qübrətli nümayəndəsi, ən gözəl sənətkarımız, xalqımızın ümidi, pənahı və sairə və ilaxirə Bəxtiyar Va­hab­zadənin sağlı­ğı­na…

Qəfildən dilləndim:

- Yeni nəslin ən qüdrətli və ümidveriji nümayəndəsi Əli Kərimdir. – Əlbəttə, mən düzgün hərəkət etmədim (Ki­rayəçi ol­duğum yetmirdi, hələ toyuq-jüjə də saxlayası oldum). Səhvimi o andaja başa düşdüm. O zamanlar içki məjlisində deyilən tostların 99 faiz yalan olduğunu hələ bilmirdim. Mir Jəlal müəlli­min məjlislərdə deyilən sağlıqların güjündən qədəhlərin sın­ma­sı haqqındakı he­kayəsini də oxumamışdım hələ. Məjlis məntiqinə görə ev sahibi də qonağın şərəfinə ən yaxşı sözlər iş­lətməlidir, araqla içilən sağlıq Quran ayəsi deyil, konstitusiya deyil. Bu bir yana «ən yaxşı», «ən qüdrətli» ifadələri də nisbi bir şeydir. Bu «ən», «ən»ləri humanitar sahələrə tətbiq etmək də qətiyyən mümkün olan şey deyil. Bəs nə idi bu? «Ədə­biy­yatda solluq uşaq xəstəliyi», vəssalam!

Ev sahibi tutulmuşdu və məni dəvət etdiyinə görə yəqin ki, peşimançılıq çəkirdi, kim olsa peşimançılıq hissi keçirərdi: «Qo­naq olduğu bəs deyil, hələ tostumun qa­ba­ğına da keçir».

Bizi bu xoşagəlməz vəziyyətdən yenə ikimizdən də yaşlı və dünyagörmüş Bəxtiyar xilas elədi:

- Düz deyir Altay – hələ az deyir. Əli əlçatmaz iste­daddır. Poeziyamızın umid yeridir və Bəxtiyar müəllim buna bənzər sözlərlə Əlini o qədər təriflədi ki, az qala ev sahibi məndən üzr istəyəsi oldu və bu söhbətlərdən yeni bir şair kəşf etdiyini boy­nuna aldı. Mənim səhvimi Bəxti­yar müəllim beləjə düzəltdi və məjlis əvvəlki ovqatına qa­yıtdı.

İndi bu Sabir bağının qabağında həmin söhbətdən on-on iki il sonra Bəxtiyar yenə Əlinin şəninə təriflər söy­ləyirdi ürək­dən. Sonra üzünü mənə çevirib xəbər aldı:

- Məktubumu aldın?

- Aldım.

- Bəs niyə javab yazmadın?

- Məktubda sual yox idi, hamısı tərif idi.

- Doğrudan da mən neçə illərdir ki, «Duka haqqında bal­la­da» kimi kəskin əsər oxumamışdım. Javabı isə ona görə göz­lə­yirdim ki, bizdə müsəlman ətaləti var. Mən is­tə­yirəm ki, bir ədə­bi canr var, onu dirçəldək, bir jürə də adı var, nə deyirlər ona? Məktublaşmağa?

Mən fikirləşənə qədər Əli tezjə dedi:

- Epistolyar ədəbiyyat.

- Hə, hə. Mən istəyirəm bizim məktublardan gələjək nəsil­lər nə isə bir şey götürə bilsinlər.

- Gələn dəfə yazaram – dedim.

- Keçmiş ola. İndi tələsirəm, üçlükdə bir yığışıb rahat yerdə söhbət eləməyə əşhəd ehtiyaj duyuram.

- Hara tələsirsən? – dedim.

- Bilirsən, bir əhvalat baş verdi, özü də heç yaxşı ol­madı, re­daksiyada əlimdən xəta çıxdı, bir nəfərə bir şillə vurdum, heç bil­mirəm nejə oldu, heç yaxşı olmadı, gö­rü­nür möhkəm əsəbi­ləş­mişəm.

- Elə bil ki, balaja qardaşını vurmusan, heç kəs bi­zim mü­hitdə səndən şikayətçi olmaz.

- Eləmi, bilirsən… O qədər fitnəkarlar var ki…

Əli dilləndi:

- Bəxtiyar müəllim, mən şillə vurulanı tanıyıram, ona görə deyə bilmərəm yaxşı olub, ya pis, birjə səndən xa­hiş edirəm daha heç kəsə şillə vurma, qoru şilləni…

- Əli, heç özüm də vallah bilmirəm nejə oldu. Bir-iki yerdə izahat vermişəm. İndi də çağırıblar Ali Sovetə, yə­qin yenə iza­hata tələsiyirəm…

Bəxtiyar getdi. Birdən Əli gülümsündü:

- Bu qədər ki, izahat lazım imiş, görünür, Bəxtiyarın şilləsi çox bahalı şillə imiş…
* * *
Qəm karvanı Göyçaya yaxınlaşanda maşınlar aram­sız siqnal verməyə başladı, hamı xəyaldan ayrıldı. Hərə öz Əlisi haq­qında fikirləşirdi yəqin. Elə bil hamı Əlinin öldüyünü unut­muş­du, məşum siqnal səsləri bizi ajı və qorxunj həqiqətə qay­tardı. Bəli Əli ölüb, sabah biz onu torpağa təhvil verəjəyik. Gü­nəş qüruba gedir, şər qarışır­dı. Matəm karvanı izdihamlı küçə­lər­dən keçib Əligilin ev­lə­rinin yanında dayandı. Göyçay əhalisi Əlinin vəfatı xə­bə­rini eşitmişdi. Çox keçmədi raykom işçiləri də gəldilər. Təbii ki, birinji növbədə Əlinin harada dəfn olunajağı ba­rədə söhbət başlandı. Onlar Əlinin şəhərin mərkəzində bağ­ların birində dəfn olunması təklifinə elə bil etiraz et­mir, eyni za­manda konkret olaraq razılıq da vermirdilər. Bilmək olmurdu onlara rəsmi Bakı bir göstəriş verib, ya yox. Onların təklif etdik­ləri varianta görə Əli şəhərin kə­narında, gələjəkdə park salına­sı bir ərazidə dəfn edilsə, münasib olardı. Şəhərin mərkəzində dəf­nə İmamyarı ja­vab verirdilər: «Əgər məsləhət bilinərsə, biz etiraz etmə­rik, Əli öz şairimizdir». Mən Rəsul müəllimə dedim ki, Gənjədə otuz ildir botanika bağı salmağı planlaşdırıblar, bu günə qədər səs-soraq yoxdur. Hələ bu nə ifadədir «əgər məs­lə­hət bilinərsə». Məsləhət nə jür bilinər? Mə­lum oldu ki, rayon rəhbərləri şəhərin mərkəzi məsələsinə qol qoymaq istəmirlər, ya da jəsarət etmirlər. Bu məsələ hələlik qaldı, Bakıdan gələn yazıçı və şairlərin yerləşdi­ril­məsi ilə məşğul oldular. Bizim bir neçəmizə bir məhrəm adamın evində rahat yer düzəltdilər. Ki­min evi olduğu yadımda deyil. Bu evdə bizə Fikrət Qojanın ata­sı xeyli əh­valatlar danışdı, xeyli söhbətlər elədi. Fikrət özü isə o zaman deyəsən Azərbayjanda deyildi. Çox çətinliklə yu­xu­ya getdik. Səhərin gözü yenijə açılanda hamımız ayaq üstə idik. Rəsul müəllim də gəlib bu evə çıxdı, görünür, bizi yolu­xurdu. Mənə dedi ki, birinji katibə yolu olan adamlarla da gö­rüşüb, bəzi ağsaqqallarla da. «Park hök­mən salınajaq, buna qəti şübhə ola bilməz, anjaq bir az geji-tezi ola bilər. Məni inandıra bildilər. Güman eləyirəm gejikdirsələr təzyiq vasitələri tapa biləjəyik. İstəmirəm bu ayaqda əlavə problemlər yaran­sın».

Mən də inanmağa başladım, güman edirdim ki, ağ­saq­qal­lar əmin, arxayın olmadıqları bir məsələ ilə bağlı Rəsul müəl­li­mə söz verməzlər. Müəyyən bir arxayınçılıq yaranmışdı ki, belə bir xəbər gəldi: «Əlinin anası Gülzadə xala oğlunun gələjək park yerində dəfn olunmasına razılıq vermir, çiyninə bir bel də gö­türüb, deyir: «Əlini atasının yanında dəfn edəjəyəm, gedi­rəm qəbrini də özüm qazam». Yeganə oğlunu, sevimli şair oğ­lu­nu itirən ana belə hal keçirə bilərdi. İşə yenə Rəsul müəllim qa­rı­şa­­sı oldu. Gülzadə xalanı çətinliklə yola gətirə bildi. Əli­nin qo­humları elə bilirdilər ki, onu Bakıdan Göyçaya gəti­rib maneə­siz və «rahat» torpağa təhvil verəjəklər. Tor­paq­sa öz sevimli övladını qəbul etməyə tələsmirdi. Elə bil ana torpağın yer üzün­dəki insanlara qəzəbi tutmuşdu ki, siz Əli kimi bir oğulu niyə hifz edə bilməmisiniz?!

Nəhayət, vida zamanı gəldi. Göyçayın izdiham dolu küçə­ləri öz şair oğlunu son mənzilə yola salırdı, göyçay­lıların bir çoxu nejə bir oğul itirdiklərini sonralar zaman-zaman dərk edə­jəklərdi. Təzə parkın salınajağı ərazi sözün əsl mənasında quru boz irəməlik idi. Ürəyim yenə qüssə ilə doldu. Məzar ba­şın­da çoxlu göz yaşları töküldü saçlar da yolundu, nitqlər də söyləndi. Rəsul müəllim hədsiz kövrək səslə Əlinin təkrarsız bir şair kimi məziy­yət­lərindən danışırdı.

Əlinin dəfnində kişi xeylağı qismindən iki nəfər ağıla­sığmaz dərəjədə dəhşətli ağlayırdı: Tofiq və Məmməd. Hərəsi öz yazı tərzinə uyğun, şeir dili ilə həmahəng ma­hiyyətdə ağlayırdı, To­fiq Bayram patetik qışqırtılarla, hay­qırtılarla, partiyaya, höku­mə­tə, Yazıçılar İttifaqının rəh­bər­­liyinin ünvanlarına lənətlər yağ­dıra-yağdıra ağlayır, elə bil bu hayqırtılarla iç ağrılarını səmaya, göy­lərə yollaya­raq bir qədər yüngülləşirdi. Deyirlər ki, «gözün­dən bulaq axır», «gözləri çeşməyə dönüb» və sairə təşbehlərə mən inanmazdım, mübaliğə zənn edərdim. Anjaq Tofiq Bay­ra­mın gözlərindən ara vermədən mütəmadi axan yaşı görəndə inandım, yaş damjılanmağa majal da tapa bil­mir, axır, elə hey axırdı, bunun axırı çox pis də qurtara bilərdi. Lakin kimi eşidirdi ki, Tofiq Bayram?!.

Məmməd isə səssiz, pıçıltı ilə ağlayırdı – şeirləri kimi həlim sakit, amma elə bil ağrıları içinə yığırdı, elə bil özü­nün mənəvi aləmini bir qədər də ağırlaşdırırdı. Onun da gözlərindən yaş ara­ vermədən axırdı, lakin şırım Tofiqin­kinə nisbətən nazik idi. O daha çox dərdli görünürdü. Elə bil bundan sonra nə edəjəyi barədə düşünürdü. Əlinin dünyadan köçməsi ilə sanki onun çi­yinlərinə daha ağır yük, daha ağır vəzifə qoyulurdu.

Bəli, yeni poeziyanın əsasən yükünü indən belə Məmməd Araz çəkməli olajaqdı. Mən sonralar başa düş­düm ki, Əlinin salam verdiyi adamlar təkjə mənim tanı­dıqlarım deyildir. Onun fəal dostları siyahısında Məmməd Araz da varmış. Əllinji illərin sonları bəlkə də altmışınjı illərin əvvəlləri idi. «Azərnəşr»in qar­şı­sında dayanmışdıq. Hara gedəjəyimiz yadımda deyil. Bu vaxt Məmməd, gö­rünür, fasilədən qayıdırdı, nəşriyyatın qapısına yö­nələndə bizi gördü. Hal-əhvaldan sonra Əli ilə hansı mətləb ba­rə­sindəsə söhbətə başladı, mövzu yadımda qalmayıb, an­jaq söh­bət xeyli davam etdi. Əli onunla çox həvəslə da­nışır, söz­ləri, fikirləri, görünür üst-üstə düşürdü. Fikirləşir­dim ki, nə olay­dı ilahi, Əli həmişə Məmməd kimi oğlanlar­la oturub-duraydı, bil­diyimə görə o da ölçülü-biçili həyat sürürdü. Nəhayət, Məmməd saatına baxdı. Xudahafizləş­dik.

- Bağışla – dedi – Əli – deyəsən, söhbətimiz çox uzandı.

- Maraqlı idi – dedim.

- Çox yaxşı şairdir – dedi Əli.

Məmməd Arazla tanışlığım çoxdandı. Deyəsən, bir-iki dəfə çörək də kəsmişdik. Biri yaxşı yadımdadır. «İntu­rist»də mənim qal­dığım otaqda Sabirin qardaşı Vaqif bizə nahar qonaqlığı ve­rirdi. Sabir, Əli, Məmməd, mən və de­yə­sən bir nəfər də vardı. Mən türkologiyaya dair nə isə danışırdım, maraqla da qulaq asır­­dılar. Yemək qurtaran­dan sonra birdən Vaqifin gözləri ota­ğın tavanının künjü­nə sataşdı. Orada kiçik kvadrat top vardı. Vaqif dedi ki, birdən bizim söhbətlərə qulaq asarlar ha! Dedim: «Mən onları qəti maraqlandırmıram, ona görə də inanmıram, bəlkə səninlə maraqlanalar, o başqa söz». Gördüm, bir az rən­gi dəyişdi, tez düzəltdim. Sən Sovet İttifaqı Qəh­rə­manının qar­da­şısan, kimin hünəri var səninlə maraqlan­sın.

Gülə-gülə dedi:

- Bunlar qəhrəman-zad tanıyan deyil.

Xoş əhvalla ayrıldıq. Məmmədlə mən nədənsə az-az gö­rü­şürdük.

Mən onu Əlinin dediyi kimi «çox yaxşı» yox, yaxşı şair kimi tanıyırdım. Bir şeirini isə lap çox xoşlayırdım. «Kəklik».

Nə səkirsən narın-narın

Yenə daşdan-daşa, kəklik?

Könlüm istər nəğmən kimi

Birjə nəğmə qoşa, kəklik!


Sinən altı sal qırmızı,

Ayaqların al qırmızı.

Dimdiyində al qırmızı

Yanır qoşa-qoşa kəklik!

Birinji bənddə təsvirin dəqiqliyi, ikinji bənddə sözlə­rin sər­rast düzümü sözün qədr-qiymətini bilən, artıq sərraflaşmaqda olan bir sənətkarın poeziyaya qədəm qoyduğunu çoxdan xəbər vermişdi. Söz, musiqi (bəstə­kar yadımda deyil, heyf ki…), ifa – Şövkət Ələkbərova. O, ənənə ilə müasirlik arasında hər nə var­sa yoxa çıxar­mışdı. Bütün dövrlər üçün məqbul sayıla bilən xoş bir nəğmə! (Hayıf ki, son vaxtlar ifa olunmur). Yaxşı şair idi, an­jaq hələ Məmməd Araz deyildi. Yaxşı insan olmağına isə söz yox idi. Şairlikdə isə yaxşı insan olmaq da yaxşı şairliyə bəra­bər bir keyfiyyətdir. Bəs bu nədən idi ki, Əli­nin Məmməd Araz­da seçdiyini mən hələ müəyyənləşdirə bilməmişdim. Bəlkə Əli­nin poeziyası mənim gözlərimi qa­maşdırıb, ətrafımdakıları yax­şı, dəqiq görməyimə mane olurdu. Mənim Əlini ürəkdən, onun göz­lədiyi səviyyədə dəstəkləməməyim onu bir qədər nigaran qoy­muşdu deyə­sən. Onun bu aşkar nigarançılığı, özümün də xoşu­ma gəlməyən bir hiss oyatdı məndə. İslamla birləşib Əbül­hə­sən məsələsində məni jırnatmaqları yadıma düşdü. Doğ­rudur, bir dəfə Sabir Əhmədov o əhvalatdan xəbəri ol­madan demişdi: «Əli Əbülhəsənin gənjliyinə çox oxşa­yır». Əli mənim üzümə ba­xıb qımışmışdı. Yəni «yəqin sə­nin öyrətməndir». Jır­na­ma­mış­dı. Doğrudan da o, Əbül­hə­sən müəllimi çox istəyirdi. İntə­ha­sı boş bir oyun idi, düşmüşdü, «İslam oyunu». İndi növbə mə­nimdi, istəyir­dim Əliyə tövbələtmə verəm. Dedim:

- Əli heç yaxşı şair də senzor vəzifəsində işləyərmi?

Bilirsiniz, nə qədər həyəjanlandı Əli. Lap dili-dodağı tə­pidi, hamısı Məmməd Araza olan məhəbbətdəndi. Göz­lənilməz ol­muş­du bu irad, azajıq duruxdu, sonra yavaş səslə dedi:

- Ehtiyaj adamı məjbur edir, Bakıda iş tapmaq asan deyil, köçərsən, görərsən.

Mən gəlsəm müəllim də işlərəm, nəşriyyatda da, qə­zetdə də. Uzaq başı saatsaz işlərəm, amma senzura ida­rəsinə get­mə­rəm.

Birtəhər oldu Əli. Birdən gördü ki, gülürəm, dedi:

- Yamansan… Amansızsan!

- Əbülhəsən – dedim.

- Əllərini qaldırıb «qurtardıq daha»-dedi.

Beləliklə, Əbülhəsən məsələsinə xitam verilmiş oldu, Məmməd Arazın hesabına. Daha İslamdan da eşitmə­dim, gö­rünür, Əli xəbərdarlıq eləmişdi. Məmməd Arazla bağlı zarafat xeyirxahlıqla nətijələndi.

Məndə lap əvvəllərdən belə bir inam vardı ki, böyük, əsl şairi hamıdan tez, hamıdan dürüst yaxşı və əsl şair anlayar, du­yar, dərk edər. Həqiqətən də bu belə idi. Əsl şeir o qədər zərif, o qədər injə, o qədər kövrəkdir ki, ona nə oxuju, nə də tən­qid­çi bütün dərinliyi ilə nüfuz edə bilər. Onun bütün məziyyətlərini yalnız özü gözəl şeirlər yaza bilən, yazmış olan, bütün gözəgəl­məz çalarlara, in­jə­liklərə bələd olan şair duyub dərk edə bilər. Deməli, Əlinin uzaqgörən sərraf gözləri Məmməd İbrahimdə hələ o vaxtlardan Məmməd Arazı görə bilmişdi. Hansı şeirində görə bilmişdi Məmməd Arazı, yaxud hansı bəndində gör­müşdü Məmməd Arazı? Və yaxud da hansı misrasında görmüşdü gə­ləjəyin Məmməd Arazını? Bu, Əli demişkən, bir sirri-xudadır. Əli elə bir söz sərrafı idi ki, gələjəyin Məmməd Arazını bir bən­zət­məsində də görə bilərdi. Nejə ki, görmüşdü də!

Həmin söhbətin axırında mənə demişdi: «Elə bil dün­yaya iki dəfə gəlib, o qədər müdrikdir…»

İndi Əlinin qəbri üstündə göz yaşları axıdan şairin gələ­jək­də nələr yazajağını nakam şair əvvəljədən bilir­miş. Məm­mədin sinəsindən şırım salıb axan Arazı hamı­dan tez Əli sez­mişdi, Əli görmüşdü. Əli onu çox sevirdi, hörmət edirdi – özünə də, poeziyasına da!

Nə Məmməd Araz haqqındakı söhbətimiz dövründə, nə də Əlini dəfn edərkən Məmməd bu bəndləri yaz­ma­mış­dı:

Kim işığı ürəklərə doğraya,

Kim işığı ürəklərdən oğraya,

Kim yalanı jalaq vurdu doğruya?

Hər şivindən oğrubaşı göyərdi.

Mən Arazda şaxələnən çinardım,

Ömrü boyu tufan əydim, su yardım,

Xətainin qılındını suvardım,

Məmməd Araz karandaşı göyərdi.

Məmməd Arazın poetik kəşfləri o dərəjədə ümumi­ləşdir­mə qüdrətinə malikdir ki, birdən bir misra, tək bir mis­ra az qala bir povest yükü daşıyır. Bu jüt misranın assosiasiyasından «Kim yalanı jalaq vurdu doğruya; Hər şivindən oğrubaşı göyər­di» - məna yükündən Bulqako­vun məşhur «İt ürəyi» poves­tin­dən alınan güjlü intibalara bərabər güjlü fikir və hiss axını əmələ gəlir. O ki, qaldı son iki misraya, poeziyamızda öz məna yükünə, bədii qüdrətinə görə onlarla müqayisə etməyə çətin nümunə tapıla. Məmməd Araz «Unut məni» adlı şedevri Əlinin vəfatın­dan düz on iki il sonra yazıb. Şeirdəki duyğu, hiss toran­lı­ğın­dan onlara bələnmiş yandırıjı fikir boy verir.

Dilim dinməz, kirpiklərim səs elər,

Nejə xoşdu ürəyimi kəs elə…

Qalan ömrə yarım ürək bəs elər,

Unut məni, aldat məni, at məni.


Sən ömrümün atəşində yananda,

Kölgən kimi gərəksizəm yanında.

Qiymətli bir itik saxla yadında,

Unut məni, aldat məni, at məni.


Bu sevdadan nə yetirdik, nə üzdük?!

Dalğasında nə qərq olduq, nə üzdük,

Axır səni düzdə qoydu bu düzlük

Unut məni, aldat məni, at məni.

Sanki dünyadan tamam qoparılmış, yalnız təkjə on­lara məxsus olan münasibətlər haləsində jərəyan edən iki nəfərin pozulmaqda olan münasibətləri birdən-birə sona doğru yüz minlərin dərdi-sərini kəskin və parlaq şə­kil­də əks etdirən müna­sibətlərə çevrilir. Özü də gözlənil­mə­dən, damjıda dəniz, bir nə­fərin simasında minin dər­di!

«Axır səni düzdə qoydu bu düzlük». Bu bir şəxsin yox, bir nəslin yox, bəlkə də son əsrdə bir neçə nəslin fajiə həddində olan dərdləridir. Böyük yalanlar əsrində bir tərəf düzlükdən da­nışa-danışa özünə zəngin bir həyat təmin etdi, danışmadan, dinmədən düz yaşayan, düz iş­lə­yən tərəf isə düzdə qaldı. Düz­lük bunlara əyrilər tərəfin­dən verilmiş tiryək rolunu oynadı. Şeir «aldanmışın» ajı etirafı formasında verilmişdir.

Dayanmışıq təzə qəbrin yanında, ulu bir şairi ululuq yolunu tutmuş başqa bir şair yola salır. Torpaq altındakı şair «rahat nəfəs ala bilərdi». Bu dünya boş qalmamışdı, daha doğrusu, o bu dünyanı boş qoyub getmirdi. Bir za­man gələjəkdi, yükü bü­tövlükdə çiyinlərinə götürmüş şair içindəki jahana sığışmayan dərdləri onu elə qəzəblən­di­rəjəkdi ki, ulularına qarşı üsyana qaldırajaqdı; başqa şairlər o həvənə yaxın düşə bilməzdilər. O, həvənə gir­mək üçün qırx müqəddəsdən rüsxət almaq, qırx ojaq­da təmizlənib saflaşmaq gərək idi. O, buna mənəvi haqq qa­zanmışdı. «Dünyaya iki dəfə gəldiyi üçün uluların günahlarını müəyyənləşdirə bilmişdi. Bunlar həqiqət idi. O həqiqət ki, onu babası Sabir bütöv türk dünyası üçün müəyyənləşdirmişdi artıq və qəzəbini tökmüşdü Teymur­la­rın, Sultan Səlimlərin üzərinə: «Öz qövmümüzün başı­na əngəlkələfiz biz»!

Sabir övladının yazı manerası da, canrı da başqa idi. Həm də o, türk kainatının Azərbayjan adlı aləmində baş vermiş ha­di­sələrə görə bu torpağın üstündə, bu torpağın tanrısının altın­da ulu bildiklərini məşhər ayağına çəkir. O, başqaları kimi on­suz da işğalçı, onsuz da təjavüzkar olan tərəfə qarğış, lənət yağ­dırmır, müqəssirlər kürsü­sü­nə toxunulmaz hesab olunan özününküləri çəkib gətirir, məğlubiyyətlərin səbəblərini aydın­laş­dır­­mağa çalışır.

Ey daşlaşan, torpaqlaşan

ulu babam!

Bu günümdən dünənimə uzaqlaşan

ulu babam!..

səs getməyən,

əl yetməyən

Qədim tarix dərəsindən

Səs ver mənim səsimə sən:

Sənə gələn, səndən ötən

nəydi belə? –

Səndən ötüb qardaşına dəydi belə?

Bununlamı neçə dəfə

Ata-oğul, qardaş hissi haçalandı,

Bir şəhərin

Beş qardaşın xanlığına parçalandı?

O zamanmı bitdi bizim

dilimizin

«sənin», «mənim» qabarı da?

O zamanmı bitdi bizim

«haralısan» damarı da?

Məmməd Araz milləti vahid ərintiyə çevrilib bütövləş­məyə, mətinləşməyə qoymayan, bəzən müasir günləri­miz­­də belə özü­nün şirinsov tamı ilə javanları çaşbaş sa­lan yerlipərəstlik mik­rob­larını düzgün müəyyənləşdirmiş­di. Anjaq bu mikroblarla mü­barizə aparmaq o qədər də asan deyildi, çünki o mikroblar xalqın öz bədənindən törəmişdi, bu dərdin müalijəsinin çətin­liyi, ağırlığı bəlkə dəhşəti əksərən həlim və yumşaq təbli görü­nən sənətkarı hayqırmağa məjbur edir:

Səninləyəm ulu babam!

Bu məsəli kimdi yazan?

Hansı soysuz ata idi

Ataların imzasını

Çəkib, ona ona möhür basan?!

Adınızı dastanlardan oğrayaram,

Ruhunuza qıyma-qıyma doğrayaram

Qara Çoban,

Dəli Domrul,

Ey xan Eyvaz,

Giziroğlu Mustafa bəy,

Əgər ki, siz

Bu məsələ qol çəkdiniz!

Sonra, sonra hansınızsa

Xalqa gələn bir qəzadan

Öz başını yana əydi,

O qəza bir topa dönüb

Səttarxanın tifaqına

yaman dəydi

Məndən ötdü!..

…Qulağımdan getmir bu səs,

Zərbələri qardaşına,

Sirdaşına ötürən kəs

Elə bil ki, bax bu gejə

Qulağımın dibindəjə

Xətainin süqutuna

qəh-qəh çəkdi…

Əli Kərimin «dünyaya iki dəfə gəlmiş insan» adlan­dır­dığı şair bir şeirdə Azərbayjan tarixinin ən mühüm mə­qamlarını sil­kə­ləyir, xalqı mütəmadi parçalayan «haralı­san?» azarının baş­lanğıjını qoyanları arayıb, axtarır. O bu xəstəliyi törədənlərin hərəkətini xəyanətə bərabər tutur. Yoxsa şairə nə düşmüşdü ki, adları müqəddəslə­ri­miz sırasında olan qəhrəmanlarımızın ruh­larını «qıyma-qıyma» doğramaq məqamına çatırdı. Dastan qəhrəman­larının adlarının bu məqamda çəkilməsi istəsək də, istə­məsək də «İç Oğuzla Dış Oğuz» ixtilafını xatırladır, ruhu­muzu üşüdür, qəlblərimizi göynədir.

Əslində şairi tariximizin real səhifələri daha çox düşün­dü­rür. Adını böyük iftixar hissi ilə çəkdiyi Şah İs­ma­yıl Xətai bizlərə böyük, tam, bütöv, səngərli bir vətən qo­yub gedib, Azərbayjan ərazisindəki ən azman, ən yola­gəlməz əmirləri də vətənin bir­liyi, bütövlüyü amalına baş əydirib gedib. Belə olan surətdə ne­jə olub ki, tək Şi­mali Azərbayjanda birdən-birə yeddi xanlıq pey­da olub?! Bəzən bu prosesi təhlilsiz, filansız milli azadlıq hə­rəkatı da adlandırırlar. Axı Şimali Azərbayjan bu yeddi xan­lıq­la kimin qarşısına çıxmağa hazırlaşırdı? Rusiya tarixində 4-jü İvandan sonra nə bir knyazlığın, nə də bir rus tayfa­sı­nın adı çə­kilmir, mən hələ I Pyotru demirəm. Ruslar yüz illər ərzində türk­lərin hakimiyyətləri altında olmuşlar. Əsa­sən meşələrdə, meşə­yə yaxın, yarıbataqlıq ərazilər­də məskun olan ruslara türklər do­norluq etmiş, onları atlandırmış, inzibati qurum yaratmaq və idarə etmək öy­rət­mişlər, rus dilində xeyli türk sözləri bu günə qədər gə­lib çıxmışdır ki, onların köməyi ilə tarixin bəzi mənzə­rələ­rini bərpa etmək mümkün olur. Türklər vaxtilə hakim ol­duq­ları ərazidə bir Təpəgöz əkib törətmişlər: «…Bayandır xan bəy­lər ilə seyranə yetmişlərdi. Bu binarın üzərinə gəldilər. Gördülər ki, bir ibrət nəsnə yatır. Başı-gözü bəlir­siz. Çevrə aldılar. Endi bir yigit, bunu təpdi. Təpdikjə böyüdü. Aruz qoja dəxi enüb təp­di, mahmızı toxundu».

Bu ibrət nəsnə təpildikjə böyüyür, olduqja böyük bir əra­zini tuta-tuta, kökündən qopmuş türk tayfa və qəbilə­lə­rini uda-uda, həzm edə-edə tamam ölçüdən ənda­zə­dən kənara çıxır. Bu rus imperiyası idi, bir çox türk ərazi­ləri hesabına misli-bəra­bəri olmayan miqyasda böyü­müş­dü, kökündən aralanmış bir sıra türk tayfalarını da özəl­ləşdirmişdi – Osmanlı imperiyasının gözləri qabağında – onların başı Afrikadakı, Ərəb ölkələrindəki vilayətlərinə qarışmışdı. Bir də hakim sülaləsi türklərdən olan bö­yük İran dövlətinin gözləri qarşısında. Onların başları da iç iş­lərinə qarışmışdı. Rus təpəgözü Qafqazlara yaxınla­şan­da onun qarşısına çıxarmağa Basat, əlbəttə, tapılmadı, Təpəgözün asan­lıqla həzm edə biləjəyi yeddi xanlıq var­dı, bir-biri ilə həm­rəylikdən çox uzaq olan kiçik xanlıqlar, bir-biri ilə daim çəkişən yeddi xanlıq. Bunlar əzəl­jədən məhkum idilər, Təpəgö­zün qa­bağında duruş gə­ti­rə bilməzdilər.

Xətainin süqutuna qəh-qəh çəkən, səhərəjən başına yüz qədəh çəkən kimdi görən?

O qəh-qəhin dalğasından,

O məstliyin baş fırladan

havasından

qopan daşdı -

Azərbayjan topağında

Araz boyda şırım açdı.

Məndən ötdü…

Bunu dedi Şəki xanı.

Bunu dedi Bakı xanı,

Bunu dedi İbrahim xan,

Fətəli xan, Kəlbəli xan…

Qəza ötsün məndən, - dedi,

Ötən kimi, «mən-mən» dedi:

«Mən-mən» dedi bir ölkədə

nə qədər xan.

Onlar «mən-mən» deyən yerdə

Sən olmadın, Azərbayjan!

Məmməd Araz heç bir güzəştə yol vermədən hədəfin düz ürəyini nişan alıb da sərrast da atəş açıb. Təpəgö­zün qarşı­sın­da Vahid Azərbayjan əvəzinə Qarabağ, Gənjə, Bakı, Şəki, Ta­lış, Naxçıvan, İrəvan xanlıqları dur­muşdu; bir-biri ildə daim rə­qabətdə olan bu xanlıqların öz bayraqları, dövlət sərhədləri, or­duları, pul vahidləri və daha nələri vardı, hərdən nəşələnib bir-birlərinə qulaq­bur­ma vermələri də olurdu. Beləliklə, Təpə­gö­zün qarşı­sında parçalanıb yeyilməyə hazır tikələr durmuşdu. Tə­pəgöz bu tikələri uddu və İran dövləti ilə bağladığı mü­qa­vilə əsasında rəsmiləşdirdi. Bundan sonra nə qədər istə­yirsən söy Təpəgözü! Təpəgöz öz təbiətinin tələblərinə uyğun hərəkət et­miş­di. Türkiyə Türküstandan çox-çox uzaqlarda, Osmanlı im­periyasının çətirləri altında ərəb ölkələrində, Afrikada ümumis­lam mənafeyini qoruyanda, Anadolu torpaqlarını baxımsız qo­yub himayəsində olan qeyri-türk ölkələrinə qayğı göstərəndə Tə­pəgöz ən qədim türk torpaqlarının fəthi ilə rahatja məşğul ola bilirdi. İran­da vəziyyət başqa idi, burada üzdə hakim türk süla­ləsi vardı, bir növ arxayınçılıq idi, aşağıda isə fəal fars şovi­niz­mi daimi hərəkətdə idi. Fərman verən azərbayjanlı, onu ijra edən fars və ya təpədən dırnağa farslaşmış azərbayjanlı idi. Azər­bayjan-türk dilinə, mədəniyyətinə qay­ğı arxada qalmışdı (Şah İsmayıl Xətai hər əsrdə mey­dana gəlmir axı). Fars şovi­nist­ləri hakimiyyəti bütünlüklə ələ alajaqları günə mütəmadi ha­zırlaşmaqda davam edir­dilər. Onlar hakimiyyətə açıq müba­rizə yolu ilə gəl­mə­yi bajarmırdılar (Əhəmənilər də, sasanilər də haki­miy­yətə dövlət çevrilişləri nətijəsində gəlmişdilər, axırınjı pəhləvi sülaləsi də hakimiyyətə bu yolla gələjəkdi). Gü­man eləməyə əsas var ki, Türkmənçay müqaviləsinin hazırlanma­sın­da da fars şovinistlərinin uzaqgörən məkrli siyasəti öz mən­fur rolunu oynayıb. Bu işdə İranın xariji işlər departamentinin fars çinovnikləri də öz rolunu oyna­mamış deyillər. Azərbayjan ikiyə bölünəndə İranda mil­lətlərin say tənasübündə farsların nəfinə dəyişiklik baş verməli idi. Min ilə yaxın bir dövrdə İranın əhatə elədiyi böyük ərazidə hakimiyyətdə Azərbayjan-türk sü­laləsi olmuşdur (Qəznəvilərdən deyil, Samanilərdən başlamış). Və Türkmənçay müqaviləsindən jəmi yüzjə il keçməmiş İran­da çevriliş yolu ilə özünü əsl fars adlandıran Pəhləvi «sülaləsi» hakimiyyətə gəldi. Onları lənətləmək məna­sız­dır. Lənət obyekti sonunju Azərbayjan-türk sülaləsi ol­muş qajar sülaləsidir. Be­ləliklə, Azərbayjan xalqı (hind-Avropa dil ailəsinə daxil olan) rusların və farsların əsarəti altına düşdü. İranda min ilə yaxın bir dövrdə hakimiyyət­də olan Azərbayjan-türk sülaləsinin milli siyasəti ikinji plana atması heç olmasa Azərbayjan dilinə xü­susi sta­tus təmin etməyin qayğısına da qalmadı, əksinə, xanlıq­lara parçalanmaqla (hansı əsrdə?) xalqın güjünü xeyli zəiflət­miş oldu. Rusların və farsların eyni dil qrupuna mən­­sub olma­ları indiki siyasət oyunlarında aşkar hiss olunmaqdadır.

O ki, qaldı xanlıqlara və Məmməd Arazın adlarını çək­diyi xanlara, onlardan bizə qalan yerlipərəstlik zəhəri oldu ki, nəinki sıravilər, hətta ziyalılar da bu xəstəlikdən tamam xilas ola bil­məyiblər.

Əli Kərimin müdrik şair adlandırdığı Məmməd Araz xalqın elə bir dərdinə toxunub ki, bütövlükdə türk, azər­bayjan tarixi sil­kələnir, insanlarda öz tarixinə yenidən qiymət vermək, düz­gün nətijə çıxarmaq fikrini oyadır.

…Azərbayjan!

Səni səndən alıb belə

Yüz illərlə uyutdular.

Səni səndə ələdilər,

Səni səndə üyütdülər.

Dibək oldun öz duzunla,

öz daşınla.

Ögey oldun

doğma, əkiz qardaşınla -

Məndən ötdü deyənlərin qeyrətindən,

Namusunu yeyənlərin qeyrətindən!

Məndən ötdü… Məndən ötdü!

Ey daşlaşan, torpaqlaşan

ulu babam!

Bu günümdən dünənimə uzaqlaşan

ulu babam!

Ayağa dur!

Dəfn etdiyim məsələnin

Baş daşına

Bir təəssüf xatirəsi yazıb, yondur:

Səndən ötən mənə dəydi,

Məndən ötən sənə dəydi.

Səndən, məndən ötən zərbə

Vətən, vətən, sənə dəydi…

Mənə belə gəlir ki, ən böyük, ən gözəl abidə Məm­məd Ara­zın elə bu şeiridir.

Məmməd Arazın adı çəkiləndə, şeirləri səslənəndə gözlə­rim önündə «Azərnəşr»in qabağında dayanıb şirin-şirin söhbət edən Əli və Məmməd gəlir, sonra isə Məm­məd Arazın misilsiz sənətkar olduğunu vəjdlə söyləyən Əli – onun uzaqgörən sər­raf şair gözləri. Əlinin yanılma­maq xoşbəxtliyi… Və gözlərimin qarşısına gəlir Göyçay jivarında bünövrəsi qoyulan Əli Kərim parkı. Və bir də Əli­nin üstü yenijə örtülən məzarı. Əbədiyyətə qərq ol­muş Əli, yerin üzərində qalıb tənhalıq ağrılarına qərq ol­muş Məmməd Araz! Fikirləşir ki, ilahi, bu böyük boşluq nejə doldurulajaq?! Azərbayjan torpağı şairlərin qanı ilə suvarıldı­ğından o heç bir zaman şairsiz qalmayıbdır.

İnsanlar bir-birlərinin eyni deyildir. Hərənin öz səsi, öz si­fə­ti, öz boyu, öz buxunu vardır. Bu keyfiyyət yaradıjı adam­larda da qabarıq nəzərə çarpmalıdır. Çünki yaradı­jı­lıq sırf fərdi, sırf sub­yektiv bir əmək sahəsidir. Məmməd Arazın şeirləri Əlininki­lərə oxşamır, nə yaxşı ki, oxşamır, nə böyük xoşbəxtlikdir bu! Amma onların vətənə məhəb­bətləri eynidir, eyni qaynaqlardan qidalanır, bu da xoş­bəxt­likdir! Onların yazı maneraları da baş­qa-başqadır. Nə yaxşı ki, belədir! Onları bəlkə Babəkə, Nəsi­miyə müna­si­bətdə birləşəndə duymaq olar. Axı bunların bir bən­zər tərəfi yoxdurmu? Əlbəttə var. Məsələ burasındadır ki, bü­tün klassiklər bir-birlərinə bənzəməməkdə bənzərdirlər!

Lakin elə bil görkəmli sənətkarların talelərində müəy­yən bir oxşarlıq var. Hər ikisi halal haqlarını özləri ala bil­mirdi. Hara­dan­sa bir kömək oldu, oldu, olmadısa heç… Əli xəstə idi. Məm­məd Arazın da janı elə möhkəm deyil­di. Kollektiv Salyeri Məm­məd Arazı xəstəliyə tapşırmışdı, hətta ömrünün son saatlarına qədər «hesablamışdı»; he­sab isə düz çıxmadı, birdən-birə xəs­təliyin arxasından pəhləvan gövdəsi ilə (natural ölçü kimi bax­mayın) böyük bir şair yeni, ölməz şeirləri ilə boy verdi.

Əli də, Məmməd də öz qiymətlərini əla bilirdilər, lakin təva­zö, özü də həddindən çox olan təvazö onlara səs­lə­rini çıxar­mağa imkan vermirdi. Hər ikisi kollektiv Salyeri­dən ehtiyat­lanır­dı, şər qüvvələr tərəfindən izləndiklərini duyurdular və burası da qəribə idi ki, hər ikisi «Salyeri» adlı şeir yazıb (Müasirləri və ya yaşıdları bu mövzuda yazmışdılarmı? Bilmirəm). Hər halda, Sal­yerini gərək du­ya­san, hiss edəsən, ajısını dadasan ki, bu mis­raları da ya­zasan:

Məni bir məjlisdə təriflədilər,



Günahkar balaja bir şerim oldu.

Motsart qığıljımı yox ikən hələ,

O gündən mənim də Salyerim oldu.
Elə ki, bir qəza gəlir başıma,

Bəxtimə qəflətən bir hellənj dəyir.

O günü Salyeri çıxır qarşıma

O günü üzümə xoş gülümsəyir.

Məmməd Araz Salyerini çox sifətlərdə görür, şeytan kimi bir şeydir Məmmədin Salyerisi. O, «üək ağrısına», «gejələr yu­xu pozan küçə itlərinə», «beyinləri qazan ma­şın fitlərinə» çev­rilə bilir. Xoş saatlarda isə:

Sevinsəm qarnını sanjı doğrayar,

Gülsəm gülüşümü ağzımdan qapar.

İstər göz yaşımla üzünü yuya

İstər göz yaşımda mirvari tapa.

Salyerinin bütün məşum sifətlərini sayandan sonra Məm­məd Araz jəbhədə əsas zərbəni öz üzərinə götürüb döyüş yol­daşlarını qart düşmənin nəzərlərindən yayındı­ran bir sıravi kimi olduğuna sevinir.

Nə yaxşı ünvanı azıb bu naşı,

Hardasa yaradır bir əl, bir qələm.

Nə yaxşı mənimlə qarışıb başı,

Nə yaxşı bilmir ki, Motsart deyiləm.

Məmməd həmişənin təvazökarıdır. Məmmədin «qəh­rə­ma­nı» Motsartı iyləyib-iyləyib seçə bilməsə, heç Salyeri ola bilər­dimi?!

Məmmədin təqdim etdiyi Salyerinin istedadlara qarşı qəsdi tüğyan eləyir, onun üçün pislik etməyin heç bir hü­dudu, filanı yoxdur, onun mərdümazarlıqlarının da sonu görünən deyil. Bu məşum «zəhmət» gərək onu hansısa bir pyedestala qaldırsın, bu yarımistedada halal pyedes­tal yoxdur. O birilərinki isə öz mövqelərinə ölçülmüşdür. – O yerləri tuta bilməz. Məmməd Ara­zın yaratdığı Salye­rinin iblis qəhqəhələri Əlinin təqdim etdiyi Salyeridə az qala hıçqırığa çevrilir:

«Motsarta yox, deyərdim: Özünə verdi zəhərini. O vaxtdan heç kim çalmır onun birjə əsərini. Demək heç nəyi yoxmuş. Hə­yatı bir qızdırmalının gördüyü yuxuymuş. «Namərd qardaşlıq məzarında» bastırdılar yazdıqlarını».

Salyerilər bütün bəd əməllərini özlərinin əsərlərinin yaşa­ması, sənətkar kimi birinji jərgədə olmaq, qalmaq naminə edir­lər. Bunun bəhrəsini görməyəndə, əksinə, mü­qəddəs sənət barigahından tamam qovulduqlarını gö­rəndə dəlilik dərəjəsinə çatırlar. Öz əsərlərini «dahiliyin şahlıq taxtı» zənn edən Salyeri indi elə bil tənhalıq alə­min­də tənha qalmışdır. Motsart isə da­hiyanə əsərləri ilə indi dirilərdən diridir. Onun diriliyinə döz­mə­yən Salyeri öldürdüyünün ölümünə də həsəd aparır. Özü də ölmək istəyir ki, «heç olmasa bir əsərini» dinləyə bilsin. İndi o, Motsartı dirildib demək istəyir:

Zəhərimi ver mənə

öz puluma aldığım zəhərimi.

Tök dostunun piyaləsinə yox,

lap boğazına…

…Motsart bajarsa deyər:

- O zəhəri mən

heç bir zaman

Tökmərəm boş boğazına

ki, notlar əsərimin

məzarı olsun

bir najinsin

ölümü bahasına.

Gözüm yoxdur

sən yaşayan dünyada,

İstəmirəm gözəlliyini

ordakı qışın, yazın.

Qara torpaq

mənə daha xoşdur.

Təki həsrətlisi olduğum

əsərlərim yaşasın.

Beləliklə, Əli Salyerini qatlayıb dizinin altına qoyur və de­mək istəyir ki, Salyeri əsl istedadlara nə qədər pisliklər etsə də, ona Salyerilik «şöhrəti»ndən başqa heç şey qismət olmayajaq.

Uzaqlarda, təzə qazılmış bir qəbir üstə müdrik şair Məm­məd Araz mütəmadi göz yaşları tökür. Bəlkə elə onun indi ha­mını heyran qoyub vəjdə gətirən şeirləri hə­min göz yaşlarıdır?!

Əlini torpağa tapşırandan sonra qələm yoldaşları onu tən­ha məzarda tək qoyub öz yerlərinə dağılışdılar. Əli tən­ha idimi bəyəm?! Evimizdə yoldaşım narahatlıqla de­di: «Elə bil Əlinin məzarını dayaz qazdılar».

- Heç olmasa indisədə günəşə yaxın olar – dedim.

On yeddi il sonra Feyzi Mustafayevin «Dinmə, ey kə­dər» kitabında oxudum: «Taleyə bax: Əli Kərim birinji mərtəbəni… yerin altına dəyişdi – Göyçaya «köçdü».

Əli Bakıda yerin lap dərinliyində idi, onun yanına düş­mək üçün iyirmi yeddi pilləkən enmək lazım idi. Əli Bakı­da yerin al­tından yerin üzünün lap yaxınına köçdü. Göy­çayda…

Əlinin yeddisini də keçirdik, qırxını gözlədik.

Adətən mərhumun qırxında qəbir üstə gedilir. Qırx günü biz Əlinin tənha məzarı olan gələjək parkın yanın­dan keçməli idik. Gül bəsləyən qohumlarım seçmə gül­lər­dən iki buket gön­dərmişdilər. Səhər tezdən bazardan da beş-altı gözəl buketlər aldıq. Məqsədimiz bu idi ki, Əligilə gedəndə əvvəljə burulaq qə­bir üstünə… Gülləri düzək, jamaat gələndə görsün ki, qəbir ziyarət olunub. Elə də etdik. Lakin bu qırx günü kimsə bizi qa­baqlamışdı. Səhər-səhər qəbrin üstündə bir dəstə qızıl gül gör­dük, çox zərif selafan arasında. Mənə elə gəlir ki, ömrümdə o jür gözəl, o jür təravətli güllər görməmişəm, elə o za­man yadı­ma şairlərin fəqanı düşdü, elə bil onların göz yaşlarından ya­ran­mışdı bu qırmızı güllər… Bir bağçadan bir dəfəyə bu qədər seç­mə gül toplamaq olmazdı, elə bil yüz bağçadan yığılmışdı bun­lar. Hamısının dodaqları ye­ni­jə, lap indijə açılmışdı. Güllər Əli­nin şeirlərini yada sa­lır­dı – seçmə, hər bir gül lap Əlinin özü­nə oxşayırdı – gö­zəl. Bəlkə bu buketi mələklər qoymuşdu ilahi­lə­rin adın­dan… İstər-istəməz Əli ilə Rəsul müəllimin bağına ge­dər­kən küçənin o biri tərəfi ilə qarşımıza gələn o «sirri-xuda» qızı xatırladım. Bizim seçmə güllər o buketin yanında sol­ğun gö­rünürdü… Evdə xəbər aldıq, hələ heç kəsin qəbir üstə get­mə­­diyini bildik… «Sirri-xuda ki, sirri-xuda»!

Əslində qeyri-adi istedadı olan bir javan şairin həya­tında belə «sirri-xuda»ların olması təbii görünməlidir. Anjaq… Anjaq mən dünyada ən müqəddəs nələr varsa hamısına sidqi-dildən and içə bilərəm ki, qələm yoldaş­la­rımız arasında öz ailəsinə sa­diq, pak, müqəddəs, ən yük­sək əxlaqi keyfiyyəftlərə malik ikinji bir sənətkar tanı­mı­ram.

Əli öz daxili azadlığını, istiqlaliyyətini təmin edə bil­miş­di – onun həyat yoldaşı və oğlanlarından ibarət azad respublikası vardı və burada o, çox sərbəst idi.

Əlinin vəfatından sonra təkjə ailəni dolandırmağın yox, Əlinin zəngin irsinin sahmana salınması, sistem­ləş­dirilməsi və nəşrinin, həmçinin Əlinin məzarının səliqəyə salınmasının bü­tün ağırlıqları Elza xanımın çiyinlərinə düş­­dü. Üç övlada ali təh­sil verməyin çətinliklərini də (on­lardan ikisi artıq elmlər nami­zəd­ləridir) nəzərə alsaq Elza xanım əsl qəhrəmanlığa bərabər olduqja böyük iş görə bilmişdir. Başqa kitabları ilə yanaşı Elza xanım Əli Kəri­min iki dəfə iki jildliyinin nəşrinə nail olmuşdur.

O ki, qaldı Əlinin məzarının abadlaşdırılmasına, bu sahədə işlər çox ləng gedirdi… Burada çox ehtiyatla hə­rə­kət etmək lazım gəlirdi. Gənjədə Əli poeziyasını çox sevən dostum var – Kamal Bağırov. O, Qazax, Yevlax, bəzən Göyçay zonalarını əha­­tə edən bir ərazidə kəndləri elektrikləşdirmək və kənd tə­sərrüfatını mexanilikləşdir­məklə məşğul olan böyük bir idarənin direktoru idi. O, Göyçayda olarkən iki dəfə Əlinin qəbrini ziyarət etmiş, əsəbiləşmiş və öz xidmətini təklif etmişdi.

Mükəmməl təjhizata malik bir idarəyə başçılıq edən Kamal üçün Əlinin qəbrinin üstünü layiqli şəkildə götür­mək elə bir problem deyildi. Mən iki dəfə o təklifləri Əlinin ailəsinə yetirdim. Eyni zamanda bunun bir qədər kövrək mətləb olduğunu da de­məyi özümə borj bilmişdim. Ra­yon rəhbərləri bir sıra hallarda şöhrətpərəst və lovğa olur­lar. O dövrdə sponsor anlayışı da yox idi. Ona görə Gənjədən kiminsə gəlib Əlinin məzarını abadlaşdırması onların xətrinə də dəyə bilər, onsuz da ləng gö­rülən işləri tamam dayandıra da bilərdilər. Beləliklə, üstünlüyü səbrə vermək daha münasib sayıldı. Əli haqqında vaxtaşırı ra­dio-televiziya verilişləri, çapdan çıxan kitabları haqqında rəylər, xüsusən də yolu Göyçaydan düşən ziyalıların Əli­nin məzarını ziyarət eləmələri, xatirə günləri təsirsiz keç­mirdi. Rayon baş­çı­ları, ziyalıların təsiri ilə bütün bunlar­dan nətijə çıxarmalı olur­du­lar. Bir neçə ildən sonra Əlinin tənha məzarının böyük ərazisi həqiqi parka oxşamağa başladı. Parkın girəjəyində Əlinin sə­nət nümunəsi olan heykəli də ujaldı, özünün adını daşıyan parka gələnləri salamlamağa başladı. Əlisiz bura boz, quru irə­məlik idi, şair Əlinin müqəddəs nəşi həmin yeri əsl gülüstana çe­virdi…

Əlini Fəxri Xiyabanda dəfn eləməyə ijazə vermədi­lər. Bu ierarxiyanın Mendeleyev jədvəlində Əlinin yeri yox idi. Daha doğrusu, Əlinin heç bir dövlət mükafatı və fəxri adı yox idi, bəl­kə heç olası da deyildi. Əli bilmirdi ki, (bəlkə də çox yaxşı bilir­di) müasir şairdən yaradıjılıq iste­dadından daha çox siyasət­baz­lıq, bir az xəbərçilik, bir az lotuluq, bir qədər həyasızlıq, bir qədər aferistlik, bir qədər ikiüzlülük, bir qədər yaltaqlıq tələb olunur. Allah isə ona bu istedadların heç birini qıyıb verməmişdi (Qa­dasın alım Allahın). Adı və mükafatı hərdən bir ləyaqətə görə verir­dilər ki, o biri ləyaqətsizlərin ad almaları ört-bastır edilsin. Əlidə o baxt harda idi ki, ləyaqətlilər sırasında ona da bir növbə yetişə idi. Əli prins (yəni yazıçı balası) də deyildi ki, növbədən kənarlıq imtiyazına malik ola idi. Əli bilmirdi ki, böyük müka­fat­ları almaq üçün Moskvaya getmək, mükafat komissiya­sı üzv­lə­rini görmək, bəlkə də ən nü­fuz­lusunun qızına bahalı şuba ba­ğışlamaq, əlavə olaraq daha böyük, daha nüfuzlu bir şəxsin ətə­yindən yapışmaq lazımdır. Yəqin ki, Əli bunları bil­mirdi (bəl­kə də bilirdi).

Bəziləri həmin mükafatları alarkən Xlestakov nisiyə borşu yeyərkən nejə deyinirdisə, nejə mırıldanırdısa, eləjə mırıl­da­nır­­dılar. Hələ bu harasıdır, dünya dəyişməyə başlayanda qışqı­rış­dılar ki, bu adları, bu mükafatları bizə istəyimiz olmadan, zorla veriblər, bu mükafatları bizə zorla verən quruluşa biz nif­rət edirik, hər gün onun bay­rağına söyürdük, xəlvətjə.

Əlini fəxri xiyabana qoymadılar, Əlinin nəşi quru boz irə­mə­liyi müqəddəs bir fəxri xiyabana çevirdi. Bəzi mət­ləbləri ya­dıma salanda, mən Əlinin fəxri xiyabanda dəfn olunmamasına hətta sevinirəm də. O fəxri xiyabanlarda həqiqətən dahi, bö­yük, saf adamlarla yanaşı o qədər ana­sının əmjəyini kəsənlər, adamları günahsız yerə gü­da­za verənlər, oğrular və rüşvət­xor­lar yatır ki, onlarla bir jərgədə olmaq heç də şərəf gətirmir. Oraları arıtmaq, təmizləmək isə qeyri-mümkün görünür. Əlinin uyuduğu xiyabanda isə yalnız erməni qəsbkarlarına qarşı dö­yüş­lərdə qəhrəmanlıqla həlak olmuş ŞƏHİDLƏR uyuyur. Hər bir əsl ŞAİR də ŞƏHİDDİR əlbəttə. Əli Azərbayjan poeziya­sı­nın saflığı, ujalığı, paklığı yolunda ŞƏHİD ol­muş ULU ŞAİR­DİR!..


Yüklə 4,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin